Rihanna, arxiv şəkli

Rihannadan nəcib addım

15
Avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 158 nəfər ölüb, 6 mindən çox insan xəsarət alıb. 60-dan artıq şəxs isə itkin düşüb

BAKI, 18 avqust — Sputnik. Dünyaca məşhur müğənni Rihanna pərəstişkarlarını xeyriyyə aksiyasında iştirak etməyə çağırıb. Belə ki, Rihanna Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində evsiz qalan, qida çatışmazlığından əziyyət çəkən və xəstəxanalarda yatan xəstələrə yardım etməyə çığırıb.

Onun bu addımına Meksika əsilli Hollivud ulduzu Salma Hayek də qoşulub. O, sosial media hesabından şəhər xalqı ilə həmrəyliyini və partlayışa görə kədərləndiyini bildirib. Hayek Beyrutda partlayış zamanı çəkilən fotonu paylaşaraq "Səni sevirəm, Beyrut" yazıb.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 158 nəfər ölüb, 6 mindən çox insan xəsarət alıb. 60-dan artıq şəxs isə itkin düşüb.

15
Əlaqədar
Beyrutda ölənlərin sayı yenə artdı
Türkiyədən Livana böyük dəstək
Livanda etirazçılar XİN binasını ələ keçirdilər, xeyli insan yaralandı - VİDEO
Mitinqlər nəticə verdi – hökumət tam tərkibdə istefaya getdi
Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı
Yerevanda epdimioloji vəziyyət

Ermənistanda koronavirusla bağlı rekord: Bir gündə 25-dən çox adam öldü

12
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 27 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 80410-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1600 nəfər artıb.

Ermənistanda son gündə daha 26 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1222-ə çatıb. Xəstəlikdən sağalanların sayı 51814 nəfər olub. Hazırda bu ölkədə 27027 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 43,4 milyonu keçib, 1,16 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Gürcüstanda epidemioloji vəziyyət

Gürcüstanda yeni rekord: Bir gündə 23 nəfər koronavirusdan öldü

11
(Yenilənib 11:56 27.10.2020)
Ümumilikdə Gürcüstanda bu xəstəlikdən sağalanların sayı 2632-ə çatıb, 238 nəfər isə ölüb.Ümumilikdə Gürcüstanda bu xəstəlikdən sağalanların sayı 2632-ə çatıb, 238 nəfər isə ölüb.

BAKI, 27 oktyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 1824 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 32127-yə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 23 nəfər ölüb, 1262 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə Gürcüstanda bu xəstəlikdən sağalanların sayı 2632-ə çatıb, 238 nəfər isə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 43,4 milyonu keçib, 1,16 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

11
Tərtər rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Nazirlik: Tərtər şəhəri rayonun kəndləri atəşə tutulur

0
Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

BAKI, 27 oktyabr — Sputnik. Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə