Növbəti prezidentin adını deyə bilərəm, amma...

© © Nikolai Petrov / BelTA Pool Photo via AP, FileПрезидент Белоруссии Александр Лукашенко, фото из архива
Президент Белоруссии Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Yaxşı, tutaq ki, artıq prezident deyiləm. Səhər tezdən durub nə edəcəm? Heç bir fikrim yoxdur" - Aleksandr Lukaşenko

BAKI, 6 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 9-da kimin prezident seçiləcəyi barədə suala cavab verməyib.

“Əlbəttə, mən deyə bilərəm, amma nəyə gərəkdir?” – respublikanın növbəti prezidentinin kim olacağı barədə suala cavab verən Lukaşenko deyib.

Sputnik Azərbaycan bildirir ki, Belarusda avqustun 9-na təyin edilmiş prezident seçkisində 5 namizəd, o cümlədən Lukaşenkonun özü də (6-cı dəfə) mübarizə aparacaq.

Jurnalist Dmitri Qordona verdiyi müsahibəsində Lukaşenko deyib ki, prezident olmaq – həyat tərzidir, bunu başqa cür də təsəvvür etmir, həmçinin memuar yazmağa hazırlaşmır, çünki “tənbəldir”.

“Yox. Mən başqa həyat tərzini qəbul etmirəm. Bu, çox çətindir, inanın. Sanki çarxın içindəki dələsən. Amma başqa məşğuliyyət bilsəydim, bunu atardım. Ancaq mən bütün ömrüm boyu bu cür həyat yaşamışam, yəni bu, artıq mənim həyat tərzimdir. Ona görə də bu haqda fikirləşmişəm. Heç təsəvvürümə də gətirmirəm. Yaxşı, tutaq ki, artıq prezident deyiləm. Səhər tezdən durub nə edəcəm? Heç bir fikrim yoxdur. Təsəvvür edin də, bütün ömrüm, 38 yaşından bəri bütün ömrüm bu həyat tərzində keçib”, - Qordonun “Hər şeyi atıb özünüz üçün yaşamaq istəmirsinizmi?” sualını cavablandıran Lukaşenko deyib.

Lukaşenko xatirələrini yazmayacağını bildirib.

“Güman ki, yox, bu baxımdan tənbələm. Yazmağı sevmirəm. Bu barədə fikirləşirdim, amma bəlkə də, heç bir işim olmayanda mövqeyimi dəyişdim, çox güman ki, hansısa tezisləri cızma-qara edərəm, kimdənsə də xahiş edərəm ki, yazsın. Amma xüsusi olaraq kitab yazıb buna görə pul qazanmaq – yox, olmayacaq”, - Belarus Prezidenti deyib.

Xəbər lenti
0