BAKI, 17 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko yenilənmiş Konstitusiyanın üçüncü variantı üzərində iş aparıldığını bildirib.
Sputnik Belarus xəbər verir ki, bu barədə dövlət başçısı Minsk Təkərli Yedək Maşınları Zavodunun işçiləri ilə görüşdə bildirib.
Lukaşenko qeyd edib ki, ona artıq Konstitusiyanın iki variantı təklif edilib, lakin o, onları rədd edib, çünki onlar hazırkı Konstitusiyadan az fərqlənir.
Dövlət başçısı yeni Konstitusiya qəbul edildikdən sonra yeni prezident seçkilərinin keçirilə biləcəyini deyib.
Onun sözlərinə görə, əsas qanunun yeni versiyasında hakimiyyət səlahiyyətlərinin yenidən bölüşdürülməsini nəzərdə tutan müddəalar ola bilər.
Lukaşenko özü səlahiyyətlərini paylaşmağa hazır olduğunu deyib, "ancaq təzyiq altında deyil".
BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.
O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.
BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.
Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.