BAKI, 1 sentyabr — Sputnik. Ermənistanın Proşyansk konyak zavodunun Armavir kəndində olan filialında yanğın baş verib. Sputnik Ermənistan xəbər verir ki, bu gün baş verən yanğın zamanı iki nəfər ölüb.
Partlayış nəticəsində 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Bu arada Ermənistanın Armavir şəhərində avqustun 31-i və sentyabrın 1-də 11 nəfər saxta alkoqollu içkidən zəhərlənərək ölüb. Bundan əlavə, spirtli içkidən zəhərlənən 4 nəfər xəstəxanaya yerləşdirilib.
BAKI, 25 yanvar — Sputnik. Moskvada məşhur komik və aktyor, "Stand up Show"nun (Comedy Club) iştirakçısı Aleksandr Şalyapinin meyiti tapılıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, onun özünə qəsd etdiyi bildirilir.
Qeyd olunur ki, Şalyapinin meyitini həyat yoldaşı tapıb. Qadın evə təcili yardım çağırıb.
Hazırda hadisənin təfərrüatı araşdırılır.
Şalyapinin 41 yaşı olub. O, "Bumer: İkinci film", "Univer. Novaya obşaqa" (Univer: Yeni yataqxana), "Qadınlar kişilərə qarşı", "Ağır qum" (serial) kimi ekran işlərində rol alıb.
BAKI, 25 yanvar — Sputnik. Rusiyanın "Vektor" mərkəzi koronavirusun Britaniya ştammının fotosunu yayıb.
Sputnik Azərbaycan bildirir ki, şəkil "Rospotrebnadzor"un saytında yayımlanıb.
Ştammın şəklini virusun yeni variantının tədqiqatı çərçivəsində mikroskop vasitəsilə çəkiblər. Alimlər laboratoriya heyvanlarından istifadə edərək virusun struktur xüsusiyyətlərini, eləcə də hüceyrələrdə, eksperimental modellərdə təzahürlərini öyrənirlər.
Qurumdan bildiriblər ki, hazırlanmış PZR testləri variant virusunu mutasiyaya uğramamış virusdan fərqləndirə bilir. Həmçinin "Rospotrebnadzor"un məlumatına görə, COVID-19-un yeni mutasiyaları "EpiVakKorona" vaksininin effektivliyinə təsir etmir.