COVİD-19-da ölən şəxs, arxiv şəkli

Koronavirusa yoluxanların sayı 26 milyonu keçdi

16
(Yenilənib 11:15 03.09.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 001 965 yoluxma qeydə alınıb

BAKI, 3 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 26 033 729-a çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 863 067 nəfər vəfat edib, 17 293 828 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 114 min 406 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 001 965 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

16
Teqlər:
dünya, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla (479)
Əlaqədar
On minlərlə insan necə peyvənd ediləcək: Detallar açıqlandı
Avropanın ən qocaman siyasətçilərindən biri koronavirusa yoluxub
Otuz beş nəfəri "zibilə salmaq" bu cür olur
Əziz-xələf koronavirus, səni niyə gizlədirlər?
“Vaksin ehtirasları” – Mənfəət riski üstələsə, təsdiqləyəcəklər
Aleksey Navalnı, arxiv şəkli

Navalnı tam sağalıb xəstəxanadan evə buraxılıb

6
(Yenilənib 12:21 23.09.2020)
"Charite"-dən vurğulanıb ki, onu müalicə edən həkimlər Navalnının tam sağalması imkanını da qəbul edir. Onlara görə, hər hansı bir "ağır zəhərlənmənin ayrı-ayrı nəticələri" barədə fikir bildirmək mümkün deyil.

BAKI, 23 sentyabr — Sputnik. Aleksey Navalnı bu gün Berlinin "Charite" klinikasından ev buraxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tibb Müəssisəsinin yaydığı bəyanatda bildirilir.

"Pasiyentin sağlamlığı o səviyyədə yaxşılaşıb ki, təxirəsalınmaz müalicəni dayandırmaq mümkün idi. Aleksey Navalnı "Charite"-də 32 gün müalicə alıb ki, onlardan 24 günü – reanimasiyada idi", - deyə bəyanatda bildirilir.

"Charite"-dən vurğulanıb ki, onu müalicə edən həkimlər Navalnının tam sağalması imkanını da qəbul edir. Onlara görə, hər hansı bir "ağır zəhərlənmənin ayrı-ayrı nəticələri" barədə fikir bildirmək mümkün deyil.

Navalnı avqustun 20-də təyyarədə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Araşdırmaların nəticələrinə görə, omsklu həkimlər onun qanında şəkərin kəskin dəyişməsinə səbəb olmuş maddələr mübadiləsi pozğunluğunu əsas diaqnoz kimi göstəriblər. Bunun səbəbi hələ də aydın deyil, amma Omsk həkimlərinin dediyinə görə, onun qanında və sidiyində zəhər tapılmayıb. Bundan sonra Navalnı təyyarə ilə Almaniyaya aparılıb. Almaniya hakimiyyəti isə hərbi həkimlərə istinadən bildirib ki, Navalnı "Noviçok" zəhərləyici maddələr qrupuna aid substansiya ilə zəhərlənib.

Moskva Berlin laboratoriyasında aparılan analizlərin nəticələrinə dair daha ətraflı məlumat verilməsini xahiş edib, lakin buna cavab almayıb.

6
Əlaqədar
Aleksey Navalnı xəstəxanaya yerləşdirilib
Rusiya Berlinin Navalnı ilə bağlı vəziyyətə yanaşmasını “qeyri-konstruktiv” sayır
Navalnı nəfəs ala bildiyini deyib: "Çox xoşuma gəldi"
Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Avropaya barmaq silkələdi: "Türkiyənin hüquqlarını pozmağa imkan verməyəcək!"

152
(Yenilənib 11:51 23.09.2020)
Türkiyə lideri vurğulayıb ki, ölkəsi heç kimin haqqına iddia etmir, lakin eyni zamanda öz hüquqlarını da pozmağa imkan verməyəcək.

BAKI, 23 sentyabr — Sputnik. Aralıq dənizinin şərqində gərginliyin səbəbi Türkiyənin və Kipr türklərinin hüquqlarının nəzərə alınmasıdır. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Məlumata əsasən tərəflər Türkiyənin Fransa və Avropa İttifaqı ilə münasibətlərini, həmçinin regional məsələləri müzakirə edəcək.

Ərdoğan qeyd edib ki, Fransanın gərginliyin artmasına töhfə verən Yunanıstanın və Kiprin maksimalist iddiaları və addımlarına dəstək verməsi təəccüb doğurur.

Türkiyə lideri vurğulayıb ki, ölkəsi heç kimin haqqına iddia etmir, lakin eyni zamanda öz hüquqlarını da pozmağa imkan verməyəcək. Rəsmi Ankara əvvəllər olduğu kimi indi də fikir ayrılıqlarının dialoq və əməkdaşlıq vasitəsilə həllindən çıxış edir.

Türkiyə Prezidenti eyni zamanda qeyd edib ki, Ankara Fransadan prosesə konstruktiv yanaşma gözləyir. Eyni zamanda o, Türkiyə ilə Fransa arasındakı məsləhətləşmələr və təmaslar mexanizmindən davamlı istifadənin vacibliyini qeyd edib.

Türkiyə lideri qarşıdan gələn Avropa sammitində Ankara ilə konstruktiv dialoq və əməkdaşlığa yönəlmiş bir mövqenin inkişafının regional problemlərin həlli üçün imkanlar yaratmaq baxımından əhəmiyyətli olduğunu vurğuladı.

Bu arada BMT Baş Assambleyasının 75-ci sessiyasında videomüraciətlə çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makron isə qeyd edib ki, Avropa Şərqi Aralıq dənizi ilə bağlı Türkiyə ilə dialoqa hazırdır: "Biz Türkiyəyə hörmət edirik. Biz dialoqa hazırıq. Lakin biz gözləyirik ki, Türkiyə Avropanın suverenliyi və beynəlxalq hüquqa hörmət edəcək və Liviya və Suriyada fəaliyyətinə dair izah təqdim edəcək. Bizim beynəlxalq hüquqa və müttəfiqlər arasında hörmətə ehtiyacımız var".

152
Əlaqədar
Ərdoğan Yunanıstan qəzetini məhkəməyə verdi
Ərdoğan: "Ankara regionda səhnəarxası oyunlardan yorulub"
İnternat məktəbi, arxiv şəkli

Azərbaycan internatlarında yaşayan balacalarla bağlı kədərli statistika

0
(Yenilənib 12:55 23.09.2020)
Hər hansı şəxs valideyn hüququndan məhrum edildikdən sonra bir müddət onların rəftarları qiymətləndirilir. Davranışları etinasız olarsa, onların övladları qanunla övladlığa verilə bilər

BAKI, 23 sentyabr — Sputnik. "Hazırda Azərbaycanda müəssisələrdə valideyn himayəsindən məhrum olan 1500 uşaq var".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib. O bildirib ki, 0-3 yaşa qədər uşaqlarla bağlı qeydiyyat səhiyyə müəssisələri tərəfindən aparılır: "3 yaşdan yuxarı uşaqlarla bağlı qeydiyyat isə Təhsil Nazirliyinin və İcra Hakimiyyətinin nəzdində olan uşaq evlərində aparılır. Həmçinin dövlət statusu olmayan sığınacaqlarda da uşaqlar var".

C.Şahverdiyev övladlığa uşaq götürmə ilə bağlı tələblərə də toxunub. O bildirib ki, hər valideyn himayəsindən məhrum olunmuş uşaq övladlığa götürülmə üçün münasib sayılmır: "Bunun üçün təhlillər aparılır, valideyn razı olarsa, uşaq övladlığa verilir. Hər hansı şəxs valideyn hüququndan məhrum edildikdən sonra bir müddət onların rəftarları qiymətləndirilir. Davranışları etinasız olarsa, onların övladları qanunla övladlığa verilə bilər".

0
Əlaqədar
İnternat məktəblərinə qəbul qaydası dəyişib
İnternat məktəbinin direktoru kimsəsiz uşaqlara olmazın işgəncələr verib
Təhsil Nazirliyi internat məktəbi ilə bağlı iradlara cavab verdi
İnternat məktəbinin itkin düşmüş şagirdi tapılıb
İnternat yetirməsi: "Bizi ac saxlayırdılar, dövlət geyim versə də, onu vermirdilər"