BAKI, 1 sentyabr — Sputnik. İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Türkiyə "əmiri" həbs olunub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu öz "Twitter" səhifəsində yazıb.
"İŞİD-in saxta Türkiyə əmiri önəmli planlarla saxlanıldı və həbs edildi... Hüquq-mühafizə orqanlarını təbrik edirəm", - Soylu qeyd edib.
DEAŞ’ın sözde Türkiye Emiri önemli planlarla yakalandı ve tutuklandı...
— Süleyman Soylu | Maske😷 Mesafe↔️ Temizlik🧼 (@suleymansoylu) September 1, 2020
Teşekkürler, tebrikler Emniyet Teşkilatı 👏🇹🇷
NTV telekanalının efirində çıxış edərkən Soylu "əmir"in adını da açıqlayıb - Mahmud Özden. Əməliyyat İstanbulda keçirilib. Nazirin sözlərinə görə, terrorçuların başçısı Türkiyədə terror aktı hazırlanması üçün döyüşçülərin hazırlanması, eləcə də türk siyasətçilərinin oğurlanaraq Suriyaya verilməsi ilə məşğul olurmuş.
BAKI, 22 yanvar — Sputnik. "Eşkiya dünyaya hökmdar olmaz" serialında İlyas Çakırbeyli rolunu canlandıran Ozan Akaba Azərbaycanın milli gerbini hazırlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktyor iş prossesini özünün "Instagram" hesabında paylaşıb. Aktyor "yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər" yazıb. Azərbaycandan olan izləyicilər aktyora xoş rəylər yazıblar.
View this post on Instagram
Qeyd edək ki, aktyor "Aman Reis Duymasın", "Abluka", "Mutlak Adalet", "Krallar Kulübü", "Kadir ve Kardeşleri" və s. filmləri ilə məşhurdur.
BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.
View this post on Instagram
Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.
BAKI, 22 yanvar — Sputnik. Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün "Azərenerji" Şuşada 110/35/10 kilovoltluq yeni yarımstansiya tikir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılır. Şuşanın milli ornamentləri qorunmaqla müasir üslubda inşa ediləсək yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Havanın dumanlı, qarlı və şaxtalı olmasına baxmayaraq işlər sürətlə davam etdirilir.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərin böyük hissəsinin, o cümlədən "Şuşa" yarımstansiyasının Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyası genişləndirilərək tam yenidən qurulur və yarımstansiyaya İmişlidən 110 kilovoltluq 51 km məsafədə yeni xətt gətirilir. Ən əsası isə Füzulidən Şuşaya 75 km məsafədə 110 kilovoltluq ikidövrəli "Şuşa-1", "Şuşa-2" hava elektrik xətləri çəkilir. Artıq hava elektrik verilişi xəttində 70 faiz işlər görülüb, yaxın müddətdə işlər yekunlaşacaq. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndindən keçən yüksəkgərginlikli hava xətti ən çətin dağlıq, meşəlik relyefdə, qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.
Onu da qeyd edək ki, yaxın vaxtlarda işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanılacaq.