Epidemioloji vəziyyət, arxiv şəkli

Rəqəmlər durmadan artır, ABŞ-da sayları 6 milyonu keçdi

11
(Yenilənib 10:48 01.09.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 992 402 yoluxma qeydə alınıb

BAKI, 1 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 25 485 328-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 850 540 nəfər vəfat edib, 16 820 067 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 30 min 782 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 992 402 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

11
Teqlər:
Koronavirus, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası (584)
Əlaqədar
“Vaksin ehtirasları” – Mənfəət riski üstələsə, təsdiqləyəcəklər
Tanınmış müğənni: "Sanki üzərimizdə eksperiment aparılır"
Qonşuda COVID-19-a qarşı kütləvi peyvəndləmənin başlama vaxtı bilindi - Bu bir ilkdir
Xəstəxanadan qaçan miqrantlar silah əvəzinə dişlərindən istifadə elədilər
COVID-19-a qarşı peyvənd ölkəyə nə vaxt gətiriləcək? - Prezidentdən açıqlama
Pfizer-BioNtech peyvəndi, arxiv şəkli

ÜST iddia edir ki, vaksindən ölən yoxdur

8
ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin bir neçə yan təsirləri qeydə alınıb, məsələn, anafilaktik şok kimi

BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib. 

"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib. 

ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.  

Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.

8
Teqlər:
ÜST, ölüm, Pfizer, vaksin
Mövzu:
Yeni tip koronavirus pandemiyası (584)
Nyu-Yorkda divarda təsvir, arxiv şəkli

Koronavirusun daha bir ştammı aşkarlandı

10
(Yenilənib 23:39 20.01.2021)
Yeni ştammın təhlükə dərəcəsi barədə hazırda məlumat yoxdur. Bununla yanaşı, elm adamları yeni mutasiyanın nə qədər tez ötürüldüyünü təyin etməlidirlər

BAKI, 20 yanvar — Sputnik. Amerikanın Kaliforniya ştatında koronavirusun yeni ştammı aşkarlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, virusun yeni forması CAL.20C "Britaniya" ştammının axtarışı zamanı müəyyən edilib.

Alınan biomateriallarda mutasiyaya uğramış koronavirus aşkar edilib. Mütəxəssislər virusun yeni variantının keçən ilin yayında ortaya çıxdığını, ancaq özünü payızda göstərdiyini düşünürlər. Hazırda CAL.20C geniş yayılıb.

Məlumata görə, mutasiyaya uğramış koronavirus yanvarın 13-də Los-Ancelesdəki bir laboratoriyada nümunələrin yarısından çoxunda müəyyən edilib.

"Ştamm həqiqətən burada meydana gəlib və onun tətil dövründə ortaya çıxmağa və yayılmağa imkanı olub", - deyə Cedars-Sinai Tibb Mərkəzinin əməkdaşlarından biri bildirib.

Yeni ştammın təhlükə dərəcəsi barədə hazırda məlumat yoxdur. Bununla yanaşı, elm adamları yeni mutasiyanın nə qədər tez ötürüldüyünü təyin etməlidirlər.

ABŞ-da koronavirus qurbanlarının sayı 400 min nəfəri keçib. Milad bayramından sonra ölümlərin sayı da kəskin şəkildə çoxalıb.

10
Teqlər:
mutasiya, ştamm, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası (584)