Qəbiristanlıq işçiləri məzar qazırlar, arxiv şəkli

Kişi dəfnindən iki gün sonra evinə qayıdıb

801
(Yenilənib 15:42 11.08.2020)
Dəfnindən iki gün sonra evinə qayıdan Əhməd Hassan, qapının bağlı olduğunu görüb. Onun "xortlamasından"qorxan qonşular isə polis çağırıblar.

BAKI, 11 avqust — Sputnik. Hindistanın Kampur şəhərinin sakini dəfn mərasimindən iki gün sonra evə qayıdıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Times Now News nəşri şəhər polisinə istinadla məlumat ytayıb.

Hadisə avqustun əvvəlində baş verib. Əhməd Hassan həyat yoldaşı ilə mübahisə edərək evdən gedib. Narahat olan qohumları adamın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət ediblər.

Avqustun beşində polis məmurları Hassanın təsvirinə uyğun gələn kişi meyiti tapıblar. Həyat yoldaşı və qardaşları cəsədin Əhmədə aid olduğunu təsdiqləyiblər. Dəfn mərasimi elə həmin gün baş tutub.

Ancaq dəfndən iki gün sonra Əhməd Hassan evinə qayıdıb. Evin qapısı bağlı olub, qorxmuş qonşular isə polis çağırıblar. Polis Hassanı polis şöbəsinə aparıblar.

"Mərhum" izah edib ki, həyat yoldaşı ilə mübahisədən sonra o, işləməyə qərar verib və zavodda işə düzəlib. Maaşını alandan sonra evə gedib, ancaq heç kəsi tapmayıb. Polis idarəsində isə artıq "dəfn olunduğunu" öyrənib.

Hassanın həyat yoldaşı etiraf edib ki, ərini sağ-salamat gördüyü üçün xoşbəxtdir. O, meyitə baxarkən bunun ərinə aid olduğuna şübhə ilə yanaşıb, lakin qayınları onun fikrini qətiləşdiriblər.

Polis indi dəfn olunan adamın kimliyini araşdırır.

801
Mumiya, arxiv şəkli

Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb

12
Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

BAKI, 17 yanvar — Sputnik. Qədim Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qranada və Xaena universitetlərinin alimləri qadın mumiyası üzərində apardıqları araşdırma zamanı məlum olub ki, qadın ginekoloji əməliyyat keçirib.

Mumiyanın bizim eradan əvvəl 1878-1797-ci illərə aid olduğu bildirilir. Həmin şəxs sağlığında çanaq sümüyündən ciddi zədə alıb və güclü xəstəlikdən əziyyət çəkib. Yerli təbiblər onu sağaltmağa çalışıblar. Onlar qadın üzərində "fumiqasiya" əməliyyatı aparıblar. Belə ki, yaraya toksiki maddələr verərək, mikrobları öldürməyə çalışıblar.

Qeyd edək ki, bu üsul indi ancaq bitkilər üçün həyata keçirilir.

Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

Çünki həmin dövrdə Sattjeni əhali arasında populyar ad olub. Mumiya qaya məzarlığında aşkarlanıb. Orada 11 yaxşı vəziyyətdə qalmış mumiya olub.

12
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

15
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

15

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0