Artilleriya atəşi, arxiv şəkli

Generalın həlak olmasının videogörüntüləri yayılıb

46
Həlak olmuş rusiyalı Palmiranın azad olunmasında iştirak edib. O, Deyr-əz-Zor şəhərində suriyalılara kömək edən hərbi müşavirlər qrupuna rəhbərlik edirmiş.

BAKI, 21 avqust — Sputnik. Rusiyanın general-mayor rütbəsində böyük hərbi müşaviri Vyaçeslav Qladkixin Suriyada həlak olmasının videogörüntüləri yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə yerindən videogörüntülər "Vestnik Damaska" Telegram kanalında yerləşdirilib.

Kadrlarda texnika karvanının yolda dayandığı, onun yanından bir neçə adamın keçdiyi və onlardan birinin rus dilində danışdığı görünür. Onların maşınlardan birinin yanından keçdiyi an partlayıcı qurğu işə düşür.

Bildirilir ki, həlak olmuş rusiyalı Palmiranın azad olunmasında iştirak edib. O, Deyr-əz-Zor şəhərində suriyalılara kömək edən hərbi müşavirlər qrupuna rəhbərlik edirmiş.

Qladkixin ölümü haqqında avqustun 18-də məlum olub. Məlumat verilib ki, humanitar missiyadan qayıdan karvanın yolunda partlayıcı qurğu işə salınıb. Bu, Suriyanın şimalındakı Deyr-əz-Zor şəhəri yaxınlığında yerləşən Ət-Taym neft yatağının yaxınlığında baş verib. Qladkixlə yanaşı Əl-Məyadin şəhərinin milli müdafiəsinin komandanı Məhəmməd Taysar Əz-Zahir və onun tabeliyində olan əsgərlər həlak olublar.

46
Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə

Azərbaycan parlamentinin spikeri Moskvaya gedib

13
(Yenilənib 17:01 21.09.2020)
Bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir. Onu hava limanında səfir Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfər edib.

Sputnik Azərbaycan Milli Məclisin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.

Moskva şəhərinin "Domodedovo" hava limanında Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından və parlament aparatının məsul işçilərindən ibarət rəsmi şəxslər daxildirlər.

Sahibə Qafarovanın Rusiyaya səfəri zamanı

Səfər zamanı Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının Sədri Valentina Matviyenko, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə görüşəcək, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparacaq.

Səfər müddətində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının plenar iclasında çıxışı gözlənilir. Rusiya Dövlət Dumasında olarkən Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Sazişin imzalanma mərasimi keçiriləcək.

Milli Məclis Sədrinin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə görüşü nəzərdə tutulub.

Səfər çərçivəsində keçirilən görüşlərdə parlamentlər səviyyəsində mütəmadi səfərlərin həyata keçirilməsi, qanun yaradıcılığı prosesində təcrübə və informasiya mübadiləsi, nüfuzlu beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakı, regional münaqişələrin həlli yolları, iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 23-də başa çatacaq.

13
Əlaqədar
Sahibə Qafarova ilk rəsmi səfərini Türkiyəyə edəcək
Sahibə Qafarova Sergey Lavrovla görüşəcək
Aygün Kazımova və Filipp Kirkorov, arxiv şəkli

Yenə öz xislətlərini göstərdilər - Ermənilər bu mahnımıza da "hücum" etdilər

14
Xalq artisti Aygün Kazımovanın Rusiyanın Xalq artisti Filipp Kirkorovla "Can Azərbaycan" dueti onların boğazından keçməyib

BAKI, 21 sentyabr — Sputnik. Xalq artisti Aygün Kazımovanın Rusiyanın Xalq artisti Filipp Kirkorovla "Can Azərbaycan" dueti ermənilər tərəfindən tənqid atəşinə tutulub.

Sputnik Azərbaycan xəbər verir ki, ermənilər əvvəlcə mahnını "İnstagram" səhifələrində paylaşaraq tənqid ediblər.

Daha sonra isə onlar Kazımovanın "Youtube" kanalına hücum ediblər. Onlar mahnının şərh yerinə müxtəlif tənqidi şərhlər yazıblar.

Qeyd edək ki, sözügedən mahnı Xalq artisti Aygün Kazımova və rusiyalı müğənni Filipp Kirkorovun duetidir. Mahnı "SS Production" tərəfindən hazırlanıb. Bu layihə ilə tarixdə ilk dəfə əcnəbi müğənni Azərbaycana mahnı həsr edib. Layihənin təşəbbüskarı isə Aygün Kazımova olub. Klip Filipp Kirkorovun ötən ilin 30-31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutan solo konserti zamanı lentə alınıb.

14
Teqlər:
ermənilər, hücum, sosial şəbəkə, Azərbaycan, Filipp Kirkorov, Aygün Kazımova, mahnı
Əlaqədar
Ərəbi erməniyə çevirmək mümkün olmadı - VİDEO
Avropanın ən xarizmatik kişisi: "Pulu düşündüyün an sənət yox olur"
Əməkdar artist efirdə erməni mahnısı oxuyub
Aygün erməni həmkarıyla qucaqlaşıb oxudu, dedilər, Qarabağ "qayıtdı" - VİDEO
Ermənistanın xalq artisti beynəlxalq festivalda Azərbaycan mahnısını oxudu
Şəkidə tarixi abidə aşkarlanıb

Şəkidə unikal tapıntı üzə çıxıb

0
(Yenilənib 17:15 21.09.2020)
Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyasının Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində apardığı arxeoloji qazıntılar nəticəsində yeni abidə aşkar edilib.

 

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyasının Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində apardığı arxeoloji qazıntılar nəticəsində yeni abidə aşkar edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu il tədqiqatı başlamış 4 saylı qazıntı sahəsində bölgə üçün yenilik olan unikal tapıntı üzə çıxıb. Belə ki, 1984-cü ildən tədqiqat işləri aparılan və bu vaxta qədər nekropol olaraq bilinən Təpəbaşı abidəsinin 2020-ci il arxeoloji tədqiqatlarında ilk dəfə olaraq yaşayış yerinin təsərrüfat tikililəri aşkar edildi. Bunlar antik dövrə aid keramika sobaları və ona aid yardımçı təsərrüfat qurğularıdır. Bütövlükdə abidədə bir keramika sobası və səkkiz təsərrüfat quyusu müəyyən olundu.

  • Şəkidə tarixi abidə aşkarlanıb
    © Photo : İnstitute of Archaeology and Ethnography
  • Şəkidə tarixi abidə aşkarlanıb
    © Photo : İnstitute of Archaeology and Ethnography
  • Şəkidə tarixi abidə aşkarlanıb
    © Photo : İnstitute of Archaeology and Ethnography
1 / 3
© Photo : İnstitute of Archaeology and Ethnography
Şəkidə tarixi abidə aşkarlanıb

1 və 2 saylı qazıntı sahələrində bu il aparılmış qazıntılar nəticəsində antik dövrün müxtəlif mərhələlərinə aid 4 qəbir aşkar edilib. Qəbirlərdən xeyli sayda antik dövrə aid maddi-mədəniyyət nümunələri – saxsı qablar, tunc əşyalar, dəmir silahlar, pasta muncuqlar və s., həmçinin, insan və heyvan qalıqları əldə olundu.

Qazıntı işləri dronla aparılmış aerofotoçəkiliş vasitəsilə sənədləşib, əldə olunan materiallar yerindəcə qorunub bərpa edilərək, ilkin çöl şəraitində inventar siyahısına alınıb.

Bu il Şəkidə aparılan arxeoloji tədqiqatlara qazaxıstanlı arxeoloqlar mövcud pandemiya səbəbindən qatıla bilməyiblər. Buna baxmayaraq, builki qazıntı materiallarının elmi təhlilində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar müştərək fəaliyyət göstərəcəklər. Arxeoloji tədqiqatlar 2021-ci ildə də davam etdiriləcək.

0
Əlaqədar
Qəbələdəki arxeoloji kəşflər tariximizin öyrənilməsinə ciddi təsir edəcək
Qoruqlarımıza əl gəzdirəcəklər, Basqalda arxeoloji park açılacaq
Bu arxeoloji tapıntı alimləri qorxuya saldı
Qızıltəpə abidəsində aparılmış arxeoloji qazıntı nəticə verib