Nüvə stansiyası, arxiv şəkli

Tarixdə bir ilk: Ərəblərin öz atom stansiyası oldu

129
(Yenilənib 15:24 01.08.2020)
Əbu-Dabi Əmirliyinin Əl Dəfrah bölgəsində yerləşən Bərakah AES-in 60 il ərzində elektrik enerji istehsal edəcəyi gözlənilir.

BAKI, 1 avqust – Sputnik. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ərəb dünyasının ilk Atom Elektrik Stansiyası (AES) fəaliyyətə başlayıb.

Sputnik Azərbaycan “Emirates” xəbərlər agentliyinə istinadən xəbər verir ki, Əbu-Dabi Əmirliyinin Əl Dəfrah bölgəsində yerləşən Bərakah AES-in 60 il ərzində elektrik enerji istehsal edəcəyi gözlənilir.

“Bu gün biz ərəb dünyasının ilk sülhməramlı nüvə enerjisi reaktorunun BƏƏ tərəfindən uğurla istismara verildiyini bəyan edirik”, – BƏƏ-nin vise-prezidenti və Baş naziri şeyx Məhəmməd bin Rəşid əl Məqtum bildirib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri Atom Elektrik Stansiyası istifadə edən dünyanın 33-cü, ərəb ölkələri arasında da birinci ölkədir. BƏƏ Nüvə Enerjisi Korporasiyasının rəhbəri Məhəmməd əl Hammadinin dediyinə görə Bərakah nüvə elektrik stansiyasının payına ölkə elektrik enerji istehsalının 25 faizinin düşəcək.

Bir nüvə elektrik stansiyası ildə 21 milyon ton karbon qazının havaya atılmasının qarşısını alır.

129
Mumiya, arxiv şəkli

Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb

11
Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

BAKI, 17 yanvar — Sputnik. Qədim Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qranada və Xaena universitetlərinin alimləri qadın mumiyası üzərində apardıqları araşdırma zamanı məlum olub ki, qadın ginekoloji əməliyyat keçirib.

Mumiyanın bizim eradan əvvəl 1878-1797-ci illərə aid olduğu bildirilir. Həmin şəxs sağlığında çanaq sümüyündən ciddi zədə alıb və güclü xəstəlikdən əziyyət çəkib. Yerli təbiblər onu sağaltmağa çalışıblar. Onlar qadın üzərində "fumiqasiya" əməliyyatı aparıblar. Belə ki, yaraya toksiki maddələr verərək, mikrobları öldürməyə çalışıblar.

Qeyd edək ki, bu üsul indi ancaq bitkilər üçün həyata keçirilir.

Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

Çünki həmin dövrdə Sattjeni əhali arasında populyar ad olub. Mumiya qaya məzarlığında aşkarlanıb. Orada 11 yaxşı vəziyyətdə qalmış mumiya olub.

11
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

14
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

14

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0