"Batka" əlinə avtomat almasını şərh edib

© © BELTA / AFPПрезидент Беларуси Александр Лукашенко
Президент Беларуси Александр Лукашенко - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən həftəsonu etiraz aksiyalarının iştirakçıları Aleksandr Lukaşenkonun Minskdəki iqamətgahına çatıblar. Lukaşenko isə iqamətgahına helikopterlə gəlib. Onun əlində avtomat olub.

BAKI, 28 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko etirazlar zamanı iqamətgahının yanında əlində avtomat tutduğuna görə onu tənqid etməməyi xahiş edib.

Президент РФ Владимир Путин проводит оперативное совещание с постоянными членами Совета безопасности РФ в режиме видеоконференции - Sputnik Azərbaycan
RUSİYA
Putin: “Belarusda Rusiya qüvvələrinin tətbiqinə ehtiyac yoxdur”

Sputnik Belarus xəbər verir ki, Lukaşenko öz xalqına nəinki atəş açmaq, hətta heç vaxt barmağı ilə belə göstərmədiyini deyib.

"Və siz məni tənqid etməyə başlayırsınız ki, mən avtomatla küçələrdə qaçıram və öz xalqıma atəş açmağa hazıram. Qulaq asın, mən əsrin dörddəbiri ərzində xalqa heç vaxt barmağımla göstərməmişəm, o ki qaldı atəş açım", - Belarus lideri bildirib.

Ötən həftəsonu etiraz aksiyalarının iştirakçıları Aleksandr Lukaşenkonun Minskdəki iqamətgahına – Müstəqillik Sarayına çatıblar. Çevik polis qüvvələri onların qarşısını alıb. Daha sonra Lukaşenko helikopterlə iqamətgahına gəlib. Media Belarus prezidentinin helikopterdən zirehli jiletdə və əlində avtomatla düşməyinin fotoşəkillərini yayıb.

Xəbər lenti
0