Koronavirusa yoluxanların sayı 19 milyonu keçdi

© AP Photo / Rafiq MaqboolСитуация в связи с эпидемиологической обстановкой в Индии
Ситуация в связи с эпидемиологической обстановкой в Индии - Sputnik Azərbaycan
Abunə olmaq
Yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 4 milyon 883 min 646 nəfərə çatıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 19 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Con Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 714 767 nəfər vəfat edib, 11 550 232 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 4 milyon 883 min 646 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 870 171 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0