Vaksin burdaymış! Bizi koronavirusdan barama qurdu xilas edə bilər

© Sputnik / Ilham Mustafayevİpəkqurdu
İpəkqurdu - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiyanın Kyusyu Universitetinin professoru Takahiro Kusakabe deyib ki, ipəkqurdu sürfəsindən alınan zülal COVID-19-a qarşı peyvənd kimi yüksək effektiv olacaq, onun istehsalı da ucuz başa gələcək.

BAKI, 5 avqust — Sputnik. İpəkqurdu (barama qurdu) sürfəsindən alınan zülal COVID-19-a qarşı peyvənd kimi yüksək effektiv və ucuz olmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu layihənin rəhbəri, Yaponiyanın Kyusyu Universitetinin professoru Takahiro Kusakabe RİA Novostiyə bildirib.

Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Oktyabra hazırlıq – Rusiyada kütləvi vaksinləmə başlayacaq

Koronavirusun səthində Spayk protein S adlandırılan maddə var. O, üç-üç qruplaşdırılıb və məhz virusun səthindəki "çıxıntı"ları təşkil edir. Yoluxma da həmin "çıxıntılar"ın köməyi ilə baş verir.

"İpəkqurdunun köməyi ilə biz koronavirusun yeni tipinin zülalına son dərəcə oxşar olan süni Spayk protein yaradırıq, lakin onun daxilində virus yoxdur, buna görə də zərərsizdir", - deyə professor bildirib.

Barama qurdunun bədəninə yalnız həşəratlara yoluxan bakulovirus yeridilir. Lakin o, insan üçün zərərsizdir. Ona koronavirusun gen informasiyası qoşulur. Bundan bir neçə gün sonra ipək qurdunun bədənində koronavirusun yapışqanlı S-proteininə çox bənzəyən bir protein "böyüyür".

"İndi biz iki növ vaksin hazırlayırıq – inyeksiya şəklində və peroral (ağızdan) qəbul üçün. İnyeksiya üçün vaksin hazırlayarkən, onun təmizlənməsi və təhlükəsizliyi üçün test lazımdır. Hər halda, hesab edirəm ki, bu, indi istifadə edildiyi kimi təhlükəsiz bir peyvənd olacaq. Peroral qəbula gəlincə, Asiya ölkələrində tarixən barama qurdunun sürfələrindən qidalarda istifadə edilir, buna görə də burada heç bir problem olmamalıdır", - deyə professor vurğulayıb.

Alim hesab edir ki, onun metodu "adi peyvəndlərə nisbətən böyük miqdarda yüksək effektiv vaksin" istehsalına imkan verəcək. Bundan əlavə, onun qiyməti bir neçə min yen (bir neçə on dollar) – qrip əleyhinə vaksinlərin qiymətləri civarında olacaq. Bu maliyyə ili ərzində, yəni 31 mart 2021-ci ilə qədər vaksinin heyvanlar üzərində sınaqları keçiriləcək.

Xəbər lenti
0