İraqın Kərkük əyalətində cümə namazından sonra, arxiv şəkli

"Silahlarını götürüb evlərinə getdilər". ABŞ-ın İraq əməliyyatında qələbələri səhvləri

25
(Yenilənib 19:07 01.09.2020)
Barak Obamanın və Donald Trampın vədlərinə baxmayaraq, amerikalılar hələ də Bağdadda qalıblar. İraq Vaşinqton üçün vacibdir. Bu ölkə əvvəlki kimi Amerika-İran qarşıdurmasının girovudur.

BAKI, 1 sentyabr — Sputnik, Sofya Melniçuk. "Ekstremistlər bomba partlatmağa, dinc əhaliyə hücum etməyə və düşmənçiliyi qızışdırmağa davam edəcəklər", — Barak Obama İraqda hərbi əməliyyatların dayandırıldığını bəyan edərkən deyirdi. Koalisiya ölkədə missiyanı yerinə yetirmişdi və artıq evə qayıtmaq vaxtı idi. O vaxtdan bəri 10 il keçib, amma amerikalılar hələ də Bağdaddadırlar. Vaşinqtonun İraq xalqına yardımı nə ilə nəticələndi? Ətraflı RİA Novosti-nin materialında.

"Şər məhvəri"nin yeni üzvü

"Bu saatlarda koalisiya qoşunları İraqı tərksilah etmək, onun xalqını azad etmək və dünyanı ölümcül təhlükədən qorumaq üçün hərbi əməliyyata başlayır". ABŞ 2003-cü il martın 19-da Prezident Corc Buşun bu sözləri ilə İraqa daxil oldu.

Saat yarımdan sonra "Tomahavk"lar Fars körfəzindən ilk hədəfləri vurdu, koalisiya isə Küveytlə sərhəddən hücuma keçdi.

Amerika Birləşmiş Ştatları üçün bu, 2001-ci il 11 sentyabr terror hadisələrindən sonra beynəlxalq terrorizmə qarşı elan edilmiş müharibədə addımlardan biri idi. "Əl-Qaidə" yaraqlıları 11 sentyabrda təxminən üç min nəfəri qətlə yetirmişdilər. Corc Buş isə öz xalqına söz vermişdi ki, günahkarlar cəzalandırılacaq.

Əfqanıstan müharibəsi "bir nömrəli terrorçu" hesab edilən Usama bin Ladenin ələ keçirilməsinə gətirib çıxarmadı. Amma amerikalılar başqa bir liderə — Səddam Hüseynə keçdilər. Onlar təkid edirdilər ki, (sonradan yalan olduğu bəlli olmuş) kəşfiyyat məlumatlarına görə Səddam Hüseyn guya terrorçuları dəstəkləyirmiş.

Amerika ictimaiyyətini yeni İraq kampaniyasına əvvəlcədən hazırlayırdılar. Corc Buş "şər məhvəri"nə daha bir üzvün əlavə olunması barədə ilk dəfə 2002-ci ilin yanvarında danışıb. Sentyabrda isə o, BMT Baş Assambleyasının tribunasından bildirirdi: “Hüseyn tərksilah edilməsə, müharibə qaçılmaz olacaq”.

Konqres tezliklə prezidentə imza atması üçün İraqa qarşı gücdən istifadə etməyə icazə verən qətnaməni təqdim etdi, Senat isə hərbi xərclərin 355,1 milyarda qədər artırılmasını təsdiq etdi.

2003-cü ilin yanvarında Buş məlumat verirdi ki, ABŞ kəşfiyyatında Səddam Hüseynin kütləvi qırğın silahlarını, xüsusilə Sibir yarasını törədən sporları gizlətdiyinə dair sübutlar var. Nəticədə İraqda yalnız 1980-ci illərdən qalmış və genişmiqyaslı ziyan üçün yararlı olmayan kimyəvi silah tapılsa da, bu, "İraq Azadlığı" əməliyyatı üçün rəsmi bəhanə oldu.

Sürətli işğal

"Qəzəblə gələnlər – Rəbbin, vətənin və bəşəriyyətin düşmənləri – axmaqlıq ediblər və vətənimizə və xalqımıza hücum ediblər", — İraq radiosu işğal günü elan edib. Səddam Hüseyn tezliklə qaçmağa məcbur olub və xalqa audio yazılar vasitəsilə müraciət edib.

ABŞ və Britaniya qoşunları İraq qoşunlarından daha güclü idi. Bir neçə həftə ərzində koalisiyanın hücumları altında Bəsrə, Kərbəla, Kərkük, Mosul, aprelin 14-də isə İraq liderinin doğma şəhəri Tikrit işğal olundu. Əməliyyatın aktiv fazasına 26 gün vaxt sərf olundu və artıq 2003-cü il mayın 1-də əməliyyat başa çatdı. Uzun müddətli işğal və Səddam Hüseynin ovu başladı.

O, doqquz aydan sonra "Qırmızı Şəfəq" adlı missiya zamanı tutuldu. Təlatümlü və çaş-baş Səddam Hüseynin Tikrit yaxınlığındakı sığınacaqdan çıxarılması kadrları bütün dünyanı dolaşdı. Onun üzərində gülləsiz tapança və içində 750 min dollar olan çamadan var idi. Sonradan Corc Buş bu tapançanı qənimət kimi özünə saxladı.

İki il sonra keçmiş prezident asılaraq edam olundu. Amma müharibə qurtarmadı. İraqı dinlərarası zorakılıq dalğası bürüdü.

Zərərə bərabər kömək

"İraq regionun ən mürəkkəb və rəngarəng ölkələrindən biridir. Amerikalılar nəinki dini zəmində, həm də "sivil şəhər" və İraq cəmiyyətinin səhra tayfaları səviyyəsində bir çox problemləri açdılar", – Rusiyanın Beynəlxalq Məsələlər üzrə Şurasının proqram direktoru Ruslan Məmmədov bildirir.

2004-cü ildə nisbi sakitlikdən sonra Səddam Hüseynin dövründə hakimiyyətdə olmuş sünni azlıqla şiə və kürd çoxluğu arasında qarşıdurması kəskinləşdi.

Bir il sonra ölkədə 50 ildə ilk dəfə olaraq çoxpartiyalı parlament seçkiləri keçirildi – yaraqlıların seçki məntəqələri yaxınlığında snayperləri yerləşdirilməsi təhlükəsi altında olsa belə. Düzdür, sünnilər onları boykot etdilər. Bununla belə, yeni Konstitusiyanı təqdim etməli olan keçid hökumətini formalaşdırmaq mümkün oldu.

Şiələr, kürdlər və sünnilər arasındakı ziddiyyətlər üzündən proses dayandı. Sünniləri ölkənin federal quruluş perspektivi, "Bəəs" partiyasının ləğvi və daha çox şiələrin və kürdlərin maraqlarına cavab verən digər müddəalar qane etmirdi. Ancaq Konstitusiya yenə də qəbul edildi və yeni parlament formalaşdı. Amma bu, ölkəni zorakılıqdan qorumadı.

Ölkənin siyasi elitasının ənənəvi olaraq əsas hissəsinin, o cümlədən Səddam Hüseynin mənsub olduğu sünnilər hakimiyyəti əldən vermək istəmirdilər.

"Yeni siyasi elita, əslində, ABŞ-ın təyin etdikləri idi. Onların ataları və babaları 1958-ci ilə qədər monarxiya dövründə əsas vəzifələr tutublar. Onların cəmiyyətlə əlaqələri yox idi", - Məmmədov izah edir.

Qırğın davam edirdi, dinc sakinlər həlak olur və ya ölkədən qaçırdılar. 2007-ci ildə Buş İraqa daha 21,5 min hərbçi göndərdi və hərbi strategiyanı yenidən nəzərdən keçirdi. 

Onun dinlərarası münaqişəni yatıracağı güman edilirdi, amma heç nə alınmadı. Nəticədə, hətta Bağdadın ən çox mühafizə olunan rayonu — "yaşıl zona" — artıq təhlükəsiz deyildi. Amerikanın idarəçiliyinin effektivliyi şübhə doğururdu.

Barak Obama Ağ Evə gəlişi ilə ABŞ qoşunlarını İraqdan çıxarmaq qərarına gəldi. 2010-cu ilin yayına qədər 90 min amerikalı hərbçi vətəninə qaytarıldı. Ölkədə isə təxminən 50 min amerikalı qalırdı. Avqustun 31-də Obama xalqa müraciət etdi və ABŞ-ın İraqda hərbi əməliyyatına tam son qoyulduğunu bildirdi.

Şok nəticə

Ruslan Məmmədovun fikrincə, ABŞ-ın İraqda qurmağa çalışdığı dövlətçilik və təhlükəsizlik institutları yararsız olub:

“Bu strukturlar nə xarici, nə də daxili təhlükələrə cavab verməyə hazır deyildi. Təəccüblü deyil ki, Amerikanın hərbi kampaniyasından və İraqda keçirilən seçkidən sonra Baş nazir Nuri əl-Maliki hakimiyyətin mərkəzləşdirilməsi istiqamətində sərt addımlar atmağa, yarıtmaz siyasətçiləri təqib etməyə, onları terror fəaliyyətində günahlandırmağa başladı. ABŞ-ın getməsi ilə onu heç nə dayandırmırdı və nəticədə İraq cəmiyyətinin böyük bir hissəsi, xüsusilə sünnilər kənara sıxışdırıldılar”.

Amma Vaşinqtonun əsas səhvi amerikalılara radikal qruplarla mübarizədə kömək edən sünni qoşunların yaradılması oldu. "Gənc oğlanlar sadəcə silahlarını götürüb evlərinə getdilər. Bu qruplar ümumi təhlükəsizlik sisteminə daxil edilmədi, onlar maaşsız qaldılar, onların liderləri isə təqib edildilər", — Məmmədov qeyd edir.

Məhz sünnilərin ağır vəziyyəti radikal ideyaların yayılmasına gətirib çıxardı. "2014-cü ildə hamı şoka düşdü: İŞİD ölkənin şimal-qərbini ələ keçirdi və İraq hökuməti ərazinin yarısı üzərində nəzarəti itirdi", — Məmmədov deyir.

İraq, hər halda, İŞİD-i məğlub etdi, o cümlədən amerikalıların geri dönməsi sayəsində. Amma ümumilikdə ABŞ-ın əməliyyatını uğurlu adlandırmaq böyük bir şişirtmə olardı.

"Onları qiymətləndirmədik": Qərb ilk dəfə rusların Suriyada hərbi uğurunu tanıyıb>>

Müharibə zamanı nə qədər iraqlının həlak olduğu indiyədək dəqiq məlum deyil. Amerika mətbuatının məlumatına görə, 100 mindən 300 minə qədər. ÜST isə qeyd edir ki, yalnız ilk üç ildə 150 mindən 223 min nəfərə qədər insan həlak olub. 700 min deyənlər də var.

Amerikalılar daha az itki verdilər – təxminən 4,5 min əsgər həlak oldu, 30 min nəfər yaralandı. Yarım milyon ABŞ vətəndaşı İraqda xidmət keçdi. Vergi ödəyicilərinə isə İraq əməliyyatı veteranlara və onların ailələrinə bütün ödənişləri nəzərə almaqla iki trilyon dollardan baha başa gəldi.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun Şimali Amerika Tədqiqatları Proqramının rəhbəri Viktoriya Juravlyova bildirir: “ABŞ-da həmin missiyanın məqsədəuyğunluğu barədə fikir birliyi yoxdur. Hüseynin nə “Əl-Qaidə” ilə əlaqələrinin, nə də kütləvi qırğın silahının olmasına baxmayaraq, Respublikaçılar partiyasında mövqe birmənalıdır – bu qərar 11 sentyabra oxşar əməl törətməyi planlaşdıran istənilən şəxsə psixoloji təsir nöqteyi-nəzərindən doğru idi. İntiqam kampaniyası müvəffəqiyyətli olub".

"Lakin cəmiyyət İraq əməliyyatını vacib olmayan və həddini aşan addım kimi qəbul edir. Xüsusilə də Buşun qərarları təzyiq altında qəbul etməsi barədə memuarların nəşrlərindən sonra", – Juravlyova qeyd edir.

"Əlbəttə, fövqəldövlət əhval-ruhiyyəsini dəstəkləyənlər də var: guya ABŞ həmişə liderliyi təsdiq etməlidir. Amma "post-Vyetnam sindromu" əhval-ruhiyyəsi üstünlük təşkil edir. Çünki yalnız qısa hərbi kampaniyalar uğurlu hesab edilir, əgər onlar uzanırsa və ABŞ itki verirsə, cəmiyyət buna maksimum dərəcədə mənfi yanaşır", — o əlavə edir.

Barak Obamanın və Donald Trampın vədlərinə baxmayaraq, amerikalılar hələ də Bağdadda qalıblar. İraq Vaşinqton üçün vacibdir. Bu ölkə əvvəlki kimi Amerika-İran qarşıdurmasının girovudur. Ağ Ev İraq qapısını açıq saxlayır.

25
Əlaqədar
"Məğlub olduq": Trampın müşaviri BMT-dəki uğursuzluqdan danışıb
Trampdan tarixi etiraf: ABŞ-ın ən böyük səhvini açıqladı
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edib. Niyə və nə üçün?
Ruhanidən Trampa sərt cavab – Bura Fars körfəzidir, Nyu-York körfəzi yox...
Non-qrata nazirliyi: Pentaqonu İraqda "kiçik raket zərbələri" narahat edir
Koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər

15
(Yenilənib 23:42 25.09.2020)
Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyini istisna etməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan mətbuat konfransında deyib.  

“Sözsüz ki, bunu təsəvvür etmək çətindir, ancaq bu, mümkün ola bilər. Çünki biz 9 ay ərzində bir milyon insan itirmişik. Yaxın 9 ay ərzində vaksinin peyda olacağına da ayıq başla yanaşırıq”, - Rayan effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyi ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

Onun sözlərinə görə, hazırda problemlər var, xüsusən bunlar peyvəndin maliyyələşdirilməsi, istehsalı və qiymətləndirilməsi ilə bağlıdır.

Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

15
Teqlər:
vaksin, peyvənd, ölüm, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər, amma virus gətirməyəcək
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Hərbi təyyarə qəzası

Ukraynada hərbi təyyarə qəzaya uğradı, xeyli ölən var - VİDEO

18
(Yenilənib 23:25 25.09.2020)
İlkin məlumata görə, hadisə yerindən 2 nəfər xəstəxanaya aparılıb. “Onların bədənlərinin 90%-i yanmışdı”, - Tibbi Qəza Mərkəzinin direktoru Viktor Zabaşta deyib.  

BAKI, 25 sentyabr — Sputnik. Ukraynanın Xarkov vilayətində Ан-26 hərbi təyyarəsi qəzaya uğrayıb. Qəzada 22 nəfərin öldüyü, 2-nin sağ qaldığı bildirilir. 4 nəfərin taleyindən xəbər yoxdur. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Ukrayna Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, təyyarənin göyərtəsində 23 nəfər olub. Onlardan 18-i kursant, beşi isə ekipaj üzvü olub.

​“Bu axşam Xarkov vilayətində Ukrayna SQ-yə məxsus Ан-26 təyyarəsi qəzaya uğrayıb. Təyyarə eniş zamanı qəzaya düşüb. Ekipaj üzvlərindən başqa, göyərtədə Ukrayna SQ Hərbi Hava Qüvvələrinin Xarkov Universitetinin kursantları da olub. Yaralı və həlak olanlar var, məlumat dəqiqləşdirilir”, - komandanlıq Facebook-da məlumat yayıb.  

Xarkov vilayət başçısı Aleksey Kuçer bildirib ki, qəzadan sağ çıxanlar da var.

İlkin məlumata görə, hadisə yerindən 2 nəfər xəstəxanaya aparılıb. “Onların bədənlərinin 90%-i yanmışdı”, - Tibbi Qəza Mərkəzinin direktoru Viktor Zabaşta deyib.  

​057.ua nəşri yazır ki, təyyarə təlim uçuşunda imiş.

Hadisə yerində xilasedicilər işləyirlər.

18
Teqlər:
ölüm, kursant, qəza, Ан-26 təyyarəsi, Ukrayna