İnanılmaz sürət! Dünyada yoluxanların sayı 17,5 milyonu keçdi

© REUTERS / BENOIT TESSIERТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 4 milyon 562 min nəfəri ötüb. İkinci yerdə Braziliya (2 milyon 662 min), üçüncü yerdə Hindistan (1 milyon 695 min) gəlir.

BAKI, 1 avqust – Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 17 milyon 594 min nəfəri keçib. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Банка с деньгами, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Dünyanın koronavirus büdcəsi tükənir: xəstəliyə necə qalib gələcəyik?

Məlumata əsasən, virusa yoluxmuş 679 min 487 nəfər vəfat edib, 11 milyondan çox xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 4 milyon 562 min nəfəri ötüb. İkinci yerdə Braziliya (2 milyon 662 min), üçüncü yerdə Hindistan (1 milyon 695 min) gəlir. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 838 mindən çox yoluxma qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılma sürətinin hədən artıq sürətləndiyini bildirir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0