Sara Hardinq, arxiv şəkli

Bəşəriyyətin bəlası onu da haqladı

32
(Yenilənib 19:53 28.08.2020)
38 yaşlı məşhur həftəlik kimyaterapiya seanslarını keçirdiyini və bütün gücü ilə mübarizə apardığını deyib

BAKI, 28 avqust — Sputnik. Britaniyanın məşhur "Girls Aloud" pop qrupunun ifaçısı Sara Hardinqə döş xərçəngi diaqnozu qoyulub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ulduzun özü "Instagram" hesabında məlumat verib.

38 yaşlı məşhur həftəlik kimyaterapiya seanslarını keçirdiyini və bütün gücü ilə mübarizə apardığını deyib. Hardinq həmçinin müsbət əhvalını qoruyacağını və pərəstişkarlarına sağlamlığı barədə məlumat verəcəyini vəd edib.

Qeyd edək ki, 2002-ci ildə yaradılan "Aloud Girls" Şeril Koul, Sara Hardinq, Nikola Roberts, Kimberli Uolş və Nadin Koyl kimi sənətkarlardan ibarət olub.

Karyeraları boyunca kollektiv beş studiya albomu və 22 sinql buraxmağı bacarıb. Qrup "Something New", "Call The Shots", "The Show" "Jump" və s. mahnıları ilə tanınıb. Həmin dövrlərin ən məşhur qrupu sayılan "Girls Aloud" 2013-cü ildə dağılıb.

32
Qağayı fırtına zamanı dəniz üzrəində uçur, arxiv şəkli

Atlantik okeanı yenə qudurdu - bu dəfə Meksika körfəzini ağuşuna alacaq

122
(Yenilənib 08:54 19.09.2020)
Fırtınanın sabah axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.

BAKI, 19 sentyabr — Sputnik. Dünən Atlantik okeanında tropik "Beta" fırtınası meydana gəlib.

Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Milli Qasırğa Müşahidəsi Mərkəzi yayıb.

Məlumata görə, tropik fırtınanın yaratdığı küləyin sürəti 18 m/s-ə çatır. Meksikanın liman şəhəri olan Tampikodan təqribən, 545 km şimal-şərqdə yaranan fırtına hazırda şimal-şərq istiqamətində təxminən, 15 km/saat sürətlə hərəkət etməkdədir.

Fırtınanın bazar günü axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.

122
Teqlər:
qasırğa, fırtına, Meksika körfəzi, Atlantik okeanı
Xəstəxana, arxiv şəkli

Türk dünyasının "diva"sı təcili xəstəxanaya yerləşdirilib

20
(Yenilənib 08:57 19.09.2020)
Bülənt Ərsoy: Səhər saatlarında mədəmdəki xoradan qaynaqlanan qanaxmaya görə bir müddət müalicə alacam

BAKI, 18 sentyabr — Sputnik. Türk dünyasının "diva"sı sayılan Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, xəstəxanaya yerləşdirilən müğənninin mədə qanaması keçirdiyi məlum olub. O, bu barədə özünün "İnstagram" sosial şəbəkəsində yazıb.

Məşhur müğənni izləyivcilərinə tezliklə sağalacağını deyib: "Mənə görə narahat olmayın. Səhər saatlarında mədəmdəki xoradan qaynaqlanan qanaxmaya görə bir müddət müalicə alacam. Bir neçə gün sonra normal həyatıma dönəcəm. Diqqətinizə görə təşəkkür edirəm".

View this post on Instagram

A post shared by Bülent Ersoy (@bulentersoy.com.tr) on

Məlumat üçün bildirək ki, əsl adı Bülənt Ərsoy olan bu sənətçi məşhurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başlayıb. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşıb.

1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan Bülənt Ərsoy indi də məşhur müğənnilər siyahısındadır. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ərsoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib. Dövlətin qoyduğu qadağalara görə, bu durumda o, səhnəyə qayıda bilməzdi. Çünki Türkiyə hökuməti transseksualların səhnədə görünməsinə icazə vermirdi. Birbaşa olaraq dövlət başçısı bu kimi hallara qadağa qoymuşdu. Nəticədə Bülent Ərsoy uzun müddət səhnədən uzaqlaşdırılıb. 1976-cı ildə onun həyatına aid "Sıralardakı həyəcan" adlı film çəkilib.

20
Teqlər:
türk, Bülənt Ərsoy
Kino lenti, arxiv şəkli

Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş həmyerlimiz haqqında film çəkilib

0
Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

BAKI, 19 sentyabr — Sputnik. Gənclər və İdman Nazirliyi açıq havada gənclərin iştirakı ilə tarixi rekonstruksiya formatında "Xarqo" adlı qısametrajlı film hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, film Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə ərsəyə gətirilib.

Çəkiliş Ə.Cəbrayılovun yubileyinin geniş qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı rəhbər tutaraq həyata keçirilib.

Məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, Azərbaycan xalqının hərb və döyüş tarixinin gənclərə əyani çatdırılmasıdır. Filmdə 15 gənc və tanınmış kino aktyoru iştirak edib. Çəkilişlər altı gün ərzində Şəki rayonu, qəhrəmanın doğulduğu Oxud kəndi və Bakının müxtəlif məkanlarında aparılıb.

Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

Filmin rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir. Rolları əməkdar artistlər Sona Mikayılova, Rasim Cəfər, aktyorlar Faiq Mirzəyev, Əli Əlizadə,Yaroslav Trifonov, Anar Mikayilov, Rumiyyə Ağayeva, Müşviq Mirzə, Araz Pirimov və digərləri canlandırıblar.

0