Sous, arxiv şəkli

Qaraçıların yüz illik adını bir anda yox etdilər

237
(Yenilənib 22:40 16.08.2020)
Şirkətdən bildiriblər ki, “qaraçı” məfhumu səhv, neqativ yöndə təfsir edilə bilər, ona görə yaxın günlərdə mağazalara həmin sousu başqa adla göndərəcəklər

BAKI, 16 avqust — Sputnik. Almaniyanın məşhur brendi Knorr 1903-cü ildən bəri satışda olan “Zigeunersauce” sousunun (“Qaraçı sousu”) adını dəyişdirməyə qərar verib.

Sputnik Azərbaycan bildirir ki, Bild am Sonntag-ın yazdığına görə, şirkət bu qərara irqçilik barədə müzakirələr başladıqdan sonra gəlib.

Şirkətdən bildiriblər ki, “qaraçı” məfhumu səhv, neqativ yöndə təfsir edilə bilər, ona görə yaxın günlərdə mağazalara həmin sousu başqa adla – “Paprikasauce Ungarische Art” (“Macar üsulu paprikalı sous”) göndərəcəklər.

Almaniya Sinti və Rumlarının Mərkəzi Şurası Knorr-un bu qərarını dəyərləndirib, amma onu da əlavə edib ki, Avropada qaraçılara qarşı olan pis münasibətin artması faktı sousun adının dərişdirilməsindən daha vacib və ciddi problemdir.

İrqçilik mövzusu mayın sonlarında ABŞ-da qaradərili Corc Floydun həbs olunarkən polisin dizinin altında sıxılaraq öldürülməsindən sonra vüsət alıb. Genişmiqyaslı etiraz aksiyaları və iğtişaşlardan savayı, bəzi təşkilatlar da müəyyən fəaliyyətləri ilə irqçiliyə yol verməməyə çalışırlar.

Məsələn, Amerikanın “Çikaqo Bləkhouks” (Chicago Blackhawks) hokkey komandası azarkeşlərindən ev oyunlarına hindu baş geyimlərində gəlməmələrini xahiş edib. “Bu, ənənəvi olaraq qəbilə üzvlərinin böyük hörmətini qazanmış liderlərinin baş örtüyüdür və onları gündəlik geyim və kostyumun elementi kimi istfadə etmək düzgün deyil”, - komandanın rəhbərliyi bildirib.

İsveçrənin "Nestle" şirkətinin törəmə firması olan ABŞ-ın "Dreyer's" şirkəti isə eskimosların diskriminasiyası ilə bağlı "eskimo" adından imtina edib.

237
Teqlər:
qaraçılar, Almaniya, irqçi, kulinariya
Əlaqədar
Qəflətən: ABŞ-dakı qaradərili hərəkatına Rus Pravoslav Kilsəsindən irad
Anqlikan kilsəsi İsa peyğəmbərin qaradərili olduğunu bəyan edib və onun təsvirlərini yayıb
Karantin əleyhinə mübarizənin Yevlax üsulu - FOTOLAR
Sadə tərkibli sous döş xərçənginə tutulma riskini azaldırmış
Hər kəsə çarə tapılır, onlardan başqa: nəyin varsa ver - FOTO
İtalyanlar Azərbaycan yeməklərinə valeh oldular: "Adam əlini də yeyər" – VİDEO
Erməni hərbçiləri, arxiv şəkli

Rusiyalı hərbi ekspert: "Ermənistan Qarabağ müharibəsi zamanı hərbi cinayət törədib"

18
(Yenilənib 14:29 02.03.2021)
Ermənistan tərəfindən Azərbaycana raket zərbələri vurulan zaman yaradılan uçuş tapşırıqlarının hərbi obyektləri deyil, məhz şəhərləri vurması nəzərdə tutulurdu

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Ermənistan Qarabağ müharibəsi zamanı raket sistemlərindən Azərbaycan şəhərlərini vurmaq üçün istifadə edib. Beynəlxalq hüquq baxımından bu, hərbi cinayətdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Sputnik"də canlı yayım zamanı bildirib.

"Çoxları deyirlər ki, müharibə zamanı bu və ya digər tərəf bir-birlərinin mülki obyektlərini vurub. Lakin burada çox önəmli nüans var. Əməliyyatlar döyüş zonasında gedən zaman vəziyyətdən asılı olaraq bu və ya digər silah sisteminin tətbiq edilməsi barədə qərar hərbi hissə və bölüyün komandiri tərəfindən verilir. Ona görə də bu vaxt döyüş əməliyyatları zonasında mülki obyektlərin vurulmasını istisna etmək olmaz", - deyə Koretçenko qeyd edib.

Rusiyalı ekspert vurğulayıb ki, raket sistemlərinə, xüsusilə operativ-taktiki sistemlərinə gəldikdə isə bunun üçün ölkə rəhbərliyinin razılığı lazımdır: "Bundan sonra hərbçilər uçuş tapşırığını hazırlayırlar. Bu uçuş tapşırığı raketin kompüterinə daxil edilir, hazırlıq görülür və raket buraxılır. Buna görə də Ermənistan tərəfindən Azərbaycana raket zərbələri vurulan zaman yaradılan uçuş tapşırıqlarının hərbi obyektləri deyil, məhz şəhərləri vurması nəzərdə tutulurdu. Nəzərə alsaq ki, müasir raket kompleksi hədəfə dəydiyi zaman böyük dağıntılara səbəb olur, Azərbaycanın iki şəhərinə Ermənistanın operativ taktiki raketlərlə hücum etməsi müharibə cinayətidir. Bu aksiyaların heç bir bəraəti ola bilməz".

18
Teqlər:
cinayət, hərbi, Ermənistan, Azərbaycanlı, Qarabağ, Sputnik, müsahibə, İqor Korotçenko
Little Big qrupunun üzvləri Sofya Tayurskaya və İlya Prusikin, arxiv şəkli

“Little Big” qrupunun sabiq solistinin meyitini tapdılar

8
(Yenilənib 13:49 02.03.2021)
Musiqi karyerasından əlavə, Kastelyanos tədbirlərdə aparıcılıq edər və filmlərdə çəkilərdi. “Little Big” qrupunun Rusiyada və Avropada qazandığı populyarlığın artmasına baxmayaraq, sənətçi 2016-cı ildə qrupdan ayrılmışdı.

BAKI, 2 mart — Sputnik. “Little Big” qrupunun sabiq üzvü Anna Kastelyanos evində ölmüş vəziyyətdə tapılıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər veriri ki, 40 yaşlı müğənninin meyitini Sankt-Peterburq şəhərindəki mənzilində könüllü aşkarlayıb. Onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Kastelyanos üçüncü qrup əlil idi, son yarım ildə isə o, yataq xəstəsi olmuşdu.

Musiqi karyerasından əlavə,  Kastelyanos tədbirlərdə aparıcılıq edər və filmlərdə çəkilərdi. “Little Big” qrupunun Rusiyada və Avropada qazandığı populyarlığın artmasına baxmayaraq, sənətçi 2016-cı ildə qrupdan ayrılmışdı.

 

8
Teqlər:
Rusiya, meyit, ölü, müğənni
Bakıda avtobus dayanacağı, arxiv şəkli

Bakıda dayanacaq quraşdırıb, ad qoydular - VİDEO

0
Layihəyə əsasən, paytaxt ərazisindəki dayanacaq məntəqələrinin hər birinə individual olaraq adlar veriləcək

BAKI, 2 mart — Sputnik. Bakı şəhərində bio-smart avtobus dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, ilk belə dayanacaq pavilyonu Heydər Əliyev Mərkəzinin yaxınlığında quraşdırılıb. Ərazinin memarlıq üslubu ilə həmahəng olan pavilyon Heydər Əliyev prospektində, şəhər mərkəzi istiqamətində yerləşir. Bu dayanacaqdan 1, 2 və 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar keçir. Sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur.

Tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonunun bir çox üstünlükləri var. Pavilyon günəş enerjisi ilə çalışır. Burada dezinfeksiya duşu quraşdırılıb ki, bunun sayəsində də müəyyən olunan vaxt aralığında avtomat rejimdə dərman məhlulu səpilir. Mobil qurğular üçün enerji portlarının olduğu pavilyonda "BakıKart" ödəmə terminalı da var. Bio-smart avtobus dayanacaq pavilyonunun quraşdırılması ilə digər bir layihənin də icrasına start verilib. Layihəyə əsasən, paytaxt ərazisindəki dayanacaq məntəqələrinin hər birinə individual olaraq adlar veriləcək. Adlar əsasən dayanacaq məntəqəsinin yerləşdiyi məkana, həmin məkanda olan mədəni-tarixi və digər əsas obyektlərə uyğun olaraq müəyyən ediləcək. Bu mənada ilk bio-smart pavilyon "Heydər Əliyev Mərkəzi" dayanacağı adlandırılıb.

0
Teqlər:
dayanacaq