Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko: "Belarusu itirməkdən qorxurlar"

131
(Yenilənib 15:35 04.08.2020)
Belarus prezidenti vurğulayıb ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiya həmişə Belarusun müttəfiqi olacaq

BAKI, 4 avqust — Sputnik. Rusiya Belarusu itirməkdən qorxur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkiləri ərəfəsində xalqa və parlamentə müraciətində bildirib.

"Rusiya bizi itirməkdən qorxur. Çünki bizdən başqa onun həqiqi yaxın tərəfdaşı qalmayıb. Qərb də son zamanlar bizə predmetli maraq göstərir. Çin də öz dostunun sabitliyinə ümid bəsləyir", - deyə Lukaşenko qeyd edib.

O eyni zamanda vurğulayıb ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiya həmişə Belarusun müttəfiqi olacaq: "Belarus və ya Rusiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Rusiya həmişə bizim ən yaxın müttəfiqimiz olub, müttəfiqimizdir və müttəfiqimiz olaraq qalacaq".

131
Xüsusi təyinatlılar

Türkiyədən Ermənistana xəbərdarlıq: Atəşlə oynama!

21
(Yenilənib 23:03 21.09.2020)
Türkiyənin Milli Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır".

BAKI, 21 sentyabr — Sputnik. Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözlər Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan əsgərinin şəhid edilməsi ilə bağlı açıqlamada ifadə edilib.

Nazirlikdən verilən açıqlamada deyilir:

"Yuxarı Qarabağı qanunsuz işğal edən Ermənistan indi də Tovuz bölgəsində atəşkəsi pozaraq bir qəhrəman Azərbaycan əsgərimizi şəhid etdi. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza baş sağlığı diləyirik. Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır".

Xatırladaq ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi hərbi qulluqçusu, 1982-ci il təvəllüdlü kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

21
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Ermənistanın təcavüzünün qarşısını almayan ölkələri riyakar adlandırdı

154
(Yenilənib 21:58 21.09.2020)
Türkiyə prezidenti: "Suriyada, Liviyada, Yəməndə və digər bir çox ölkələrdə hələ davam edən bir çox humanitar böhranlarda riyakarlığını, mənfəətlərini davam etdirən dövlətlərin dünyaya haqq və ədalət yaymayacaqlarını bir daha təkrar edirəm".

BAKI, 21 sentyabr — Sputnik. "Suriyada, Liviyada, Yəməndə və digər bir çox ölkələrdə hələ davam edən bir çox humanitar böhranlarda riyakarlığını, mənfəətlərini davam etdirən dövlətlərin dünyaya haqq və ədalət yaymayacaqlarını buradan bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün müvafiq addımların atılmaması buna misaldır".

Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasında nazirlərlə keçirdiyi toplantısından sonrakı çıxışında belə bildirib.

Prezident deyib ki, Kipr və Şərqi Aralıq Dənizi problemində bir neçə ölkənin mənfəətlərini qorumaq üçün tarixi həqiqətlərə, beynəlxalq sazişlərə arxa çevirən ölkələr var:

"Sırf Türkiyəyə olan ədavətlərilə əlaqədar regionumuzun və dünyanın balansını pozmağa çalışanlar əslində öz mənfi aqibətlərini öz əllərilə hazırlayırlar".

R.T.Ərdoğan bildirib ki, Türkiyə Kiprdə, Aralıq və Egey dənizlərində digər ölkələrin haqqına, hüququna toxunmadan öz mənfəətlərini qorumağa davam edəcək.

154
Teqlər:
Yəmən, Liviya, Suriya, Ermənistanın təxribatları, Ermənistanın hərbi təcavüzü, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkiyə prezidenti, Ərdoğan
Təhsil Nazirliyi

Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumat yayıb

0
(Yenilənib 23:03 21.09.2020)
Təhsil Nazirliyi: Koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

BAKI, 21 sentyabr — Sputnik. Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, respublika üzrə ümumi təhsil müəssisələrində bu günə olan məlumata əsasən, ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin (1, 26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı (müəllim, texniki heyət və rəhbər heyət) 65 460 nəfər olub.

Respublika ərazisində fəaliyyət göstərən məktəblərin binasına daxil olan bütün şəxslərin hərarəti yoxlanılır, 37.1-dən yuxarı olan şagirdlər və ya işçi heyəti məktəbə buraxılmır. 21 sentyabr 2020-ci il tarixində hərarəti 37.1-dən yuxarı olan şagird və işçi heyətinin sayı Bakı şəhərində 21, bölgələrdə isə 29 nəfər olub. Hərarəti yüksək olan şagird və işçi heyəti barədə tibb müəssisələrinə məlumat verilir, bu şəxslərin müvafiq qaydada test olunması nəzərdə tutulur.

21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

Bu günə olan məlumata əsasən, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır!

0
Teqlər:
epidemiya, COVID-19, Koronavirus, Azərbaycan Təhsil Nazirliyi, Təhsil Nazirliyi
Əlaqədar
Məktəblərdə koronavirusa yoluxma aşkarlanıbmı - Rəsmi açıqlama
Ali məktəblərdə dərslər distant keçiriləcək
Məktəblərdə şagirdləri əziyyətə salmayacaqlar
Məktəblərdə xüsusi məntəqələr yaradacaqlar - COVID-ə görə