Dünyaca məşhur ulduz atasından məhkəməyə şikayət edib

© AP Photo / Chiang Ying-yingБритни Спирс, фото из архива
Бритни Спирс, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
B.Spirs 2008-ci ildən bəri atasının himayəsindədir. Məhkəmə ağır əsəb pozğunluğu keçirən müğənnini valideyninin himayəsinə vermək barədə hökm çıxarıb

BAKI, 21 avqust — Sputnik. Dünyaca məşhur ifaçı Britni Spirs atasının himayəsindən çıxmaq tələbi ilə məhkəməyə müraciət edib.

Məşhur ulduzun pərəstişkarları isə müğənnin atasının himayəsindən azad edilməsini və sərbəst yaşamaq hüququnun qaytarılmasını tələb edir.

#FreeBritney haştaqı ilə başladılan kampaniyaya müğənninin minlərlə pərəstişkarı dəstək verib.

Xatırladaq ki, B.Spirs 2008-ci ildən bəri atasının himayəsindədir. Məhkəmə ağır əsəb pozğunluğu keçirən müğənnini valideyninin himayəsinə vermək barədə hökm çıxarıb. Britninin vəkili qəyyum statusunun Ceymi Spirsə qaytarılmasının əleyhinədir və məhkəmədən ulduzun atasını əmlakına sərəncam vermək hüququndan məhrum etməsini xahiş edib.

Qeyd edək ki, 2007-ci ildə həyat yoldaşı Kevin Federlayn ilə boşanan müğənni depressiyaya düşərək içkiyə və gecə həyatına başlamışdı. Buna görə də Kevin və Britninin izdivacından doğulan 2 uşaq məhkəmə tərəfindən atalarına verilmişdi. Daha sonra isə narkotik səbəbindən 2008-ci ildə bir neçə dəfə xəstəxanaya yerləşdirilən Spirsin psixi sağlamlığı daha da pisləşmişdi.

Xəbər lenti
0