Koronavirus testi, arxiv şəkli

Qorxudan temp - üç günə 1 milyon insan yoluxur

13
(Yenilənib 11:27 02.08.2020)
Dünya üzrə 11,3 milyon insan COVID-19 xəstəliyindən sağala bilib. Ölüm faizi ümumilikdə 6 faiz təşkil edib.

BAKI, 2 avqust — Sputnik. Pandemiya başlayandan dünyadan koronavirusa yoluxanların sayı 18 milyonu ötüb. Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat Worldometer portalında qeyd olunub.

Saytın statistikasına görə, yoluxanların ümumi sayı 18 013 191 nəfər olub. Bunlardan 688 718 nəfər COVID-19-dan dünyasını dəyişib. 11,3 milyon insan isə sağala bilib. Ölüm faizi ümumilikdə 6 faiz təşkil edib.

Aktiv yoluxma sayı dünya üzrə 6 milyondan bir qədər azdır. Yoluxanların təxminən bir faizi (65 min adam) ciddi və ya ağır durumdadır.

Sutka ərzində 247 min nəfər yoluxub, ölənlərin sayı 5931 nəfər olub. Xəstələrin sayına görə ABŞ liderdir. Bu ölkədə 4,7 milyon nəfər SARS-CoV-2 koronavirusuna yoluxub. İkinci pillədə 2,7 milyon COVID-19 xəstəsi sayı ilə Braziliya qərarlaşıb. 1,7 milyon nəfər xəstəsi olan Hindistan üçüncü pillədədir. İlk beşliyə Rusiya (845 min) və CAR (503 min) də daxildir.

17 milyon xəstə sayı həddini dünya iyulun 29-da keçib. 16 milyon xəstə sayı isə iyulun 25-də qeydə alınmışdı.

Xatırladaq ki, SARS-CoV-2 yeni tip koronavirus ötən ilin sonunda Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə epidemiyanı pandemiya elan edib.

 

13
Mövzu:
Yeni tip koronavirus pandemiyası (579)
Əlaqədar
Koronavirus öləcək: maskanı benzinə batırın...
Koronavirusu spreylə dayandıracaqlar
Dünyanın koronavirus büdcəsi tükənir: xəstəliyə necə qalib gələcəyik?
Bizi belə xilas edəcəklər? Koronavirus peyvəndinin qiyməti əl yandırır!
Bill Geyts koronavirus testi sistemini tənqid etdi
Mumiya, arxiv şəkli

Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb

12
Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

BAKI, 17 yanvar — Sputnik. Qədim Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qranada və Xaena universitetlərinin alimləri qadın mumiyası üzərində apardıqları araşdırma zamanı məlum olub ki, qadın ginekoloji əməliyyat keçirib.

Mumiyanın bizim eradan əvvəl 1878-1797-ci illərə aid olduğu bildirilir. Həmin şəxs sağlığında çanaq sümüyündən ciddi zədə alıb və güclü xəstəlikdən əziyyət çəkib. Yerli təbiblər onu sağaltmağa çalışıblar. Onlar qadın üzərində "fumiqasiya" əməliyyatı aparıblar. Belə ki, yaraya toksiki maddələr verərək, mikrobları öldürməyə çalışıblar.

Qeyd edək ki, bu üsul indi ancaq bitkilər üçün həyata keçirilir.

Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

Çünki həmin dövrdə Sattjeni əhali arasında populyar ad olub. Mumiya qaya məzarlığında aşkarlanıb. Orada 11 yaxşı vəziyyətdə qalmış mumiya olub.

12
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

15
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

15

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0