Qlobus, arxiv şəkli

Dünya hələ belə səfil vəziyyətdə olmamışdı Vəziyyəti bərpa etmək çətin olacaq

2631
(Yenilənib 12:27 26.08.2020)
İkinci Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələr iqtisadi artım sayəsində borc həcmini sürətlə azalda bilib. Ancaq bu dəfə belə bir nəticə əldə etmək çətin olacaq.

BAKI, 26 avqust — Sputnik. Ən böyük iqtisadiyyatları olan ölkələr koronavirus pandemiyasına qarşı mübarizə xərclərini artırır. Nəticədə, onların dövlət borcu İkinci Dünya müharibəsi dövründən rekord səviyyəyə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Məsələn, 2020-ci ilin iyulunda inkişaf etmiş iqtisadiyyatları olan ölkələrdə dövlət borcunun həcmi qlobal ümumi daxili məhsulun (ÜDM) 128 faizinə bərabər olub. 1946-cı ildə bu göstərici 124 faiz idi.

ABŞ prezidenti yanında i̇qtisadi şuranın keçmiş rəhbəri Qlenn Habbard bildirib ki, borcların artmasından narahat olmağa dəyməz – virusa yoluxma templərinə nəzarət etmək daha vacibdir.

Habbard deyib ki, müharibə ilə analogiya tamamilə doğrudur.

İkinci Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələr iqtisadi artım sayəsində borc həcmini sürətlə azalda bilib. 1959-cu ilə qədər borcun ÜDM-ə nisbəti yarıdan çox azalaraq 50 faizdən aşağı olub. Ancaq nəşr qeyd edir ki, bu dəfə belə bir nəticə əldə etmək çətin olacaq. Buna səbəb əhalinin artımının yavaşlaması, işçi qüvvəsinin və məhsuldarlığın azalması olacaq.

2631
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

10
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

10
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

11
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

11
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar