Səmada Türkiyə və Yunanıstan təyyarələri arasında insident - VİDEO

© Sputnik / Aleksey Vitvitsky / Mediabanka keçidИстребители F16 турецких BBC, фото из архива
Истребители F16 турецких BBC, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə qırıcı təyyarələri Yunanistana məxsus olan və Kipr Respublikası istiqamətində uçan 6 ədəd “F-16” təyyarəsini qovaraq bölgədən çıxarıblar

BAKI, 28 avqust – Sputnik. Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri Aralıq dənizi səmasında Yunanıstan HHQ-yə aid altı “F-16” qırıcısını bölgədən uzaqlaşdırıb.

Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.

“27 Avqust 2020-ci il tarixində Yunanistana məxsus 6 ədəd “F-16” təyyarəsi Krit adasından havaya qalxaraq, Kipr Respublikası istiqamətində uçub və Türkiyə tərəfindən beynəlxalq “NAVTEX” elan edilən bölgəyə yaxınlaşıb. “F-16” qırıcılarımız onların bu bölgəyə yaxınlaşmalarının qarşısını alıb və bölgəni tərk etməyə məcbur edib”, - açıqlamada belə deyilir.

Müdafiə Nazirliyi əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri “Şərqi Aralıq dənizində ölkənin hüquq və mənafeyini qorumaqda davam edəcək”.

Xəbər lenti
0