ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Həkimlər Trampın qardaşını xilas edə bilmədilər

1011
(Yenilənib 09:42 16.08.2020)
Robert Tramp ötən həftə ağır vəziyyətdə Nyu-Yorkda xəstəxanaya yerləşdirilmişdi. Donald Tramp cümə günü qardaşını ziyarət etmişdi.

BAKI, 16 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp kiçik qardaşı, 72 yaşlı Robertin vəfat etdiyini bildirib.

“Ürək ağrısı ilə bildirmək istəyirəm ki, qardaşım Robert bu axşam vəfat edib. O mənim təkcə qardaşım deyil, həm də ən yaxşı dostum idi. Onun üçün çox darıxacağıq, amma yenə də görüşəcəyik. Onun xatirəsi qəlbimdə əbədi qalacaq. Robert, rahat uyu, səni sevirəm”, - Amerika liderinin bəyanatında deyilir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Robert Tramp ötən həftə ağır vəziyyətdə Nyu-Yorkda xəstəxanaya yerləşdirilmişdi. Donald Tramp cümə günü qardaşını ziyarət etmişdi.

Robert Tramp iyulda qardaşı qızı Meri Trampı Ağ Evin başçısı haqda kitabını nəşr etdirməkdən çəkindirməyilə Amerika mediasında gündəmə gəlmişdi.  Meri öz kitabında iddia edirdi ki, Donald Tramp 1981-ci ildə ölüm yatağında olan qardaşı Fredə (Merinin atasına) baş çəkməyib.

 

1011
Əlaqədar
Prezident ailəsində qarışıqlıq - Trampı qorxudan nədir?
Trampa Nobel mükafatı verməyi təklif ediblər
Tramp İsrail və ərəblər arasında imzalanacaq sazişin tarixini açıqladı
Tramp proqnoz verdi: Bayden seçilsə, Çin dilini öyrənməli olacaqsız
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə, arxiv şəkli

Paşinyan yenə Putinə zəng vurdu

57
(Yenilənib 21:39 29.09.2020)
Putin deyib ki, Qarabağda böhranın deeskalasiyası məqsədi ilə qarşıdurma tərəfləri tədbirlər görməlidirlər

BAKI, 29 sentyabr. Ermənistanın Baş Naziri Nikol Paşinyan növbəti dəfə Rusiya Prezidenti Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, onlar Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirəi ediblər.

Putin davam edən hərbi əməliyyatlarla əlaqədar ciddi narahatlığını ifadə edib. Bildirilib ki, Qarabağda böhranın deeskalasiyası məqsədi ilə qarşıdurma tərəfləri tədbirlər görməlidirlər.

57
Teqlər:
Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"
Rəsmi Bakı: Paşinyan baş nazir olduqdan sonra otuz dəfə təxribat törədib
Paşinyan Putinə zəng vurdu
Paşinyana yol göründü: Ermənistan müxalifəti ümummili mitinq keçirəcək
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"
Türkiyənin Vitse-prezidenti Fuad Oktay, arxiv şəkli

Türkiyənin vitse-prezidenti - Azərbaycanın yanındayıq

22
Baş Nazir Əli Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

BAKI, 29 sentyabr - Sputnik. Sentyabrın 29-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, telefon danışığı zamanı Vitse-prezident Fuad Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal altındakı torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

Baş Nazir Əli Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı Baş Nazir Əli Əsədov və Vitse-prezident Fuad Oktay ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər.

22
Əlaqədar
Çavuşoğlu: "Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik"
Hulusi Akar: "Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir"
Çavuşoğlu və Lavrov Qarabağdakı son durumu müzakirə etdilər
Ərdoğan Boris Consonla Qarabağ münaqişəsini müzakirə etdi: "Ermənistan çəkilməlidir!"
Mövlud Çavuşoğlu: "Ermənistanı ağlını başına toplamağa çağırıram"

Növbəti erməni təxribatını əngəlləmək üçün Kamran Əliyev rusiyalı həmkarına müraciət etdi

0
(Yenilənib 21:50 29.09.2020)
Ara Abramyan Rusiyada yaşayan 20 minə yaxın erməni soydaşlarını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının koməkliyi ilə göndəriləcəyinə dair bəyanat yayıb

BAKI, 29 sentyabr - Sputnik. Bir sıra Rusiya kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın Rusiyada yaşayan 20 minə yaxın erməni soydaşlarını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının koməkliyi ilə göndəriləcəyinə dair bəyanatı yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun açıqlamasında qeyd olunub.

Bildirilir ki, bundan başqa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun “Vzqlyad” qazetində Azərbaycanın mülki dinc əhalisinin yaşadığı Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərinin, o cümlədən beynəlxalq strateji əhəmiyyət kəsb edən Bakı-Ceyhan qaz kəmərinin atəşə tutulması barədə çıxışı da yer alıb.

Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnova və İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə rəsmi müraciət edərək bildirib ki, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla, o cümlədən Cenevrə Konvensiyası və BMT-nin Təhlükəsizlik Şurasının qərarları ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutmuş, nəticədə mülki əhali arasında ölən və yaralananlar var.

Müraciətdə, həmçinin göstərilib ki, hədəf kimi əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

Hazırki vəziyyəti və yuxarıda qeyd edilənləri nəzərə alaraq, Baş Prokuror Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasəti yürüdən, o cümlədən bəyanatlarında Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208.1 (federal qanunla nəzərdə tutulmayan silahlı birləşmənin yaradılması, habelə belə bir qurumun rəhbərliyi və ya onun maliyyələşdirilməsi), 205.2.2 (KİV istifadə edilməklə terror fəaliyyətlərinə, terrorizmin ictimai əsaslandırılmasına və ya terrorizmin təbliğinə açıq çağırışlar), 280.2 (KİV istifadə edilməklə ekstremist fəaliyyətə açıq çağırışlar), 282.2 “b” bəndi (nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması), 359.3 (muzdluluq) və digər maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş etməklə, məsələni şəxsi nəzarətlərinə götürülməsinə ümidvar olduğunu bildirib.

0
Teqlər:
Kamran Əliyev, erməni təxribatı, Erməni diasporu, Rusiya, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Hüsənli kəndində Ermənistan ordusunun mərmisi yaşayış evini dağıdıb – VİDEO
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Cocuq Mərcanlıda 14 yaşlı uşaq yaralandı
Rus İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı