Federal Təhqiqatlar Bürosunun avtomobili, arxiv şəkli

Dünyaca məşhur "yutuber"in evindən çıxanlar hər kəsi şok etdi - VİDEO

25
(Yenilənib 17:08 08.08.2020)
Dünyaca məşhur "youtuber"in evindən çıxanlar hər kəsi şok etdiDünyaca məşhur "youtuber"in evindən çıxanlar hər kəsi şok etdi

BAKI, 8 avqust — Sputnik. Məşhur “YouTube” vlogeri Jak Polun Los-Ancelesdəki lüks villasında əməliyyat keçirilib. Sputnik Azərbaycan bildirir ki, ABŞ-ın Federal Təhlükəsizlik Xidməti ulduzun yeddi milyon dollarlıq villasına zirehli maşınla daxil olub. Onun malikanəsindən çox sayda silah-sursat ələ keçirilib. Qonşuları gecə vlogerin evindən partlayış səslərinin gəldiyini deyiblər.

23 yaşlı J.Pol ABŞ-da qaradərililərin etirazlarında iştirakda ittiham edilir.

Arizona ştatında alış-veriş mərkəzinin talanmasından sonra onun tutulması ilə əlaqədar evində axtarış barədə qərar çıxarılıb.

Qeyd edək ki, sosial media fenomeninin 20 milyondan çox izləyicisi var. Məşhur, eyni zamanda, ABŞ-ın yerli mətbuatında ötən ildən 2 milyon vergi borcu olması ilə gündəmi zəbt edib.

25
Əlaqədar
Azərbaycanlı bloger rus müğənni Yeqor Kridlə sevgili olmasına aydınlıq gətirib
Səhvi yüz on dörd il sonra yada saldılar, üzr istədilər
Biz şokdayıq: azərbaycanlılar ABŞ-dakı iğtişaşlardan danışdılar
Qəflətən: ABŞ-dakı qaradərili hərəkatına Rus Pravoslav Kilsəsindən irad
Azərbaycanlı model Los Ancelesdəki dəbdəbəli villasını göstərdi
Yada sal məni filminin çəkilişi, arxiv şəkli

Azərbaycanlı rejissorun filmi məşhur festivalın ilk turunu uğurla keçib

4
Filmdə Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmov və Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası Nuridə Musabəyli rol alıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Rejissor Masər Həsənovun "Yada sal məni" filmi İngiltərənin Veksxem (Wexham) şəhərində keçirilən, 3 turdan ibarət olan "First-Time Filmmaker Sessions" film festivalının ilk turunu uğurla keçib. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən rejissor bildirir ki, növbəti tur oktyabrın ilk yarısında məlum olacaq:

"Bu filmi operator Qalib Bağırovun 2020-ci il magistr diplomu üçün çəkmişdim. Film Natiq Rəsulzadənin "Lal" əsərinin motivləri əsasında çəkilib. Həyat yoldaşını itirən baş qəhrəmanımız (Elşən Rüstəmov) özünə qapanıb. Həyatı monoton keçir. Hər şey gecə bir xanımın gəlişi ilə dəyişir".

Filmdə Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmov və Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası Nuridə Musabəyli rol alıb.

4
Yerevanda etirazlar, arxiv şəkli

Paşinyana yol göründü: Ermənistan müxalifəti ümummili mitinq keçirəcək

126
(Yenilənib 14:49 22.09.2020)
Müxalifətin bəyanatına görə, hazırkı Ermənistan hökuməti hakimiyyətə gəldiyi iki il ərzində cəmiyyətin gözləntilərini doğrultmayıb və ölkənin inkişafını təhdid altına qoyub.

BAKI, 22 sentyabr — Sputnik. Ermənistanın üç müxalifət partiyası "Çiçəklənən Ermənistan", "Daşnaksutyun" və "Vətən" partiyaları oktyabrın 8-nə ümumdövlət mitinqi təyin edib. Sputnik Azərbaycan Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasi partiyaların yaydığı birgə bəyanatda bildirilir.

Partiyalar bəyan ediblər ki, "ölkədə yaranmış vəziyyəti qiymətləndirərək və yeni keyfiyyətli milli hökumətin qaçılmaz olmasını hesab edərək" mitinq keçirmək barədə qərar qəbul edilib.

Mitinqin oktyabrın 8-i Yerevanın Azadlıq meydanında keçirilməsi planlaşdırılır.

Müxalifətin bəyanatına görə, hazırkı Ermənistan hökuməti hakimiyyətə gəldiyi iki il ərzində cəmiyyətin gözləntilərini doğrultmayıb və ölkənin inkişafını təhdid altına qoyub.

126