Dəfndən birbaşa həbsə: klounlara da toplaşmaq olmaz - VİDEO

© AFP 2023 / LEON NEALКлоун, фото из архива
Клоун, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
​Polis əməkdaşları klounlara pandemiya dövründə lazımi təhlükəsizlik qaydalarına əməl etmədiklərini bildirərək onları yaxınlıqdakı polis bölməsinə aparıblar

BAKI, 3 sentyabr — Sputnik. Peruda pandemiya dövründə kütləvi toplanma qaydalarını pozduqlarına görə 8 kloun saxlanılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, klounlar bir müddət əvvəl koronavirusdan ölmüş həmkarlarının xatirəsinə tamaşa təşkil ediblər.

​Polis əməkdaşları klounlara pandemiya dövründə lazımi təhlükəsizlik qaydalarına əməl etmədiklərini bildirərək onları yaxınlıqdakı polis bölməsinə aparıblar.

Onu da bildirək ki, Peru Cənubi Amerikada Braziliyadan sonra koronavirusdan əziyyət çəkən ikinci ölkədir. Bu günədək ölkədə 29 mindən çox şəxs virusdan ölüb.

 

Xəbər lenti
0