Fotoapparat

Azərbaycanlının çəkdiyi foto "National Geographic"də dərc olunacaq

48
(Yenilənib 14:19 01.09.2020)
Çəkilən foto izləyicilər tərəfindən maraqla qarşılanıbÇəkilən foto izləyicilər tərəfindən maraqla qarşılanıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Azərbaycanlı fotoqraf "National Geographic" üçün Beyrutdan material hazırladı. Sputnik Azərbaycan xəbər verir ki, əsasən Şərq ölkələrində fotolar çəkən dünyaca məşhur azərbaycanlı fotoqraf Rəna Əfəndi "National Geographic" jurnalının məhv olmuş Beyrut haqqında məqaləsi üçün fotolar işləyib. Fotoqraf bu barədə öz "Instagram" hesabında yazıb:

"Beyrut partlayışının nəticələrini əbədiləşdirmək üçün Livana getdim və insanların inanılmaz dözümünün şahidi oldum".

View this post on Instagram

A post shared by Rena Effendi (@renaeffendiphoto) on

Qeyd edək ki, çəkilən foto izləyicilər tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, bu il avqustun 4-də Beyrut limanında baş verən güclü partlayış nəticəsində 190 nəfər ölüb, altı mindən çox adam yaralanıb.

48
Əlaqədar
"Xınalıqlı tumurcuqlar"ın sehri Sputnik Azərbaycan-ın əməkdaşını qalib etdi - FOTO
Azərbaycanlı fotoqrafın şəkilləri Apple şirkətinin səhifəsində
Sənətinin vurğunu olan fotoqraf: "Təbiət ecazkar göründüyü qədər də amansızdır"
Azərbaycanlı cütlüyün ağlına qeyri-adi ideya gəlib
Qarabağ xanının nəslindən olan rəssam qeyri-adi əsər yaradıb

İtaliya sahillərində nəhəng balina cəmdəyi tapılıb video

5
(Yenilənib 11:57 22.01.2021)
İtaliyanın Sorrento limanı hövzəsində nəhəng balina cəmdəyi tapılıb. Hadisənin şahidlərinin çəkdiyi kadrları izləyin.

Xəbər verilir ki, dalğıcların təsadüfən onun balası ilə toqquşması nəticəsində bala onları balinanın öldüyü yerə aparıb çıxarıb. Balinanın uzunluğu 23 metr, çəkisi isə təxminən 70 tondur.

Ölmüş balinanın Neapol limanına çatdırılmasından sonra onun üzərində ekspertizanın aparılması və skeletinin muzeyə verilməsi planlaşdırılır.

5
Lotereya, arxiv şəkli

ABŞ-da bir nəfər lotereyada 1 milyard dollar udub

38
(Yenilənib 14:07 23.01.2021)
Srağagün “AP” xəbər verib ki, “Powerball” lotereyasının Merilend ştatında satılmış biletin sahibi cekpot çıxararaq külli miqdarda uduşun sahibi olub.

BAKI, 23 yanvar - Sputnik. ABŞ-ın “Mega Millions” lotereyasının Miçiqan ştatında satılan biletinə 1 milyard dollarlıq uduş düşüb.

“Report” lotereyanın saytına istinadən xəbər verir ki, bu, 739,6 milyon dollar nağd pul deməkdir.

Bu məbləğ lotereyanın tarixində ikinci böyük uduşdur. Belə ki, 2018-ci ildə Cənubi Karolinada 1,5 milyard dollarlıq uduş düşən bilet satılmışdı.

Srağagün “AP” xəbər verib ki, “Powerball” lotereyasının Merilend ştatında satılmış biletin sahibi cekpot çıxararaq külli miqdarda uduşun sahibi olub. Həmin uduş sahibinə 29 il ərzində 30 hissə ilə 731,1 milyon dollar köçürülə, yaxud birdəfəlik 546,8 milyon dollar ödənilə bilər.

38
Şəhid Murad İbrahimovun dəfn mərasimi

İtkin düşən 50 hərbçidən biri 113 gün sonra Gəncədə dəfn edilib

0
Vətən müharibəsinin gedişində şəhidlik zirvəsinə ucalan Murad İbrahimovun 1 yaşlı oğlu vətənə əmanət qalıb.

Rahim Məmmədov, Sputnik Azərbyacan

BAKI, 23 yanvar — Sputnik. Gəncə şəhərində dünyaya göz açan 28 yaşlı hərbçi Murad İbrahimov Vətən müharibəsi başlayan gündən MAXE kimi döyüşlərə qatılıb. İbrahimov sonuncu dəfə ailəsi ilə oktyabrın 2-də danışıb. Həmin gündən sonra Muraddan ailəsi xəbər ala bilməyib. Onun 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu bildirilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Azərbaycan Ordusunun əsgəri M. İbrahimovun nəşi Gəncə şəhərinə gətirilib. Şəhidin yaşadığı evdə vida mərasimi keçirildikdən sonra , Gəncədəki şəhidlər xiyabanında dəfn edilib.

  • Şəhid Murad İbrahimovun dəfn mərasimi
    © Sputnik / Rahim Mammadov
  • Şəhid Murad İbrahimovun dəfn mərasimi
    © Sputnik / Rahim Mammadov
  • Şəhid Murad İbrahimovun dəfn mərasimi
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Şəhid Murad İbrahimovun dəfn mərasimi

Vida mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, millət Vəkili Naqif Həmzəyev, Türkiyənin Gəncədə baş konsulu Zəki Öztürk, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Murad İbrahimov Vətən müharibəsində itkin düşən 50 hərbçidən biridir. Gəncə şəhər sakini evli olub 1 yaşında oğlan övladı var.

 

0