BAKI, 24 avqust - Sputnik. “Venesuela hökuməti ABŞ rəhbərliyi ilə hər zaman dialoqa başlamağa hazırdır”.
APA-nın verdiyi məlumata görə, bu fikri bazar günü Venesuela Prezidenti Nikolas Maduro dövlət televiziyasına müsahibəsi zamanı deyib.
Maduro bildirib ki, ABŞ-da prezident seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, Ağ Evə rəhbərlik edəcək hər kəslə dialoqa hazırdır: “Gözləyək və amerika xalqının nə qərar verəcəyini görək”.
Prezident əlavə edib ki, rəsmi Karakas və Vaşinqton arasındakı münasibətlərə yenidən baxılmalıdır.
BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.
O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.
BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.
Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.