Gürcüstanda əhatəyə alınmış cinayət yeri, arxiv şəkli

Gürcüstanda atışma: evləri oteli yandırdılar, ölən var

38
(Yenilənib 01:18 09.08.2020)
Hadisəyə səbəb Kulikam kəndində 27 yaşlı kişinin qətli olub. Onun qohumları qisas almaq qərarına gəliblər: şəhərdə qarşıdurma və dava başlayıb. Bir nəfər güllə yarası alıb

BAKI, 9 avqust — Sputnik. Gürcüstanın cənubunda Axalkalaki şəhərində (Samsxe-Cavahetiya bölgəsi) gənclərin davası nəticəsində bir nəfər ölüb, bir neçə ev və otel yandırılıb.

Sputnik Gürcüstan xəbər verir ki, vəziyyəti nəzarətə götürmək üçün polisi səfərbər etmək lazım olub. 

Hadisəyə səbəb Kulikam kəndində 27 yaşlı kişinin qətli olub. Onun qohumları qisas almaq qərarına gəliblər: şəhərdə qarşıdurma və dava başlayıb. Bir nəfər güllələnib.

“Axalkalaki rayonunda kriminal hadisə olub, adam ölüb. Bundan sonra kəndlilər şəhərdə toplaşıblar və daha bir kriminal hadisə baş verib. Hadisə yerinə əlavə polis qüvvələri gəlib. Şəhərdə vəziyyətə tamamilə nəzarət olunur. Gərginlik davam edir, amma əlavə polis qüvvələri vəziyyəti nəzarətə götürüblər”, - Samsxe-Cavahetiyanın qubernatoru Besik Amiranaşvili deyib.

Hadisə ilə bağlı Axalkalakidə “qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi açılıb.

 

38
İranda Möhsün Fəxrizadəni öldürdüyü yer

ABŞ İran vahid mövqedə: Hər ikisi alimin ölümündə İsraili günahlandırır

19
(Yenilənib 14:36 28.11.2020)
İranlı fizik Möhsün Fəxrizadənin İsrail tərəfindən öldürdüyünü düşünən Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

BAKI, 28 noyabr — Sputnik. Birləşmiş Ştatların kəşfiyyat xidmətləri İsrailin İranın nüvə proqramının yaradıcılarından biri, iranlı fizik Möhsün Fəxrizadəni öldürdüyünü düşünürlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "The New York Times" nəşri yayıb.

Nəşrin məlumatına görə, adı çəkilməyən bir amerikalı məmur və kəşfiyyat orqanlarının iki əməkdaşı alimin öldürülməsinin arxasında İsrailin durduğunu bildirib.

Qəzet, həmçinin ABŞ-ın bu əməliyyat barədə əvvəlcədən məlumatlı olmasına dair dəqiq məlumatın olmadığını da qeyd edib.

Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

İran da alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

19
Teqlər:
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi, Mərkəzi Kəşfiyyat İdarəsi, Ağ Ev, nüvə, İsrail, İran, ABŞ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Bütün islam coğrafiyasındakı problemlərə qarşı mübarizə yolunu tutmuşuq - Ərdoğan

7
Ərdoğan: Türkiyə Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək bütün islam coğrafiyasındakı problemlərə qarşı mübarizə yolunu tutub.

BAKI, 28 noyabr — Sputnik. "Bu il sadəcə COVID-19 pandemiyası ilə deyil, ondan da sürətlə yayılan "islam düşmənçiliyi" virusu ilə də mübarizə aparmaq məcburiyyətində qaldıq".

Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın müsəlman cəmiyyətinə videomüraciətində deyib.

Çıxışına "Türkiyədəki 83 milyon qardaşınızın salamlarını sizə çatdırmaq istəyirəm" sözləri ilə başlayan Ərdoğan bildirib ki, "islam düşmənçiliyi" virusu yalnız müsəlmanlara deyil, digər inanc sahiblərinə də hədsiz dərəcədə mənfi təsir edir:

"Bu düşmənçilik müsəlmanlar qədər Afrikadan, Asiyadan olan didərginləri, digər din mənsublarını da hədəf alır. İŞİD və FETÖ terror təşkilatlarından heç bir fərqi olmayan ideoloji fanatizmin hətta dövlət başçıları səviyyəsində təbliğ edildiyini görürük. Son zamanlar Fransada fikir azadlığı adı altında həzrəti peyğəmbərimiz haqda olan alçaqlıqlara sizlər də şahid olursunuz. İnsanların müqəddəs dəyərlərini təhqir etməyin azadlıqla heç bir əlaqəsi yoxdur. Çünki düşüncə ilə təhqir fərqli məsələlərdir. "Qurani-Kərim"i yandıranların havadarları, həzrəti peyğəmbərimizin təhqirinə şərait yaradanlar, məscidlərimizə olan hücumlara kor qalanlar azadlığı deyil, öz içlərindəki faşizmi gizlətmək üçün belə edirlər. Amma özlərinə qarşı ən kiçik tənqidlərə belə dözümsüzlük göstərirlər".

Türkiyə Prezidenti qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanları təfriqələrə uymamağa çağırıb.

Ərdoğan qeyd edib ki, Türkiyə Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasının fərqli məkanlarındakı problemlərə qarşı mübarizə yolunu tutub.

7
Teqlər:
Dağlıq Qarabağ, Liviya, Fələstin, Suriya, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkiyə prezidenti, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan