Çində çərpələng festivalı

Nəhəng çərpələng uşağı göyə uçurdu - VİDEO

27
(Yenilənib 18:41 30.08.2020)
Festival iştirakçıları çərpələngi tutmağa çalışıblar. Çərpələng yerə çırpılan anda uşağı xilas etmək mümkün olub

BAKI, 30 avqust — Sputnik. Tayvanda, Sincu şəhərində çərpələng yarışında maraqlı hadisə baş verib.

Sputnik Azərbaycan bildirir ki, üç yaşlı qız nəhəng narıncı çərpələngin uzun şleyfinə dolaşıb. Qəfil əldən çıxan çərpələng uşağı da özü ilə göyün üzünə çəkib. Uşaq bir neçə metr hündürlükdə çərpələngdən asılı qalaraq küləyin təsirindən fırlanmağa  başlayıb.

​Festival iştirakçıları çərpələngi tutmağa çalışıblar. Çərpələng yerə çırpılan anda uşağı xilas etmək mümkün olub. O, xəsarət almayıb.

2019-cu ildə güclü külək Türkiyədə, Osmaniyə vilayətində küçədə quraşdırılmış bir çətiri aparmışdı. Həmin vaxt ondan yapışan kişi də təxminən 3-4 metr yüksəklikdə “uçmuşdu”.

27
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp telefon zənginə görə mətbuat konfransını yarımçıq kəsib

6
Tramp mühafizə xidməti əməkdaşlarının xahişi ilə mətbuat konfransını yarımçıq dayandırmağa məcbur olub.

BAKI, 24 sentyabr — Sputnik. Birləşmiş Ştatların prezidenti Donald Tramp təcili telefon zənginə əsaslanaraq mətbuat konfransını yarımçıq tərk edib.

Bu barədə Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir.

"Mən təcili zəng gəldi. Mən qayıdacağam, sabah görüşərik", - Ağ Evin başçısı bildirib.

Tramp telefon zənginin nə ilə əlaqədar olduğunu açıqlamayıb.

Qeyd edək ki, analoji hadisə avqustun 10-da da baş verib. Tramp mühafizə xidməti əməkdaşlarının xahişi ilə mətbuat konfransını yarımçıq dayandırmağa məcbur olub. ABŞ lideri bir neçə dəqiqə sonra geri qayıdaraq bildirib ki, Ağ Evin ətrafında atışma olub və hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsə atəş açaraq onu yaralayıblar.

6
Podiumda model, arxiv şəkli

Fahriye Evcen məşhur markanın siması oldu

16
Markanın yeni seriyasına aid olan məhsulları reklam edən Fahriye Evcen, qazaxıstanlıların sevimlisinə çevrilib

BAKI, 23 sentyabr — Sputnik. Orta Asiyada çox sayda fanatları olan Fahriye Evcenin marka üzü olduğu L'Oréal'ın reklam filmi Qazaxıstanda yayınlanmağa başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, markanın yeni seriyasına aid olan məhsulları reklam edən Fahriye Evcen, qazaxıstanlıların sevimlisinə çevrilib.

Sosial media hesabından: "Qazaxıstandakı sevənlərimlə bir arada olmaq mənim üçün çox həyəcanlıdır. Orta Asiya və Qazaxıstanla çox sıx bağlarımız var. Onlar xüsusi münasibət bəslədiyim bölgədir" deyə Fahriye Evcen fikirlərini belə ifadə edib.

16
Həkimlər əməliyyat zamanı, arxiv şəkli

Gənc qadın əməliyyatdan sonra öldü

0
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 24 sentyabr — Sputnik. Dünən Bərdə rayonu, Mustafaağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Bərdə rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə "yumurtalığın boğulmuş kistası" diaqnozu ilə daxil olduğu Bərdə rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qadın "kistanın çıxarılması" cərrahi əməliyyatı olunduqdan sonra ölüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0
Teqlər:
prokurorluq, əməliyyat, xəstəxana, Bərdə