Kassir dollarları sayır, arxiv şəkli

Üç yüz qırx min dollarlıq baxış görəsən, eynək beyni dəyişirmi?

22
(Yenilənib 20:33 22.08.2020)
Mahatma Qandinin sadə eynəyinə 340 min dollar pul verdilərMahatma Qandinin sadə eynəyinə 340 min dollar pul verdilər

BAKI, 22 avqust — Sputnik. Hindistanın milli azadlıq hərəkatının lideri Mahatma Qandinin eynəyi Britaniyanın East Bristol Auctions hərracında 340 min dollara satılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə hərrac evinin Instagram səhifəsində məlumat yerləşdirilib.

Посмотреть эту публикацию в Instagram

SOLD £260,000 - Gandhi's Glasses. An incredible result!

Публикация от East Bristol Auctions (@eastbristolauctions)

Bir müddət əvvəl KİV-də məlumat yayılmışdı ki, qızıl suyuna çəkilmiş girdə şüşəli eynək iyul ayında auksiona poçtla göndərilib. Onu göndərən kişiyə bu eynəyi dayısı, ona da öz növbəsində Qandi özü Cənubi Afrikada işləyərkən hədiyyə veribmiş. Eynəyin sahibi ona görə böyük məbləğ ala biləcəyini heç ağlına gətirmirmiş, hətta hərrac evinə bildirib ki, “əgər lazım olmasa, sadəcə tullayın”.

Hərrac evi eksponata 20 min dollar başlanğıc qiymət qoyub. Yekun qiymət isə East Bristol Auctions üçün rekord olub.

 

22
Qağayı fırtına zamanı dəniz üzrəində uçur, arxiv şəkli

Atlantik okeanı yenə qudurdu - bu dəfə Meksika körfəzini ağuşuna alacaq

122
(Yenilənib 08:54 19.09.2020)
Fırtınanın sabah axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.

BAKI, 19 sentyabr — Sputnik. Dünən Atlantik okeanında tropik "Beta" fırtınası meydana gəlib.

Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Milli Qasırğa Müşahidəsi Mərkəzi yayıb.

Məlumata görə, tropik fırtınanın yaratdığı küləyin sürəti 18 m/s-ə çatır. Meksikanın liman şəhəri olan Tampikodan təqribən, 545 km şimal-şərqdə yaranan fırtına hazırda şimal-şərq istiqamətində təxminən, 15 km/saat sürətlə hərəkət etməkdədir.

Fırtınanın bazar günü axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.

122
Teqlər:
qasırğa, fırtına, Meksika körfəzi, Atlantik okeanı
Xəstəxana, arxiv şəkli

Türk dünyasının "diva"sı təcili xəstəxanaya yerləşdirilib

22
(Yenilənib 08:57 19.09.2020)
Bülənt Ərsoy: Səhər saatlarında mədəmdəki xoradan qaynaqlanan qanaxmaya görə bir müddət müalicə alacam

BAKI, 18 sentyabr — Sputnik. Türk dünyasının "diva"sı sayılan Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, xəstəxanaya yerləşdirilən müğənninin mədə qanaması keçirdiyi məlum olub. O, bu barədə özünün "İnstagram" sosial şəbəkəsində yazıb.

Məşhur müğənni izləyivcilərinə tezliklə sağalacağını deyib: "Mənə görə narahat olmayın. Səhər saatlarında mədəmdəki xoradan qaynaqlanan qanaxmaya görə bir müddət müalicə alacam. Bir neçə gün sonra normal həyatıma dönəcəm. Diqqətinizə görə təşəkkür edirəm".

View this post on Instagram

A post shared by Bülent Ersoy (@bulentersoy.com.tr) on

Məlumat üçün bildirək ki, əsl adı Bülənt Ərsoy olan bu sənətçi məşhurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başlayıb. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşıb.

1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan Bülənt Ərsoy indi də məşhur müğənnilər siyahısındadır. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ərsoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib. Dövlətin qoyduğu qadağalara görə, bu durumda o, səhnəyə qayıda bilməzdi. Çünki Türkiyə hökuməti transseksualların səhnədə görünməsinə icazə vermirdi. Birbaşa olaraq dövlət başçısı bu kimi hallara qadağa qoymuşdu. Nəticədə Bülent Ərsoy uzun müddət səhnədən uzaqlaşdırılıb. 1976-cı ildə onun həyatına aid "Sıralardakı həyəcan" adlı film çəkilib.

22
Teqlər:
türk, Bülənt Ərsoy
Avtomobil tıxacı, arxiv şəkli

Yolları zəbt etmək üçün icazə almaq lazımdır

33
(Yenilənib 19:50 19.09.2020)
Bir çox tikinti şirkətləri müvəqqəti narahatlığa görə üzr istəyib küçə və yolları aylarla bağlı saxlayır, küçələrdə avtomobillərin hərəkətinə maneə yaradır, süni tıxaca səbəb olurlar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. "Paytaxtın küçələri darısqaldı", "qanunsuz park edilmiş avtomobillər yolları darlaşdırır", "tıxaclara səbəb avtomobil sıxlığıdır" və s. bu kimi fikirlərlə tez-tez qarşılaşırıq.

Bəli, etiraf etməliyik ki, paytaxtda avtomobil sıxlığı var. Ancaq küçələrdə sıxlıq və tıxac çox zaman süni şəkildə yaradılır - yolların və küçələrin tikinti şirkətlərinin qanunsuz mənimsəmələri, ağır texnikalarının yerləşdirilməsi, qanunsuz hasarlamalar və s. nəticəsində.

Bir çox tikinti şirkətləri müvəqqəti narahatlığa görə üzr istəyib küçə və yolları aylarla bağlı saxlayır, küçələrdə avtomobillərin hərəkətinə maneə yaradır, süni tıxaca səbəb olurlar.

Bəzi şirkətlər isə zəhmət çəkib heç müvəqqəti narahatlığa görə üzr istəməyi də özlərinə rəva bilmirlər. İstədikləri əraziyə texnikalarını yerləşdirib, işlərini görürürlər. Sanki elə belə də olmalı imiş.

Ötən gün belə hallardan biri Fəhlə Prospektində yaşanıb. Belə ki, dördzolaqlı yolun iki zolağı böyük texnika tərəfindən zəbt edilib. Gündüz saatlarında belə texnikanın yolda yaratdığı problem o qədər nəzərə çarpmasa da, axşam saatlarında böyük sıxlığa və tıxaca səbəb olur.

Tikinti şirkətləri yolları hansı halda zəbt edə bilər? Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müşahidələr əsasında yolların və səkilərin çox zaman tikinti şirkətləri tərəfindən zəbt edildiyini deyə bilər:

"Çox zaman tikinti şirkətləri hərəkət zolaqlarını zəbt edir. Bu da yollarda hərəkət iştirakçılarına, hərəkətin intensivliyinə mane olur. Həmin yolda hərəkətin sürəti azalır və sıxlıq müşahidə edilir. Bəzi hallarda yollar zəbt edilsə də, avtomobillər üçün alternativ yollar təqdim edilmir.

A.Allahverənov bildirir ki, yolların zəbt edilməsi ilə bağlı, qanunvericilikdə müddəalar olsa da, bu proses xüsusi qurumlarla razılaşdırıldıqdan sonra baş tutmalıdır. Bu halda belə yol müəyyən müddətə bağlana bilər:

"Yollar tikinti şirkətləri tərəfindən bütünlüklə zəbt edilə bilməz. Bu o zaman baş verə bilər ki, hərəkət iştirakçılarına alternativlər təqdim edilsin".

Mütəxəssisin fikrincə, bu məsələdə ictimai rəyin də kifayət qədər təsiri var.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, "Avtomobil yolları haqqında qanun"un 15-1-ci maddəsinə görə, yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir:

"Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır".

Hüquqşünasın sözlərinə görə, qurğular yerləşdirilən zaman avtomobil yollarının sahibindən icazə alınmalıdır.

Mütəxəssis əlavə edib ki, avtomobil yollarının tikinti şirkəti və ya şəxslər tərəfindən zəbt edilməsi hərəkət iştirakçılarının - sürücülərin də hüquqlarını pozur. Məhz bu səbəbədən də, hər hansı şirkət və ya şəxs yolu zəbt edib, iş görmək barədə düşünürsə, bunun üçün əvvəlcə ərazi üzrə icra hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Agentliyi və Dövlət Yol Polisindən icazə almalıdır.

33