Tbilisidə küçədə qoruyucu maskada olan qız, arxiv şəkli

Gürcüstan Ermənistanda yoluxma ilə bağlı son durum açıqlandı

20
(Yenilənib 11:33 24.08.2020)
Son sutkada Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb. Ölkədə bu virusdan ölənlərin ümumi sayı 854-də çatıb

BAKI, 24 avqust – Sputnik. Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 10 yoluxma halı qeydə alınıb.  

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1421 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 7005 nəfər karantində saxlanılır, 255 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1137 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

Ermənistanda isə son sutka ərzində 33 nəfər koronavirus infeksiyasına yoluxub. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 42 825-ə çatıb.

Son sutkada Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb. Ölkədə bu virusdan ölənlərin ümumi sayı 854-də çatıb.

Ermənistanda indiyədək koronavirusdan sağalanların sayı 36 049 nəfərdir, 5666 nəfər müalicə olunur.

20
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Yunanıstan qəzetini məhkəməyə verdi

12
(Yenilənib 23:55 21.09.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maraqlarını qoruyan vəkillər Yunanıstanın "Demokratiya" qəzetini onun haqqında məqaləyə təhqiredici başlıq qoyduqlarına görə məhkəməyə veriblər.

BAKI, 21 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maraqlarını qoruyan vəkillər Yunanıstanın "Demokratiya" qəzetini onun haqqında məqaləyə təhqiredici başlıq qoyduqlarına görə məhkəməyə veriblər. Bu barədə Sputnik Azərbaycan "Yeni Safak" nəşrinə istinadən xəbər verir.

"Qəzetdə prezidentimizə qarşı istifadə edilən ifadələr mənəviyyatın ən iyrənc şəkildə enməsini nümayiş etdirir. Yunan cəmiyyətinin susqunluğuna baxsanız, bu enişin onun marginal təbəqələrinin hüdudlarından kənara çıxdığı aydın olur", - deyə məhkəməyə təqdim olunan iddia ərizəsində bildirilir.

Həmçinin qeyd olunur ki, təhqir – digər sözləri tapmayanların dilidir və haqqında danışılan yox, onu səsləndirənlərin özü üçün rüsvayçılıqdır.

Qeyd edək ki, sentyabrın 18-də Yunanıstanın "Demokratiya" qəzeti ilk sərlövhəsində türk dilində Ərdoğana müraciət yer alıb. Türk dilini bilməyən oxucular üçün isə redaksiya aşağı hissədə sözün ingiliscə tərcüməsini verib.

Cümə günü Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, məqalə ilə bağlı Yunanıstanın Ankaradakı səfiri Mixail-Xristos Deamessis XİN-ə çağırılıb.

12
Teqlər:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan
Əlaqədar
Putinlə Ərdoğan Suriya və Liviyanı müzakirə ediblər
Ərdoğan Ermənistanın təcavüzünün qarşısını almayan ölkələri riyakar adlandırdı
Ərdoğan: "Ankara regionda səhnəarxası oyunlardan yorulub"
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu: "Ermənistanı ağlını başına toplamağa çağırıram"

16
(Yenilənib 23:33 21.09.2020)
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı hücumları dayandıraraq, ağlını bağına toplamağa çağırıb.

BAKI, 21 sentyabr — Sputnik. Ermənistanın hücumu nəticəsində bu gün şəhid olan kiçik çavuş Elşən Məmmədova Allahdan rəhmət, ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bu sözlərlə Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib.

Nazir sosial şəbəkə hesabından yazıb:

"Ermənistanı hücumları dayandıraraq, ağlını bağına toplamağa çağırıram. Can Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq".

Xatırladaq ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi hərbi qulluqçusu, 1982-ci il təvəllüdlü kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

16
 Hotel, arxiv şəkli

Pandemiya dövründə mehmanxana restoranlar: problemləri necə həll etməli

0
(Yenilənib 00:16 22.09.2020)
Koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil

BAKI, 22 sentyabr — Sputnik. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən sərt tədbirlər iqtisadiyyatın bir çox sahələri kimi, restoran və mehmanxana biznesinə də ciddi zərər vurub. Bildirilir ki, sərt karantin tədbirlərindən ən çox onlar əziyyət çəkib.

Ancaq  sentyabrdan karantin rejimi, xüsusilə bu sahə ilə bağlı xeyli yumşaldılıb. Eyni zamanda koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil. 

Otel və restoranların fəaliyyətlərinin hansı istiqamətdə dəyişdiyi, dövlətin onlara hansı dəstəyi göstərməsi, müştəri bazasının nə dərəcədə azalması və s. barədə suallara sentyabrın 24-ü saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi aydınlıq gətirəcək.

Spikerə suallarınızı əvvəlcədən ivelizade@gmail.com elektron poçtuna göndərərək ünvanlaya bilərsiniz.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq. 

Əlaqə:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

0