BAKI, 14 avqust — Sputnik. Dünyada koronavirusdan daha çox zərər görən ölkənin - ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu korona virusu istehsal etməyə başlayıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, virus COVID-19 peyvəndinin sınaqlarında iştirak edən şəxslərə vurulacaq.
İnstitutun açıqlamasına görə, COVID-19 peyvəndi edilmiş insanlar üzərində vaksinin insanlara olan əks-təsirləri ilə bağlı araşdırmalara başlanılır: "ABŞ alimləri könüllü şəkildə koronavirus peyvəndi edilmiş şəxslərə istehsal etdikləri virusu vuracaqlar. Bunun üçün proseslərə başlanılıb".
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.