Akar: "Yunanıstanla problemi dialoqla həll etmək istəyirik"

© AFP 2023 / ADEM ALTANМинистр национальной обороны Турции Хулуси Акар
Министр национальной обороны Турции Хулуси Акар - Sputnik Azərbaycan
Abunə olmaq
"Baş verənlərə baxmayaraq sağlam düşüncənin qalib gələcəyinə inanmaq istəyirik" - Türkiyənin Müdafiə naziri

BAKI, 12 avqust — Sputnik. Türkiyə Aralıq dənizində Yunanıstanla yaşadığı problemi dialoqla həll etmək istəyir. Meydanda və masada beynəlxalq hüququn və yaxşı qonşuluğun tərəfdarıyıq. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, rəsmi Ankara bölgədəki haqlarını və maraqlarını qoruyacaq: "Baş verənlərə baxmayaraq sağlam düşüncənin qalib gələcəyinə inanmaq istəyirik. Meydanda və masada beynəlxalq hüququn, yaxşı qonşuluğun və dialoqun tərəfdarıyıq. Beynəlxalq hüquqa uyğun dinc yolla həll yolları bilmək istəyirik".

Akar eyni zamanda bildirib ki, Türkiyə öz haqlarını, maraqlarını qorumağa davam edəcək: "Bunu hamı bilməlidir. Dənizlərimiz bizim mavi vətənimizdir. Hər bir damlası dəyərlidir".

 

Xəbər lenti
0