Sumatra adasında vulkan püskürməsi

Sumatra adası yenə lərzəyə gəldi: dəhşətli vulkan püskürməsinin VİDEOsu

102
(Yenilənib 19:02 10.08.2020)
İsti vulkan kütləsinin axını ətraf kəndləri dağıdıb və yerli sakinlər daha təhlükəsiz yerlərə köçmək məcburiyyətində qalıblar.

BAKI, 10 avqust — Sputnik. İndoneziynın Sumatra adasında Sinabunq vulkanı aktivləşib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, vulkanın püskürməsi hadisə şahidləri tərəfindən çəkilib.

Məlumata görə, vulkanın külləri dəniz səviyyəsindən 7,5 kilometr hündürlüyə qalxıb. Hakimiyyət vulkan ərazisinə 3-5 kilometr yaxın ərazilərə daxil olmağı məhdudlaşdırıb.

Bundan əlavə, insanlara qoruyucu maskalar taxmaq və evlərinə lavanın yaxınlaşmasını izləmək tövsiyə edilib.

Sinabunq 2010-cu ilə qədər 400 il yatmış vulkan hesab edilib. 2010-cu ildə vulkan aktivləşəndən sonra mütəmadi olaraq lava və kül püskürüb.

İsti vulkan kütləsinin axını ətraf kəndləri dağıdıb və yerli sakinlər daha təhlükəsiz yerlərə köçmək məcburiyyətində qalıblar. On il ərzində onlarla insan Sinabunq püskürmələrinin qurbanı olub.

102
Əlaqədar
Rusiyada vulkan püskürdü
Yüzillərlə açılmayan sirr yenidən araşdırılır
Çörəyi ver çörəkçiyə - Buradan da gəlir götürəcəyik
Vulkanların içində yatan sərvət - əlini uzat, götür
Taal vulkanı oyandı, əhalini köçürürlər - VİDEO
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Peskov: Vladimir Putinlə İlham Əliyevin söhbəti lazım gəldikdə baş tutacaq

23
(Yenilənib 16:12 28.09.2020)
"Lazım gələrsə, əlbəttə ki, keçiriləcək. Amma bir daha təkrar etmək istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonrakı ilk saatlardan nazir Lavrov həm Bakıdakı, həm də Yerevandakı həmkarları ilə daima əlaqə saxlayıb", – Peskov bildirib.

BAKI, 28 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında söhbət lazım gəldikdə baş tutacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla bazar günü telefon danışığı keçirib.

"Lazım gələrsə, əlbəttə ki, keçiriləcək. Amma bir daha təkrar etmək istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonrakı ilk saatlardan nazir Lavrov həm Bakıdakı, həm də Yerevandakı həmkarları ilə daima əlaqə saxlayıb", – Peskov jurnalistlərə açıqlamasında bildirib.

23
Mixail Saakaşvili

Mixeil Saakaşvili: "Qarabağ Azərbaycandır bu, dəyişməzdir"

38
(Yenilənib 16:40 28.09.2020)
Saakaşvili: "Təbii ki, bölgədən didərgin salınan əhalinin öz yurdlarına qayıtmaq haqqı var. Gürcüstan üç Qafqaz xalqı arasında qardaşlıq münasibətlərində maraqlıdır".

BAKI, 28 sentyabr — Sputnik. "Mənim mövqeyim ərazi bütövlüyü prinsipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək". Sputnik Azərbaycan xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti, hazırda Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixeil Saakaşvili "Facebook" səhifəsində yazıb.

"Təbii ki, bölgədən didərgin salınan əhalinin öz yurdlarına qayıtmaq haqqı var. Gürcüstan üç Qafqaz xalqı arasında qardaşlıq münasibətlərində maraqlıdır. Bizim gələcəyimiz Baltikyanı ölkələr arasında münasibətlərə bənzəməlidir", - o vurğulayıb.

38
Одна из станций Бакинского метрополитена, фото из архива

"Bakı Metropoliteni"ni öz fəaliyyət qrafikini açıqladı

0
(Yenilənib 16:38 28.09.2020)
Bakı metropoliteninin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq

 

BAKI, 28 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib.

Həmçinin bir sıra regionlarda, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mövcud vəziyyətdə Bakı metropoliteninin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb.

Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

0