S-400 zenit-raket kompleksi, arxiv şəkli

Rusiyanın S-400 kompleksinə qarşı yeni plan

504
(Yenilənib 22:39 16.08.2020)
Məqalənin müəllifləri bir müddət əvvəl Amerika və İsrail hərbçilərinin birgə təlimlər keçdiklərini və bu zaman HHQ sistemi və aviasiyanın F-35 qırıcıları ilə neytrallaşdırılmasını məşq etdiklərini xatırladıblar

BAKI, 16 avqust — Sputnik. ABŞ və İsrail Rusiyanın İrana S-400 “Triumf” zenit-raket kompleksini satması üzrə ssenariyə hazırlaşırlar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Breaking Defense yazır.

Nəşrin yazdığına görə, Tehran Rusiya komplekslərini yalnız silah embarqosu götürüləndən sonra ala bilər.

Məqalənin müəllifləri bir müddət əvvəl Amerika və İsrail hərbçilərinin birgə təlimlər keçdiklərini və bu zaman HHQ sistemi və aviasiyanın F-35 qırıcıları ilə neytrallaşdırılmasını məşq etdiklərini xatırladıblar. Qeyd olunur ki, bu taktika S-400 sistemlərini dəf etmək üçün də istifadə edilə bilər.

Breaking Defense vurğulayır ki, Tehran hələ 2019-cu ildə Rusiya ilə “Triumf”ların alınması barədə danışıqlar aparıb, ancaq rədd cavabı alıb. Ancaq analitiklərin fikrincə, İranın üzərindən embarqonun götürüləcəyi ehtimalı real görünür, bu fonda isə iki ölkənin hərbi sahədə əməkdaşlığı güclənə bilər.

Ötən il İran hökuməti S-400-lərin alınması ideyasını təkzib etməmişdi. Buna rəğmən, Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmət Rusiyanın həmin kompleksləri satmağa hazır olduğunu bildirsə də, Tehrandan heç bir sifariş qəbul olunmamışdı.

504
Əlaqədar
Bölgəmizdə dəyişiklik gözlənilir? Putin BMT Təhlükəsizlik Şurasının toplanmasını istədi
ABŞ “S-400”lə bağlı daha bir “gərginlik” sezdi, amma Türkiyədə deyil
Yeddi ölkə Rusiyaya qarşı - Yeni müharibənin ilk addımları
Ankarayla Moskvanın bu qərarı ABŞ-ı hiddətləndirəcək - NATO üçün yeni başağrısı
"Məlumatları qoruyacağıq": Türkiyə S-400 haqqında söz verib
Qağayı fırtına zamanı dəniz üzrəində uçur, arxiv şəkli

Atlantik okeanı yenə qudurdu - bu dəfə Meksika körfəzini ağuşuna alacaq

121
(Yenilənib 08:54 19.09.2020)
Fırtınanın sabah axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.

BAKI, 19 sentyabr — Sputnik. Dünən Atlantik okeanında tropik "Beta" fırtınası meydana gəlib.

Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Milli Qasırğa Müşahidəsi Mərkəzi yayıb.

Məlumata görə, tropik fırtınanın yaratdığı küləyin sürəti 18 m/s-ə çatır. Meksikanın liman şəhəri olan Tampikodan təqribən, 545 km şimal-şərqdə yaranan fırtına hazırda şimal-şərq istiqamətində təxminən, 15 km/saat sürətlə hərəkət etməkdədir.

Fırtınanın bazar günü axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.

121
Teqlər:
qasırğa, fırtına, Meksika körfəzi, Atlantik okeanı
Xəstəxana, arxiv şəkli

Türk dünyasının "diva"sı təcili xəstəxanaya yerləşdirilib

19
(Yenilənib 08:57 19.09.2020)
Bülənt Ərsoy: Səhər saatlarında mədəmdəki xoradan qaynaqlanan qanaxmaya görə bir müddət müalicə alacam

BAKI, 18 sentyabr — Sputnik. Türk dünyasının "diva"sı sayılan Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, xəstəxanaya yerləşdirilən müğənninin mədə qanaması keçirdiyi məlum olub. O, bu barədə özünün "İnstagram" sosial şəbəkəsində yazıb.

Məşhur müğənni izləyivcilərinə tezliklə sağalacağını deyib: "Mənə görə narahat olmayın. Səhər saatlarında mədəmdəki xoradan qaynaqlanan qanaxmaya görə bir müddət müalicə alacam. Bir neçə gün sonra normal həyatıma dönəcəm. Diqqətinizə görə təşəkkür edirəm".

View this post on Instagram

A post shared by Bülent Ersoy (@bulentersoy.com.tr) on

Məlumat üçün bildirək ki, əsl adı Bülənt Ərsoy olan bu sənətçi məşhurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başlayıb. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşıb.

1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan Bülənt Ərsoy indi də məşhur müğənnilər siyahısındadır. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ərsoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib. Dövlətin qoyduğu qadağalara görə, bu durumda o, səhnəyə qayıda bilməzdi. Çünki Türkiyə hökuməti transseksualların səhnədə görünməsinə icazə vermirdi. Birbaşa olaraq dövlət başçısı bu kimi hallara qadağa qoymuşdu. Nəticədə Bülent Ərsoy uzun müddət səhnədən uzaqlaşdırılıb. 1976-cı ildə onun həyatına aid "Sıralardakı həyəcan" adlı film çəkilib.

19
Teqlər:
türk, Bülənt Ərsoy
Restoran, arxiv şəkli

Bu yerlərdə karantin şərtləri kobud şəkildə pozuldu

0
(Yenilənib 12:14 19.09.2020)
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

BAKI, 19 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat daxil olub.

Məlumatda həmçinin deyilir ki, son monitorinq zamanı Bakının Binəqədi rayonunda "Bəyaz gecələr kafesi"ndə, "Lider RA" MMC-yə məxsus "Selofan paket istehsalı obyekti"ndə, Rövşən Rzayevə, Miriş Miriyevə məxsus mağazalarda, Xəzər rayonunda "Qastronom market"də, "Həsən şirniyyat evi"ndə, "Qlobus dəftərxana", "Atlas hovuz inşaat" mağazalarında, Sabunçu rayonunda "İstanbul lahmacun"da, İradə Bədəlovaya məxsus şirniyyat mağazasında, Suraxanı rayonunda "Günəşli kafe"də, Rəhman Qurbanova məxsus kafedə, Yasamal rayonunda "Şah market"də, "Buzov dönər"də, "Nanə restoran"da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Bundan başqa, paytaxtın Qaradağ rayonunda "Qardaşlar kafe"də, Eldar Heydərova, Gülsüm Nəbiyevaya məxsus ərzaq mağazalarında, Nərimanov rayonunda "Yaz geyim", "Armada elektrik" mağazalarında, "Gilyançay", "Pivbar", "Şah ət" iaşə obyektlərində, Nizami rayonunda "Rahat market"də, "Sirab market"də, "İstanbul lahmacun restoran"da, Xətai rayonunda Südabə Zamanovaya, Toğrul Səlimzadəyə, İlyas Quliyevə, Mahir Abbaslıya məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda "Firuzə qızıl mağazası"nda, "Hit woman" mağazasında, "Sunset kafe"də, "Palma kafe"də, "Coffee station" iaşə obyektində, "Meh kafe"də, "Dəli Kür kafesi"ndə, "Uğur kafesi"ndə, "Dəniz restoranı"nda, Nəsimi rayonunda "Kafe Praqa"da, "Saraclı kafe"də, Sumqayıt şəhərində "Zirvə restoranı"nda, "Gəmiqaya restoranı"nda, "Tamet istehsalı sexi"ndə, Abşeron rayonunda "Babək kafesi"ndə, "A klub restoranı"nda, ümumilikdə, 128 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu üzə çıxıb.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

0