Vitaminlər

COVID-19-dan sağalanlara iki vitamin məsləhət gördülər

58
Vaxtında tibb müəssisəsinə müraciət etməyərək özbaşına müalicə olunan insanlarda da xəstəlik ağırlaşa bilir və bu zaman xəstənin yaşının da heç bir önəmi olmur

BAKI, 2 avqust — Sputnik. COVID-19-dan sağalan, amma özünü hələ də pis hiss edən adamlar D və B qrupu vitaminləri qəbul etməlidirlər. Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, bunu Sankt-Peterburqun Mariinsk şəhər xəstəxanasının təcili yardım şöbəsinin müdiri Tatyana Rıbka deyib.

Vaxtilə özü də koronavirusa yoluxan və “qırmızı zona”da işləyən həkim insanlara həmçinin əmək və istirahət rejiminə əməl etməyi, daha çox gəzməyi tövsiyə edib.

Rıbka eləcə də xəstəxanadan evə yazıldıqdan sonra həkimin verdiyi bütün məsləhətlərə əməl etməyin vacib olduğunu deyib.

“İndi müalicə sxemləri hazırdır, bir çox hallarda vətəndaşlar özünütəcrid rejiminə əməl edərək evdə müalicə olunurlar. Biz tibb işçiləri yüzlərlə halı müşahidə edərək bu qənaətə gəlmişik ki, əgər insan COVID-19-dan adekvat müalicə alırsa, sonrakı fəsadların riski xeyli azalır”, - həkim izah edib.

Onun sözlərinə görə, piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və psixi pozğunluqları olan insanlar COVID-19-u daha çətin keçirirlər. Vaxtında tibb müəssisəsinə müraciət etməyərək özbaşına müalicə olunan insanlarda da xəstəlik ağırlaşa bilir və bu zaman xəstənin yaşının da heç bir önəmi olmur. Buna görə də həkim özündə əlamət hiss edərkən xəstəxanaya müraciət etməyin vacib olduğunu bildirib.

 

58
Teqlər:
vitamin, dərman, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla (481)
Əlaqədar
Dünyanın koronavirus büdcəsi tükənir: xəstəliyə necə qalib gələcəyik?
Koronavirusu spreylə dayandıracaqlar
Koronavirus öləcək: maskanı benzinə batırın...
Koronavirus qovuşdurdu: 50 il ayrı qalan bacılar görüşdülər
Bizi belə xilas edəcəklər? Koronavirus peyvəndinin qiyməti əl yandırır!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər

Gürcüstan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası məsələsini qaldırdı

81
(Yenilənib 20:25 24.09.2020)
Gürcüstan Prezidenti Salome Zurabişvili: "Sərhədlərin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılıqlı strateji maraq kəsb edir".

BAKI, 24 sentyabr — Sputnik. "Sərhədlərin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılıqlı strateji maraq kəsb edir".

Sputnik Azərbaycan Gürcüstan prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.

Bildirib ki, bu məsələnin əhəmiyyəti, Gürcüstan Prezidenti tərəfindən ötən il Bakıda Azərbaycan Prezidenti ilə görüşündə müzakirə edilib.

"Gürcüstan Prezidenti əmindir ki, bu prosesə heç kim və heç nə mane ola bilməz", - deyə Gürcüstan Prezidentinin mətbuat xidmətinin məlumatında vurğulanıb.

Məlumatda qeyd edilib ki, görüş zamanı xarici işlər naziri C.Bayramov Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi güclü dəstəyi bir daha xatırladıb. Gürcüstan Prezidenti isə öz növbəsində, ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Gürcüstan prezidenti ölkəsinin münaqişə tərəflərinin istəyi ilə bölgədə sülh və sabitliyi təşviq etmək üçün bir platforma olmağa hazır olduğunu qeyd edib.

Görüş zamanı Gürcüstan Prezidenti S.Zurabişvili Azərbaycan Prezidentini və vitse-prezidentini Gürcüstana səfərə dəvət edib.

81
Teqlər:
Azərbaycan xarici işlər nazirliyi, Ceyhun Bayramov, Salome Zurabişvili
İskəndər M raket kompleksi

Moskva ABŞ-ı böyük səhvdən çəkindirir

54
(Yenilənib 20:09 24.09.2020)
Vaşinqton dialoqa razılaşsa, perspektivdə Çin, Fransa, Böyük Britaniya, Hindistan və Pakistan — yəni nüvə silahına malik dövlətlər də müzakirəyə qoşula bilər.

BAKI, 24 sentyabr — Sputnik, Qaliyə İbrahimova, Sofiya Melniçuk. Rusiya Strateji Hücum Silahları Haqqında Müqavilənin (SHS-3) qorunub saxlanmasının tərəfdarıdır və ABŞ-ı onu uzatmağa çağırır. Danışıqlar yaydan bəri uzanır. Vaşinqton sənədin yenidən nəzərdən keçirilməsini tələb edir, Moskva isə nəyisə dəyişməkdən imtina edir. Problemin mahiyyəti nədədir? Ətraflı RİA Novosti-nin materialında.

"Reaksiya eşitmirik"

"Operativ şəkildə həll oluna bilən və həll edilməli olan prioritet məsələ, əlbəttə ki, 2021-ci ilin fevralında başa çatacaq Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahları Haqqında Müqavilənin uzadılmasıdır. Biz amerikalı tərəfdaşlarımızla belə danışıqlar aparırıq", – Vladimir Putin BMT Baş Assambleyasının 75-ci sessiyasının açılışında bildirib.

Rusiya prezidenti ölkələri yeni raket sistemlərinin yerləşdirilməsində də təmkinli olmağa çağırıb. Ötən il Birləşmiş Ştatlar Kiçikmənzilli və Ortamənzilli Raketlərin Ləğvi Barədə Müqavilədən çıxıb. Bundan sonra Moskva raketlərin Avropada yerləşdirilməsinə moratorium elan edib.

Putin vurğulayıb: "Təəssüf ki, biz hələ ki nə amerikalı tərəfdaşlarımızdan, nə də onların müttəfiqlərindən təklifimizə reaksiya eşitmirik".

SHS-3-ü uzatmağı BMT Baş katibi Antoniu Quterreş dəfələrlə tövsiyə edib. Amma o, ABŞ-ın Çini də müqaviləyə qatmaq tələbinə mənfi reaksiya verib. Amerikalıları "böyük səhv" etməkdən Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya da çəkindirib.

Strateji təhlükəsizliyin sütunları

SHS-3 nüvə texnologiyalarına nəzarət sahəsində əsas sənəddir. 2010-cu ildə onu imzalamaqla Moskva və Vaşinqton strateji arsenalları ixtisar etməyi öhdələrinə götürüblər. Bu proses hələ 70-ci illərin əvvəllərində soyuq müharibə tərəflərinin Strateji Silahların Məhdudlaşdırılması (SSM-1) haqqında ilk müqaviləni bağlaması ilə başlayıb. O vaxtdan bəri bu sahədə yeddi ikitərəfli saziş qəbul olunub.

ABŞ onları heç vaxt şübhə altına almayıb. Lakin Donald Trampın prezidentliyi hər şeyi dəyişib. Ağ Ev rəhbəri razılaşmaları müasir reallıqlara uyğunlaşdırmağa çalışır və yeni silahlanma yarışının başlaması perspektivi onu qorxutmur.

ABŞ 2019-cu ilin avqustunda Kiçikmənzilli və Ortamənzilli Raketlərin Ləğvi Barədə Müqavilədən çıxmaq barədə qərarını Rusiyaya olan iddiaları ilə izah edib. İddia olunurdu ki, Moskva sənədlə qadağan olunmuş SSC-8 (Rusiya təsnifatında 9M729) raketlərini sınaqdan keçirib. Amerikalılar aydın sübutlar təqdim etməyiblər.

Amma qeyri-formal söhbətlərdə onlar etiraf ediblər ki, problem Moskvanın hərəkətlərində deyil. Pentaqon Çini kiçikmənzilli və ortamənzilli raketləri yaratmaqda şübhəli bilib və Çin hökumətinin strateji silahlarla bağlı danışıqlara qoşulmasını tələb edib. Pekin isə bu arzulara məhəl qoymayıb.

2020-ci ilin mayında ABŞ Açıq Səma Müqaviləsindən (ASM) çıxıb və yenə Moskvanı günahlandırıb – guya ruslar təftiş uçuşlarına mane olur. Rusiya Müdafiə Nazirliyi bunu təkzib edib. Qurumda hesab edirlər ki, amerikalılar kosmosa daha fəal şəkildə yiyələnmək niyyətindədirlər. ASM isə onların əl-qolunu bağlayırdı.

Nüvə pariteti

"ABŞ və NATO Çinin nüvə proqramının sürətlə inkişaf etməsindən narahatdırlar. Görünür, çinlilər bu məsələdə Vaşinqton və Moskva ilə paritet əldə etmək niyyətindədirlər", – ABŞ-ın silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli yayda bildirirdi.

Vaşinqtonun narazılığına səbəb olan daha bir faktor odur ki, SHS-3 Rusiyanın taktiki nüvə potensialını artırmasını məhdudlaşdırmır. Billinqsli strateji silahların hazırkı yoxlanılması mexanizmini də tənqid edib.

Diskussiyalara hər halda start verilib, amma amerikalılar növbəti şərtləri irəli sürüblər.

"ABŞ Rusiyanın ən yeni silahlarını da müzakirəyə daxil etməyi tələb edir ki, bu da açıq qapını döymək (yəni aşkar olanı, heç kəsin qarşı çıxmadığını sübut etmək – red.) deməkdir", — Nebenzya bildirib.

"Yaxşı təklif"

Görüşlərin ikinci mərhələsi sentyabrda heç bir irəliləyiş olmadan başa çatıb. ABŞ-ın yeni tələbi var – əlavə çərçivə sazişlərini qəbul etmək.

Amerikalılar oraya yalnız strateji deyil, həm də taktiki nüvə arsenallarını da əlavə etməyi təklif edirlər. Yeganə güzəşt – Vaşinqton Çinin danışıqlar prosesinə qoşulmasını təxirə salmağa razılıq verib.

"Biz Rusiyaya yaxşı təklif verdik", — Billinqsli bildirib.

Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər ki, Moskva müqaviləni yalnız hazırkı formada uzadacaq. Onun qüvvədə olma müddəti bir neçə aydan sonra başa çatır və nəyisə dəyişməyə vaxt yoxdur. Qurumdan bildiriblər ki, razılaşmanı amerikalılar özləri uzadırlar.

"Əgər ABŞ maraq balansı əsasında yeni bir şey hazırlamağa hazırdırsa, saziş mümkün olacaq. Amma vaxt lazım olacaq", - Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"ABŞ preferensiyalar istəyir"

"Alternativlər azdır: ya SHS-3 dəyişilmədən uzadılır, ya da ondan tamamilə imtina edilir", - silahlara nəzarət problemləri üzrə mütəxəssis Yevgeni Myasnikov bildirir.

O, müqavilənin əsas dəyərini strateji silahların yoxlanılması sistemində görür: "Əvvəlki dövrlərdə bir-birinin fəaliyyətinə nəzarət etmək çətin idi. Tərəflər ən pis ssenaridən çıxış edirdilər ki, bu da gərginliyi artırırdı. Sistem dağılsa, keçmişin təkrarlanması riski artacaq".

PİR Mərkəzinin yeni texnologiyalar və beynəlxalq təhlükəsizlik proqramının direktoru Vadim Kozulin şübhə etmir: müqavilə uzadılacaq. O, ABŞ-ın tələblərini üstünlükləri artırmağa yönəlmiş oyun kimi qiymətləndirir.

"Tramp öz ampluasındadır: sazişin imzalanmasından əvvəl daha çox üstünlük əldə etmək istəyir. Lakin demək olar ki, vaxt qalmayıb və amerikalılar (sazişi - red.) uzatmağa razılaşacaqlar. Yeni şərtlər gələcək müzakirələrin mövzusudur. Üstəlik, Rusiyanın da taktiki nüvə arsenalı və Amerikanın Avropadakı silahlarına dair təklifləri var", – ekspert vurğulayır.

O qeyd edir ki, SHS-3-ə pilotsuz sistemlər daxil deyil, baxmayaraq ki, onlar da nüvə silahı daşıyıcıları hesab edilə bilər.

"Pilotsuz uçan aparatlar Rusiyada çox sayda suallar yaradır. Əslində onlar da elə qanadlı raketlərdir — çoxdəfəlik istifadə nəticəsində onlar ciddi təhlükə törədir. Lakin SHS-3 üzrə görüşlər çərçivəsində Moskva bu mövzuya hələ ki toxunmur", - Kozulin qeyd edir.

Onun sözlərinə görə, nəzarət sisteminin saxlanması indi əsasən ABŞ-dan asılıdır. Əgər Vaşinqton dialoqa razılaşsa, perspektivdə Çin, Fransa, Böyük Britaniya, Hindistan və Pakistan — yəni nüvə silahına malik dövlətlər də müzakirəyə qoşula bilər.

54
Əlaqədar
Medvedev: "Məgər nüvə silahlarının uçuş hədəflərini kimsə dəyişib?"
Çənədəki maska, Beyrut, nüvə silahı və millətin imicini "yuyan" dovşan qanı
Politoloq: “İran nüvə anlaşması ilə bağlı taktiki gedişlər etməyə çalışır”
Trampın elçisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"
ABŞ Rusiyaya bütün nüvə gücünü göstərəcək
Аллея флагов возле здания Организации Объединённых Наций (ООН) в Женеве

Azərbaycan Prezidenti bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı

0
(Yenilənib 01:16 25.09.2020)
İlham Əliyev: Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir.

BAKI, 25 sentyabr - Sputnik. Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.

Prezident qeyd edib ki, dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatıb. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.

Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.

0
Əlaqədar
İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"