Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Belaruslu hakerlərin "zarafatı" - Lukaşenko istəmədiyi siyahıya necə düşdü

771
DİN-in saytında bildirilir ki, Lukaşenko və Karayev "Belarus xalqına qarşı hərbi cinayətlərdə" ittiham olunurlar. Hazırkı prezidenti həmçinin "hakimiyyəti qəsb etməkdə" günahlandırıblar.

BAKI, 5 sentyabr — Sputnik. Hakerlər Belarusun Daxili İşlər Nazirliyinin (DİN) veb-saytını sındırıblar və Prezident Aleksandr Lukaşenkonu və Daxili İşlər naziri Yuri Karayevi axtarılanlar siyahısına daxil ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Belsat" agentliyinin "Telegram" kanalı yazır.

Agentlik siyahının fotoşəkillərini də yayıb. DİN-in saytında bildirilir ki, Lukaşenko və Karayev "Belarus xalqına qarşı hərbi cinayətlərdə" ittiham olunurlar. Hazırkı prezidenti həmçinin "hakimiyyəti qəsb etməkdə" günahlandırıblar.

Hazırda qurumun saytı açılmır, onun fəaliyyətini bərpa etmək üçün işlər görülür.

Belarusda kütləvi etiraz aksiyaları təxminən bir aydır ki, davam edir. Vətəndaşlar seçkilərin rəsmi nəticələrinin əleyhinə çıxırlar. Lukaşenko isə hesab edir ki, bu vəziyyətdə xarici müdaxilənin elementləri görünür.

771
Pasportda viza, arxiv şəkli

Azərbaycan Türkiyəyə səyahət barədə yeni qərar veriləcək

23
(Yenilənib 12:08 28.01.2021)
Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı olaraq vizadan azad etmə ilə bağlı yeni sənəd təsdiq ediləcək

BAKI, 28 yanvar — Sputnik. Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi müzakirəyə çıxarılacaq.

Dəyişikliyə əsasən, üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq.

Sənəddə qeyd edilib ki, tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 saylı əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir.

23
Teqlər:
səyahət, Türkiyә, Azərbaycan, pasport
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda paradda, arxiv şəkli

Ərdoğan Təhlükəsizlik Şurasını toplayır Gündəmdə Qarabağ da var

19
(Yenilənib 11:24 28.01.2021)
Təhlükəsizlik Şurasının iclası zamanı, həmçinin Türk ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti də dəyərləndiriləcək.

 

BAKI, 28 yanvar — Sputnik. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Bakı vaxtı ilə saat 16:30-da başlayacaq iclas 2021-ci ildə ilk dəfə keçiriləcək.

İclas zamanı Aralıq dənizinin şərqindəki vəziyyət, həmçinin bu regionda gərginliyi azaltmaq üçün Yunanıstanla başladılan danışıqlar, terrorçularla mübarizə məsələsi müzakirə olunacaq.

Təhlükəsizlik Şurasının iclası zamanı, həmçinin Türk ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti də dəyərləndiriləcək.

19
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, iclas, Təhlükəsizlik Şurası, Qarabag, Azərbaycan, Türkiyә
quş qripi

İndi quş qripi ilə bağlı xəbərdarlıq edildi

0
(Yenilənib 13:29 28.01.2021)
AQTA ilin fəslinə görə quşların miqrasiyasını nəzərə alaraq əhaliyə xəbərdarlıq edib və bir sıra qaydalara əməl etmələrı üçün tövsiyələrini açıqlayıb.

BAKI, 28 yanvar — Sputnik. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin yayılma riskini artırır. Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda dünyanın bir sıra ölkələrində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir. Buna görə də vətəndaşlar bir sıra qaydalara əməl etməlidirlər.

Agentlikdən qeyd edilib ki, ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların, həmçinin quşların yemlənməsi üçün istifadə olunan yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması, ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın 1003-Çağrı Mərkəzi və regional bölmələri, rayon baytarlıq idarələri və s.), quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi, quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması, quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi, qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi, təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və s. kimi tədbirlərə əməl edilməlidir: "Vətəndaşlara epizootik vəziyyətlə bağlı diqqətli olmaq, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmaq, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat vermələri tövsiyə olunur".

0
Teqlər:
tövsiyə, AQTA, xəbərdarlıq, "quş qripi"