“Qaçın!” – Bütöv bir ştatın əhalisinə xəbərdarlıq edildi - VİDEO

© REUTERS / STEPHEN LAMKaliforniyada vəziyyət
Kaliforniyada vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Kaliforniya qubernatoru Gevin Nyusom yerli əhaliyə sürətlə yayılan yanğından canlarını qurtarmaq üçün ştatdan qaçmağı məsləhət görüb.

BAKI, 22 avqust — Sputnik. Kaliforniya qubernatoru Gevin Nyusom yerli əhaliyə sürətlə yayılan yanğından canlarını qurtarmaq üçün ştatdan qaçmağı məsləhət görüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Reuters yazır.

Nyusomun sözlərinə görə, yanğınsöndürmə briqadaları bir həftə ərzində yanğın ocaqlarını söndürməyə cəhd etsələr də artıq resursları tükənib və Avstraliya və Kanadanın yardımına ümid edirlər. Rəsmi məlumatlarda deyilir ki, rekord miqyasda ərazini əhatə edən meşə yanğınlarında 6 nəfər həlak olub, 43 sakin xəsarət alıb, 500-dən çox ev məhv olub.

“Biz vəziyyətin ciddiliyini və baş verənlərin təhlükəsini anlayaraq istəyirik ki, insanlar təxliyyə çağırışlarını qəbul edib  buna ciddi yanaşsınlar”, - ştatın qubernatoru deyib.

Bir neçə gün öncə sosial şəbəkələrdə Kaliforniyadakı meşə yanğınlarının foto və videoları yayılıb. Bəzi kadrlarda nadir alov tornadosu da görülüb.

Yanğın Kaliforniyada 500 hektar meşəni bürüyüb. Ştatda havanın  temperaturu günlərdir  37 dərəcə C səviyyəsində qalır. Bəzi şəhərlərdə ildırım çaxır, tufan qopur.

 

Xəbər lenti
0