Gürcüstanda təcili yardım avtomobili, arxiv şəkli

Gürcüstanda dəhşətli qəza nəticəsində 17 nəfər öldü

44
(Yenilənib 10:22 24.08.2020)
İlkin məlumata görə, mikroavtobus yerli turist şirkətlərindən birinə məxsusdur. Faktla bağlı istintaqa başlanılıb. 

BAKI, 24 avqust – Sputnik. Gürcüstanın Duşeti bələdiyyəsində mikroavtobus 80 metrə yaxın hündürlükdən dərəyə aşıb. Hadisə Biso kəndi yaxınlığında baş verib.

Sputnik Azərbaycan-ın “RİA Novosti”yə istinadla xəbərinə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. Şahidlər bildirilər ki, mikroavtobus minik avtomobili ilə toqquşandan sonra dərəyə yuvarlanıb.

İlkin məlumatlarda ölənlərin 12 nəfər olduğu bildirilsə də, sonradan faciə qurbanlarının sayı 17 nəfərə çatıb. Xəsarət alan üç nəfər xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, mikroavtobus yerli turist şirkətlərindən birinə məxsusdur.

Faktla bağlı istintaqa başlanılıb. 

Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir Giorgi Qaxaria qəzada ölənlərin yaxınlarına başsağlığı veriblər.

44
Neft platforması, arxiv şəkli

Niyə məhz indi? Bakı Aşqabadın razılaşması nədən xəbər verir

175
(Yenilənib 13:54 22.01.2021)
"Ola bilər ki, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması Türkmənistan tərəfində təhlükəsizliklə bağlı müəyyən narahatlıqlar yaradırdı"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Mütəxəssislər Azərbaycan və Türkmənistan arasında ötən gün əldə olunan Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunu tarixi hadisə adlandırırlar. Belə ki, bu anlaşma Xəzər dənizində uzun illərdir Kəpəz/Sərdar yatağı üzrə mübahisələrə son qoymaqla yanaşı, iki ölkə - Azərbaycan və Türkmənistan arasında olan əlaqələri daha üst mərhələyə çıxarmağa imkan verəcək.

Təsadüfi deyil ki, Azərbaycan Prezident İlham Əliyev Anlaşma Memorandumunu tarixi sənəd adlandırıb və qeyd edib ki, bu yataq, həmçinin yataqdakı iş ölkələrimiz və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.

Sputnik Azərbaycan Anlaşma Memorandumu, onun əhəmiyyəti və bu memorandumun niyə məhz indi imzalanması ilə bağlı "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri, politoloq İlqar Vəlizadə ilə həmsöhbət olub.

Politoloq qeyd edib ki, bu memorandumun indi imzalanması ondan xəbər verir ki, Azərbaycan və Türkmənistan bununla bağlı artıq bir neçə ildir danışıqlar aparıblar. Onun sözlərinə görə, birdən-birə belə bir razılaşma ərsəyə gələ bilməz: "Niyə məhz indi? Yəqin ki, bununla bağlı bir sıra nüanslar var. Ehtimal edirəm ki, onlardan biri də təhlükəsizliklə bağlı məsələlər idi. Ola bilər ki, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması Türkmənistan tərəfində təhlükəsizliklə bağlı müəyyən narahatlıqlar yaradırdı. Çünki bu, Kəpəz/Sərdar – indiki adı ilə "Dostluq" yatağının işlənməsi və hasil ediləcək resursların ixracı üçün müəyyən risklər yaradırdı.

Aydındır ki, ixrac üçün ən optimal istiqamət Qərb – Avropadır. Həmçinin bu istiqamət üzrə Azərbaycan və digər ölkələr də daxil olmaqla hazır infrastruktur layihələri var. Yəni yeni bir infrastruktur layihəsinin qurulmasına ehtiyac yoxdur. Ona görə də hazır xammalın xarici bazarlara daşınması üçün yaxşı imkan var. Bu memorandumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından qısa müddət sonra imzalanması artıq Türkmənistan rəhbərliyinin təhlükəsizliklə bağlı narahatlığının sona çatması kimi də dəyərləndirilə bilər".

"Cənubi Qafqaz" siyasi klubunun rəhbəri qeyd edib ki, rəsmi Bakı hələ on il əvvəl Aşqabada "Dostluq" yatağının birgə işlənməsini təklif edib: "Bu təklifdə yatağın bərabərhüquqlu şəkildə istismarı, hasilatın bərabər bölünməsi yer alır. Üç il bundan əvvəl – 2018-ci ilin martında İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı bu memoranduma bənzər razılaşma - həmsərhəd zonada yerləşən yataqların birgə istismarına dair razılaşma İran tərəfi ilə də imzalanmışdı. Lakin İranla bağlı beynəlxalq proseslərə (ABŞ-ın nüvə razılaşmasından çıxması, İrana qarşı sanksiyaların tətbiqi – red.) görə yataqların işlənməsi istiqamətində heç bir praktiki addımlar atılmayıb. Amma "Dostluq" yatağının istismarı üçün belə maneələr yoxdur".

İlqar Vəlizadə vurğulayıb ki, Azərbaycan və Tükmənistanın əldə etdiyi razılaşmanın başqa bir əhəmiyyəti isə bundan ibarətdir ki, bu yataq Trans-Xəzər qaz layihəsinin həyata keçirilməsi üçün təkan verə bilər: ""Dostluq" yatağında 50-100 milyon ton neft, 30 milyard kub metr qaz ehtiyatları var. Bu, təbii sərvətlərlə kifayət qədər zəngin yataqdır. Bu yataqdan çıxarılan qazın Cənubi Qaz Dəhlizi layihəsi ilə Qərbə - Avropaya tədarükü də realdır. Bu isə Cənub Qaz Dəhlizi layihəsinin, ümumilikdə Avropanın enerji təhlükəsizliyi baxımından Qafqaz regionunun əhəmiyyətini artırır. Bundan əlavə, Azərbaycanı artıq neft-qaz ixracatçısından əlavə, bir enerji habına, tranzit ölkəsinə çevirəcək".

175
Teqlər:
təhlükəsizlik, ekspert, qaz, neft, yataq, qərar, Türkmənistan, Azərbaycan
Bayraq festivalı

"Eşkiya dünyaya hökmdar olmaz"ın İlyas Çakırbeylisi Azərbaycan gerbini hazırladı

28
(Yenilənib 00:43 22.01.2021)
Məşhur aktyor iş prossesini özünün "instagram" hesabında paylaşım edib: "Yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər".

BAKI, 22 yanvar — Sputnik. "Eşkiya dünyaya hökmdar olmaz" serialında İlyas Çakırbeyli rolunu canlandıran Ozan Akaba Azərbaycanın milli gerbini hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktyor iş prossesini özünün "Instagram" hesabında paylaşıb. Aktyor "yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər" yazıb. Azərbaycandan olan izləyicilər aktyora xoş rəylər yazıblar.

View this post on Instagram

A post shared by Ozan Akbaba (@ozanakbaba)

Qeyd edək ki, aktyor "Aman Reis Duymasın", "Abluka", "Mutlak Adalet", "Krallar Kulübü", "Kadir ve Kardeşleri" və s. filmləri ilə məşhurdur.

28
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 632 nəfər COVID-19-dan sağalıb

0
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, ötən müddət ərzində isə ümumilikdə 2 347 951 test aparılıb.

BAKI, 22 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3 064 nəfər vəfat edib, aktiv xəstə sayı 6 443 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, ötən müddət ərzində isə ümumilikdə 2 347 951 test aparılıb.

0