Maskada sürücü

Yoluxanlara maşın sürmək tövsiyə edilmir

5
(Yenilənib 00:23 19.08.2020)
Xəstənin bədənində olan anticisimdən asılı olaraq, sağaldıqdan 2-4 ay sonra yenidən koronavirusa yoluxmaq mümkündür

BAKI, 19 avqust — Sputnik. Koronavirusun yaratdığı fəsadlar avtomobil idarəetmə qabiliyyətinə təsir göstərə bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bir çox sürücülər sağaldıqdan sonra nə zaman sükan arxasına keçəcəklərini bilmirlər. Bu barədə koronavirus üzrə mütəxəssis, həkim-terapevt Aleksandra Martınova danışıb.

Onun sözlərinə görə, koronavirus koqnitiv funksiyalara, beyin qan dövranının kəskin pozulmasına və ya tənəffüs orqanlarının problemlərinə səbəb ola bilər. Nəfəs çatışmazlığı və nəfəsalma çətinliyi avtomobili idarə etməyi çətinləşdirə bilər.

Amma bununla bağlı heç bir statistika yoxdur.

"Koronavirusa yoluxmuş bir sürücü maşınına əyləşənədək maska ​​və əlcək taxsa da, infeksiyanı başqasına ötürə bilər. O, yol boyu digər insanlarla görüşə bilər. Bununla bağlı "Rospotrebnadzor" tövsiyə və tələblər irəli sürüb. Koronavirusa yoluxmuş xəstələr ən azı iki həftə karantində qalmalı və iki dəfə analiz edilməlidirlər. Əgər xəstəlik aşkarlanmasa, karantindən çıxıb sükan arxasına keçə bilərlər", - deyə həkim vurğulayıb.

Həkimin sözlərinə görə, koronavirusa yoluxmuş şəxslər dərhal aktiv həyat tərzinə qayıtmamalıdırlar. Onlar öz sağlamlıqlarına bir neçə ay diqqət yetirməlidirlər. Çünki koronavirusun həddən artıq çox yan təsiri var.

Bir müddət əvvəl isə immunoloq Nikolay Kryuçkov bildirmişdi ki, xəstənin bədənində olan anticisimdən asılı olaraq, sağaldıqdan 2-4 ay sonra yenidən koronavirusa yoluxmaq mümkündür.

5
Teqlər:
sürücü, avtomobil, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla (490)
Əlaqədar
Avropadakı koronavirus ştammı alimləri heyrətləndirdi
Çinin koronavirus peyvəndinin qiyməti bəlli oldu, amma gərək ikisini alasan
İlk koronavirus peyvəndini yaradan həkimləri “satın almaq” istəyirlər
Tanınmış həkim koronavirusa qarşı tədbirləri ələ saldı: elə bil şamandırlar
Koronavirusun peyda olmasının yeni versiyası: amma məkan eynidir
S-400 kompleksləri, arxiv şəkli

Türkiyə S-400 zenit-raket kompleksini sınaqdan keçirdiyini təsdiqlədi

0
"Sınaqlar – satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir ", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

BAKI, 22 oktyabr — Sputnik. Türkiyə Rusiya istehsalı S-400 zenit-raket kompleksinin Qara dəniz bölgəsindəki Sinop şəhərində sınaqdan keçirildiyini təsdiqləyib. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar məlumat verib. Nazir bildirib ki, sınaqlar plana uyğun şəkildə həyata keçirilib.

"Müdafiə sənayesi məhsullarının alınması bağlı bütün müqavilələrə onların sınaqdan keçirilməsi də daxildir. Bunlar satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl türk mediası Sinop şəhərində S-400 zenit-raket kompleksinin sınaqdan keçirilməsi ilə bağlı video yaymış, Türkiyə hakimiyyəti isə bu barədə rəsmi açıqlama verməsə də, beynəlxalq NAVTEX bildirişində oktyabrın 13-dən 17-nə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan etmişdi.

Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın "F-35" qırıcı-təyyarələrinin Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə Rusiyadan S-400 zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.

0
COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

18
Ermənistan Respublikasında son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1131-ə çatıb.

BAKI, 22 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 70836-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2306 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1131-ə çatıb. Xəstəlikdən sağalanların sayı 49787 nəfər olub. Hazırda bu ölkədə 19591 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41 milyonu keçib, 1,13 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

18
Mövzu:
Dünyanı cənginə almış bəla (490)