Binəli Yıldırım, arxiv şəkli

Türkiyənin sabiq baş naziri koronavirusa yoluxdu

29
(Yenilənib 16:50 03.09.2020)
Binali Yıldırımın sözlərinə görə, həkimlər onlara müalicələrini evdə davam etdirməyi məsləhət biliblər.

BAKI, 3 sentyabr — Sputnik. Türkiyənin sabiq Baş naziri və millət vəkili Binali Yıldırım yeni növ koronavirusa yoluxub. Sputnik Türkiyə xəbər verir ki, bu barədə siyasətçi öz "Twitter" səhifəsində məlumat paylaşıb.

Binalı Yıldırımla yanaşı, onun həyat yoldaşı Semiha Yıldırım da koronavirusa yoluxub. Onların hər ikisi Ankara Şəhər Xəstəxanasına müraciət edib.

​B.Yıldırımın sözlərinə görə, həkimlər onlara müalicəni evdə davam etdirməyi məsləhət biliblər.

 

29
Qağayı fırtına zamanı dəniz üzrəində uçur, arxiv şəkli

Atlantik okeanı yenə qudurdu - bu dəfə Meksika körfəzini ağuşuna alacaq

122
(Yenilənib 08:54 19.09.2020)
Fırtınanın sabah axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.

BAKI, 19 sentyabr — Sputnik. Dünən Atlantik okeanında tropik "Beta" fırtınası meydana gəlib.

Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Milli Qasırğa Müşahidəsi Mərkəzi yayıb.

Məlumata görə, tropik fırtınanın yaratdığı küləyin sürəti 18 m/s-ə çatır. Meksikanın liman şəhəri olan Tampikodan təqribən, 545 km şimal-şərqdə yaranan fırtına hazırda şimal-şərq istiqamətində təxminən, 15 km/saat sürətlə hərəkət etməkdədir.

Fırtınanın bazar günü axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.

122
Teqlər:
qasırğa, fırtına, Meksika körfəzi, Atlantik okeanı
Xəstəxana, arxiv şəkli

Türk dünyasının "diva"sı təcili xəstəxanaya yerləşdirilib

19
(Yenilənib 08:57 19.09.2020)
Bülənt Ərsoy: Səhər saatlarında mədəmdəki xoradan qaynaqlanan qanaxmaya görə bir müddət müalicə alacam

BAKI, 18 sentyabr — Sputnik. Türk dünyasının "diva"sı sayılan Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, xəstəxanaya yerləşdirilən müğənninin mədə qanaması keçirdiyi məlum olub. O, bu barədə özünün "İnstagram" sosial şəbəkəsində yazıb.

Məşhur müğənni izləyivcilərinə tezliklə sağalacağını deyib: "Mənə görə narahat olmayın. Səhər saatlarında mədəmdəki xoradan qaynaqlanan qanaxmaya görə bir müddət müalicə alacam. Bir neçə gün sonra normal həyatıma dönəcəm. Diqqətinizə görə təşəkkür edirəm".

View this post on Instagram

A post shared by Bülent Ersoy (@bulentersoy.com.tr) on

Məlumat üçün bildirək ki, əsl adı Bülənt Ərsoy olan bu sənətçi məşhurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başlayıb. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşıb.

1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan Bülənt Ərsoy indi də məşhur müğənnilər siyahısındadır. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ərsoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib. Dövlətin qoyduğu qadağalara görə, bu durumda o, səhnəyə qayıda bilməzdi. Çünki Türkiyə hökuməti transseksualların səhnədə görünməsinə icazə vermirdi. Birbaşa olaraq dövlət başçısı bu kimi hallara qadağa qoymuşdu. Nəticədə Bülent Ərsoy uzun müddət səhnədən uzaqlaşdırılıb. 1976-cı ildə onun həyatına aid "Sıralardakı həyəcan" adlı film çəkilib.

19
Teqlər:
türk, Bülənt Ərsoy
 Pandemiya zamanı imtahan

Daha bir pillə üçün ixtisas seçimi başlayır

0
Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, ixtisas seçimi sentyabrın 25-dək aparılacaq

BAKI, 19 sentyabr — Sputnik. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 21-dən başlayır. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, ixtisas seçimi sentyabrın 25-dək aparılacaq.

Qeyd edək ki, DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. İmtahanda iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

0