ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Dediyini etdi! Tramp “TikTok” “WeChat”ı qadağan edən fərman imzalayıb

203
(Yenilənib 09:41 07.08.2020)
"Çində yerli şirkətləri tərəfindən hazırlanan mobil tətbiqlərin ABŞ-da yayılması Birləşmiş Ştatların milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid etməkdə davam edir", - fərmanda deyilir.

BAKI, 7 avqust – Sputnik. ABŞ Prezidenti Donald Tramp “TikTok” proqramına qarşı tədbirlərin görülməsi haqqında icraçı fərmanı imzalayıb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər verir.

Qeyd edilir ki, Tramp “TikTok”un sahibi “ByteDance” və onun törəmə şirkətləri ilə hər hansı bir əməliyyata qadağa qoyub.

"TikTok” təhlükəsi ilə mübarizə haqqında" icraçı fərmana əsasən “ByteDance” proqramının sahibi ilə istənilən sazişlər 45 gün ərzində dayandırılır.

"ABŞ yurisdiksiyasında “ByteDance” ilə hər hansı (hüquqi və ya fiziki şəxs tərəfindən) əməliyyat qadağan edilir", - fərmanda deyilir.

"Çində yerli şirkətləri tərəfindən hazırlanan mobil tətbiqlərin ABŞ-da yayılması Birləşmiş Ştatların milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid etməkdə davam edir", - fərmanda deyilir.

"İndi konkret bir tətbiqin – “TikTok”un təhdidinə cavab vermək üçün səy göstərilməlidir", - deyə Tramp əlavə edib.

ABŞ Prezidenti həmçinin Çinin internet nəhəngi “Tencent” və onun sahibi olduğu “WeChat” sosial şəbəkəsi üzərindəki törəmə şirkətlərlə sövdələşmələri qadağan edən fərman da imzalayıb. Sənədin mətni Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Qadağa fərmanın nəşrindən 45 gün sonra, yəni sentyabrın sonunda qüvvəyə minir. "WeChat”a aid olan istənilən sazişlər qadağaya aiddir.

203
Azərbaycan bayrağı, arxiv şəkli

Kolumbiya Senatı Ermənistanın təcavüzünü pisləyib

3
(Yenilənib 11:03 01.10.2020)
Bəyanatda beynəlxalq təşkilatlar Azərbaycan ərazisində yaşanan münaqişəyə münasibətdə daha ehtiyatlı davranmağa, ədalətli və qərəzsiz mövqedən çıxış etməyə çağrılır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası bu gün qəbul etdiyi bəyanatda 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi və mülkü əhali arasında itkilərə səbəb olan hücumları və təcavüzü pisləyib, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha ifadə edib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sənəddə Kolumbiya Senatının adıçəkilən komissiyası tərəfindən təcavüzkar siyasətə son qoyulmasına, münaqişənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin tətbiqi ilə həllinə çağırış edilir.

Bəyanatda beynəlxalq təşkilatlar Azərbaycan ərazisində yaşanan münaqişəyə münasibətdə daha ehtiyatlı davranmağa, ədalətli və qərəzsiz mövqedən çıxış etməyə çağırılır.

Sonda dost ölkə olaraq Kolumbiyanın Azərbaycan hökuməti və xalqına həyatını itirmiş şəhidlərə görə başsağlığı verdiyi bildirilir.

3
Teqlər:
erməni təxribatı, Senat, Kolumbiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verilib
TBMM-in spikeri: Ermənistanın qarşısındakı 90-cı illərin Azərbaycanı deyil
Rəsmi Bakı: Ermənistan münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyir
Qardaş dəstəyi: İstanbulun Qalata qülləsi Azərbaycan bayrağının rənglərinə boyandı
Çavuşoğludan Makrona sərt cavab: "Bu günədək Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz?
Türkiyə Böyük Millət Məclisi

TBMM-in spikeri: Ermənistanın qarşısındakı 90-cı illərin Azərbaycanı deyil

48
(Yenilənib 08:59 01.10.2020)
TBMM-in sədri Mustafa Şəntop: Azərbaycan iqtisadi baxımdan da, hərbi baxımdan da hazırda qüdrətli bir ölkədir".

BAKI, 1 oktyabr — Sputnik. "Artıq Ermənistanın qarşısında 90-cı illərin Azərbaycanı yoxdur. Azərbaycan hazırda həm hərbi, həm də iqtisadi baxımdan qüdrətli bir ölkədir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop NTV telekanalına müsahibəsi zamanı deyib.

O, Dağlıq Qarabağı işğaldan azad etmək üçün Azərbaycanın xüsusi bir dəstəyə ehtiyacı olmadığını qeyd edib:

"Azərbaycanın Dağlıq Qarabağdakı əməliyyatlarda Türkiyə də daxil olmaqla başqa bir ölkənin dəstəyinə ehtiyacı yoxdur. Varsa, bu ayrı məsələdir, amma yoxdur. Azərbaycan yardıma ehtiyacı olmadan bunu edə biləcək güc və qüdrətə malikdir".

Ermənistanın spekulyasiyalarla məşğul olduğunu qeyd edən Şəntop "yalan deyir, iftira atır, bunların yalan və iftira olduğu da qəti bir şəkildə ortaya çıxır" deyib.

Şəntop, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin çok özəl olduğunu, belə bir vəziyyətin dünyada başqa heç bir iki dövlət arasında olmadığını söyləyib. 

48