Şəhər merinin ürəyini fəvvarənin içindən tapdılar

© REUTERS / Yves HermanДевочка играет с собакой в фонтане в жаркий день в Брюсселе
Девочка играет с собакой в фонтане в жаркий день в Брюсселе - Sputnik Azərbaycan
Abunə olmaq
Pyer David 1839-cu ildə dünyasını dəyişsə də onun ürəyi fəvvarənin içinə 1883-cü ildə yerləşdirilib.

BAKI, 2 sentyabr — Sputnik. Belçikanın Vervye şəhərindəki fəvvarənin təmiri zamanı içində şəhərin ilk meri Pyer Davidin ürəyinin olduğu mücrü aşkarlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə BBC yazır.

Ürək spirtlə dolu bankaya, o isə sink mücrünün içinə qoyulub. Vervyenin ictimai işlər üzrə nümayəndəsi Maksim Degeyin sözlərinə görə, mücrü fəvvarənin daşlarının birinin arxasında tapılıb.

Pyer David 1839-cu ildə dünyasını dəyişsə də onun ürəyi fəvvarənin içinə 1883-cü ildə yerləşdirilib. Bu, mücrünün üstündəki yazıdan bəlli olub. Merin ürəyi Şəhər İncəsənət Muzeyinə göndərilib.

Xəbər lenti
0