Putin və Tramp

Tramp Putinlə şəxsi görüşdə israr edir. Mütləq seçkidən öncə

20
(Yenilənib 17:54 16.08.2020)
Tramp bəyan edib ki, çətin ki, Putinin İran məsələsinə görə BMT TŞ-nin onlayn iclasını çağırmaq ideyasını dəstəkləsin və bu görüşü o, seçkidən sonrakı mərhələyə saxlamağı daha üstün tutur

BAKI, 16 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp müşavirlərinə bildirib ki, noyabrda keçiriləcək prezident seçkisindən öncə rusiyalı həmkarı Vladimir Putinlə şəxsən görüşmək istəyir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə NBC News telekanalı öz mənbələrinə istinadən xəbər yayıb.

Onların sözlərinə görə, Trampın administrasiyası semmitin keçirilməsi üçün bir neçə məkan və tarix variantlarını götür-qoy edib, bunların arasında sentyabr və Nyu-York variantı da olub. Telekanal bildirir ki, qərargah bu sammitin keçirilməsində məqsəd kimi nüvə silahlarına nəzarətə dair danışıqlarda irəliləyişin bəyan ediləcəyini nəzərdən keçirir. 

ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli
© AP Photo / Andrew Harnik

Amerika tərəfinin gözdən keçirdiyi variantlardan biri iki ölkə liderinin Strateji Hücum Silahlarının Azaldılması-3 müqaviləsinin uzadılması barədə növbəti danışıqlara dair sənədləri imzalamasıdır. 

Telekanalın istinad etdiyi mənbə vurğulayır ki, bu, Trampa seçkidən öncə razılaşmalar barədə danışıqlar aparmağa qadir olduğunu nümayiş etdirməyə kömək edərdi.

Ağ Evdən NBC News-a noyabradək Trampın dünya liderləri ilə görüşlərinin olacağını təsdiqləyiblər, ancaq Rusiya lideri ilə mümkün görüş barədə konkret heç nə deməyiblər.

Bundan öncə Tramp bəyan edib ki, çətin ki, Putinin İran məsələsinə görə BMT TŞ-nin onlayn iclasını çağırmaq ideyasını dəstəkləsin və bu görüşü o, seçkidən sonrakı mərhələyə saxlamağı daha üstün tutur. 

RF və ABŞ arasında silahlara nəzarətə dair müzakirələrə gəlincə, avqustun 16-18-də Vyanada bu və strateji sabitlik üzrə digər məsələlərə dair Rusiya XİN başçısının müavini Sergey Ryabkov və ABŞ-ın silahlara nəzarət üzrə xüsusi elçisi Marşall Billinqsli arasında danışıqların növbəti raundu keçiriləcək.

 

20
Əlaqədar
"Məğlub olduq": Trampın müşaviri BMT-dəki uğursuzluqdan danışıb
Həkimlər Trampın qardaşını xilas edə bilmədilər
Trampa Nobel mükafatı verməyi təklif ediblər
Tramp İsrail və ərəblər arasında imzalanacaq sazişin tarixini açıqladı
Tramp proqnoz verdi: Bayden seçilsə, Çin dilini öyrənməli olacaqsız
Aygün Kazımova və Filipp Kirkorov, arxiv şəkli

Yenə öz xislətlərini göstərdilər - Ermənilər bu mahnımıza da "hücum" etdilər

7
Xalq artisti Aygün Kazımovanın Rusiyanın Xalq artisti Filipp Kirkorovla "Can Azərbaycan" dueti onların boğazından keçməyib

BAKI, 21 sentyabr — Sputnik. Xalq artisti Aygün Kazımovanın Rusiyanın Xalq artisti Filipp Kirkorovla "Can Azərbaycan" dueti ermənilər tərəfindən tənqid atəşinə tutulub.

Sputnik Azərbaycan xəbər verir ki, ermənilər əvvəlcə mahnını "İnstagram" səhifələrində paylaşaraq tənqid ediblər.

Daha sonra isə onlar Kazımovanın "Youtube" kanalına hücum ediblər. Onlar mahnının şərh yerinə müxtəlif tənqidi şərhlər yazıblar.

Qeyd edək ki, sözügedən mahnı Xalq artisti Aygün Kazımova və rusiyalı müğənni Filipp Kirkorovun duetidir. Mahnı "SS Production" tərəfindən hazırlanıb. Bu layihə ilə tarixdə ilk dəfə əcnəbi müğənni Azərbaycana mahnı həsr edib. Layihənin təşəbbüskarı isə Aygün Kazımova olub. Klip Filipp Kirkorovun ötən ilin 30-31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutan solo konserti zamanı lentə alınıb.

7
Teqlər:
ermənilər, hücum, sosial şəbəkə, Azərbaycan, Filipp Kirkorov, Aygün Kazımova, mahnı
Əlaqədar
Ərəbi erməniyə çevirmək mümkün olmadı - VİDEO
Avropanın ən xarizmatik kişisi: "Pulu düşündüyün an sənət yox olur"
Əməkdar artist efirdə erməni mahnısı oxuyub
Aygün erməni həmkarıyla qucaqlaşıb oxudu, dedilər, Qarabağ "qayıtdı" - VİDEO
Ermənistanın xalq artisti beynəlxalq festivalda Azərbaycan mahnısını oxudu
Minskdə etirazlar, arxiv şəkli

Belarusda vəziyyət pisləşir Aİ-nin Ali komissarı

5
(Yenilənib 14:10 21.09.2020)
Sentyabrın 17-də Avropa Parlamenti Belarusda keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edib.

BAKI, 21 sentyabr — Sputnik. Belarusda vəziyyət pisləşməkdə davam edir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borell bildirib.

"Belarusda vəziyyət pisləşməkdədir, dinc etirazlara qarşı repressiyalar davam edir. Bu gün biz Belarus xalqını necə dəstəkləyəcəyimizi, həmçinin Lukaşenkonu legitim prezident kimi tanımadığımız vaxtda Belarus hökuməti ilə əlaqələrə yenidən baxmağı müzakirə edəcəyik", - deyə Borell qeyd edib.

Qeyd edək ki, sentyabrın 17-də Avropa Parlamenti Belarusda avqustun 9-da keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edib. Bundan əlavə, Avropa Parlamenti Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti saymır.

Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

 

5
Teqlər:
Aleksandr Lukaşenko, vəziyyət, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı, Avropa ittifaqı, Belarus
Əlaqədar
Avropadan zərbə: Lukaşenkonun prezidentliyi tanınmadı
Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir
Avropa Komissiyasında sanksiyalar üzrə səsvermə sistemi dəyişdirilə bilər
Tixanovskaya Putinə deyəcəklərini açıqladı
Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildirib

0
(Yenilənib 15:52 21.09.2020)
Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb

BAKI, 21 sentyabr — Sputnik. "Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə zərbə vurur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

O sentyabrın 21-də Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea telefon danışığı zamanı həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib. Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Ordumuzun əsgəri yaralanıb
Qarabağın azərbaycanlı icması: "Xalqımıza silah yönəldərək nəyə nail olmaq istəyir?"
XİN Azərbaycan Ordusunun çavuşunun şəhid olması ilə bağlı açıqlama yaydı
Rəsmi Bakı: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır