İstanbulda epdimioloji vəziyyət

Türkiyə virusla müharibədə daha 19 qurban verdi

7
(Yenilənib 22:28 01.08.2020)
Bu gün Türkiyədə daha 996 nəfərə koronavirus diaqnozu qoyulub. Beləliklə, ölkədə koronavirus xəstələrinin ümumi sayı 231 869 nəfərə yüksəlib

BAKI, 1 avqust — Sputnik. Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla ölkədə pandemiya qurbanlarının sayı 5 710 nəfərə çatıb.

Bu gün Türkiyədə daha 996 nəfərə koronavirus diaqnozu qoyulub. Beləliklə, ölkədə koronavirus xəstələrinin ümumi sayı 231 869 nəfərə yüksəlib.

Nazirin sözlərinə görə, COVID-19-a yoluxmuş 981 pasiyent sağalıb. Hazırda Türkiyədə koronavirusdan sağalanların sayı 215 516 nəfərdir.

"Yeni xəstə sayının artımının daha çox olduğu bölgələr Ankara, Mardin, Diyarbəkir, Gaziantep, Konyadır. 36 əyalətimizdə 3 gündə heç bir yeni ağır xəstəmiz olmadı", - deyə nazir bildirib.

7
Mövzu:
Dünyanı cənginə almış bəla (481)
Ankara şəhərinə mənzərə, arxiv şəkli

Çamadanları toplayın, Ankaraya yol göründü

1
(Yenilənib 11:19 25.09.2020)
Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Türk Hava Yolları 2 Oktyabr 2020-ci il tarixindən etibarən Ankara Bakı və Bakı Ankara xüsusi uçuşlarına başlayacaq. Uçuşların çərşənbə və cümə olmaqla həftədə 2 dəfə həyata keçirilməsi planlanlaşdırılıb və onlar AnadoluJet markası ilə həyata keçiriləcək.

Türk Hava Yollarından Sputnik Azərbaycan-a bildirilib ki, Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq: "Bakı – Ankara – Bakı reysinə bileti www.anadolujet.com web səhifəsinə və ya səlahiyyətli agentliklərə müraciət etməklə əldə etmək mümkündür. Ankara uçuşlarımızda tələbə endiriminin keçərli olduğunu və tətbiq edilə bilinəcəyini xüsusiylə qeyd etmək istəyirik".

Məlumatda qeyd olunur ki, Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək. Oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

1
Neft konteynerləri, arxiv şəkli

"Qara qızıl"dan şad xəbər

8
(Yenilənib 10:29 25.09.2020)
Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 42,03 dollar olub.

BAKI, 25 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 42,03 dollar olub.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar bahalaşaraq 40,38 dollara çatıb.

8
Teqlər:
Nyu-Yorkun NYMEX əmtəə birjası, Nyu-Yorkun NYMEX birjası, neft, "Brent" markalı neft, Brent, Londonun ICE birjası, London