Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünyaca məşhur filmin çəkilişləri aktyorun COVID-19-a yoluxmasına görə dayandırılıb

© AFP 2023 / ANDER GILLENEAРоберт Паттинсон, фото из архива
Роберт Паттинсон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Filmin çəkilməsinə cavabdeh kinostudiya olan "Warner Bros" şirkətində faktı təsdiq etsələr də, yoluxanın adını açıqlamayıblar

BAKI, 5 sentyabr — Sputnik. "Betmen" filminin çəkilişləri baş rol ifaçısının COVID-19-a yoluxmasına görə dayandırılıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, britaniyalı aktyor Robert Pattinson koronavirusa yoluxduğuna görə filmin çəkilişləri dayanıb. Filmin çəkilməsinə cavabdeh kinostudiya olan "Warner Bros" şirkətində faktı təsdiq etsələr də, yoluxanın adını açıqlamayıblar.

COVID-19-a yoluxan aktyorun təcrid olunduğu bildirilir.

Məlumat üçün bildirək ki, "Betmen" "DC Comics" nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biridir. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılıb. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" ("Detective Comics") buraxılışının 27 nömrəli sayında dərc edilib. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilib, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi.

Superqəhrəmanların əksəriyyətindən fərqli olaraq, Betmen fövqəltəbii qüvvəyə malik deyil, lakin öz intellekti, peşəkar döyüş sənəti bacarığı, elmdə və texnikada olan bilikləri, həmçinin dayanıqlı iradəsi ilə düşmənləri qorxutmağı və geri çəkilmələrinə müvəffəq olur. Daim qarşı durduğu cinayətkarlardan fərqli olaraq, Betmen heç vaxt heç kəsi öldürmür və qisasçılıqla məşğul olmur.

Yarandığı dövrdən etibarən, Betmen çox qısa bir zamanda geniş populyarlıq qazandı və eyniadlı şəxsi komiks silsiləsini nəşr etmək hüququnu əldə etmiş oldu. Vaxt ötdükcə baş qəhrəmanın müxtəlif izahlı versiyaları yaradılmağa başlandı.

Xəbər lenti
0