Zelenskinin ofisinin yanında qumbara ilə gəzən kişi tutuldu

© Sputnik / Stringer / Mediabanka keçidПолиция Украины, фото из архива
Полиция Украины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə operativ istintaq qrupu, partladıcı texnika üzrə mütəxəssislər və kinoloqlar cəlb olunublar.

BAKI, 1 sentyabr — Sputnik. Kiyevdə, Ukrayna Prezidentinin ofisinin yaxınlığında əlində qumbara olan kişi saxlanılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə şəhər polisinin saytında məlumat yerləşdirilib.

“1966-cı il təvəllüdlü kişini bütün detalların aydınlaşdırılması üçün Peçora polis idarəsinə gətiriblər. Hadisənin hüquqi təsnifat məsələsi həll edilir”, - qurumun mətbuat xidməti bildirib.

Qeyd olunur ki, Bank küçəsində patrul zamanı həmin adamın üzərində təhlükəli əşya aşkarlanıb və ekspertizaya göndərilib.

Hadisə yerinə operativ istintaq qrupu, partladıcı texnika üzrə mütəxəssislər və kinoloqlar cəlb olunublar.

 

Xəbər lenti
0