Əfqanıstanda partlayış, arxiv şəkli

Əfqanıstanda güclü partlayış: ölənlər yaralılar var

12
Yaxınlığında avtomobil partladılan həbsxananın üst mərtəbəsində Əfqanıstanda fəaliyyət göstərən ekstremist qrupların döyüşçüləri saxlanılırlar

BAKI, 2 avqust — Sputnik. Əfqanıstanın Cəlalabad şəhərində terrorçunun partladıcı ilə dolu avtomobili partlatması nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə TOLO News xəbər yayıb.

Telekanalın məlumatına görə, Nanqarhar vilayətinin inzibati mərkəzindəki partlayış həbsxananın yanında baş verib.

​Bildirilir ki, həmin həbsxananın üst mərtəbəsində Əfqanıstanda fəaliyyət göstərən ekstremist qrupların döyüşçüləri saxlanılırlar.

Telekanal bildirib ki, Taliban terrorçu qrupu hücumda əlinin olmadığını bəyan edib. Bundan öncə Əfqanıstanda 5000 talibdən 4600-ü azadlığa buraxılmışdı.

Eyni zamanda ötən axşam Nanqarharda terrorçu “İslam  dövləti” təşkilatının “Xorasan” qolunun kəşfiyyatının rəhbərini Əsədulla Orakzaini məhv ediblər. Orakzai Əfqanıstanda təşkil olunan hücumlara və təşkilatın daxilindəki rəqibləri məhv etməyə görə məsuliyyət daşıyırdı. Buna görə onu “İŞİD-in qəssabı” adlandırırdılar.

 

12
Mumiya, arxiv şəkli

Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb

12
Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

BAKI, 17 yanvar — Sputnik. Qədim Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qranada və Xaena universitetlərinin alimləri qadın mumiyası üzərində apardıqları araşdırma zamanı məlum olub ki, qadın ginekoloji əməliyyat keçirib.

Mumiyanın bizim eradan əvvəl 1878-1797-ci illərə aid olduğu bildirilir. Həmin şəxs sağlığında çanaq sümüyündən ciddi zədə alıb və güclü xəstəlikdən əziyyət çəkib. Yerli təbiblər onu sağaltmağa çalışıblar. Onlar qadın üzərində "fumiqasiya" əməliyyatı aparıblar. Belə ki, yaraya toksiki maddələr verərək, mikrobları öldürməyə çalışıblar.

Qeyd edək ki, bu üsul indi ancaq bitkilər üçün həyata keçirilir.

Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

Çünki həmin dövrdə Sattjeni əhali arasında populyar ad olub. Mumiya qaya məzarlığında aşkarlanıb. Orada 11 yaxşı vəziyyətdə qalmış mumiya olub.

12
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

15
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

15

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0