S-400 raket kompleksi, arxiv şəkli

ABŞ “S-400”lə bağlı daha bir “gərginlik” sezdi, amma Türkiyədə deyil

32
(Yenilənib 19:48 31.07.2020)
Nəşr bildirir ki, Çin Rusiyanın “S-400” sisteminin ilk alıcısıdır və 36 “Triumf” qurğusunun əldə edilməsinə 3 milyard dollar sərf etməyə razı olub

BAKI, 31 iyul — Sputnik. Rusiya “S-400” “Triumf” zenit-raket komplekslərinin Çinə tədarükünü dayandırıb, bu isə Rusiya və Çin arasında strateji əməkdaşlıqda “gərginliyin” artdığına işarət edir.

Sputnik Azərbaycan bildirir ki, bunu ABŞ-ın The National Interest jurnalı yazıb.

“Moskva təkid edir ki, bu, pandemiya səbəbindən baş verib, amma görünür, başqa bir səbəb də var”, - jurnal qeyd edir. 

Nəşr bildirir ki, Çin Rusiyanın “S-400” sisteminin ilk alıcısıdır və 36 “Triumf” qurğusunun əldə edilməsinə 3 milyard dollar sərf etməyə razı olub. 

Çin və Rusiya tərəfinin rəsmən bəyan etmədikləri ZRK-ların tədarükünün dayandırılmasına Dehli ilə Pekin arasında Ladakh rayonunda, mübahisəli ərazidə iyunda baş verən münaqişə səbəb ola bilər.

The National Interest qeyd edir ki, güman ki, Rusiya Çinin “S-400” sistemini münaqişə zonasında işə salmasını istəməz. “Bu, potensial olaraq Rusiya-Hindistan münasibətlərini məhv edə bilər”, - jurnal yazır.

İyulda Defence24 də qeyd edirdi ki, “S-400” “Triumf” ZRK-ların Rusiyadan Çinə tədarükünün dayandırılması koronavirus infeksiyasının yaratdığı məhdudiyyətlər deyil, Çin-Hindistan sərhədindəki münaqişənin qızışmasıdır.

Eyni zamanda Türkiyənin Müdafiə naziri Hulusi Akar bəyan etmişdi ki, ölkəsi ABŞ-ın beşinci nəsil F-35 Lightning II qırıcı təyyarəsinin xarakteristikaları barədə məlumatların Rusiyanın “S-400” “Triumf” ZRK-nın istifadəsi səbəbindən sızacağı barədə narahatlığını aradan qaldırmağa hazırdır.

 

32
Əlaqədar
Yeddi ölkə Rusiyaya qarşı - Yeni müharibənin ilk addımları
Ankarayla Moskvanın bu qərarı ABŞ-ı hiddətləndirəcək - NATO üçün yeni başağrısı
Bunu ABŞ-dan heç kim gözləmirdi, indi də Türkiyədən "S-400"ləri alır
"Məlumatları qoruyacağıq": Türkiyə S-400 haqqında söz verib
Rusiya ABŞ-ın Türkiyədən "S-400"-ləri almaq səbəbini açıqladı
Jerar Depardye, arxiv şəkli

Fransalı aktyor Jerar Depardye müsəlmanlardan üzr istədi

19
(Yenilənib 18:36 27.10.2020)
Jerar Depardye: "Fransız olaraq ölkəmizdə baş verənlərdən narahatam. Müsəlmanlar nə ediblər ki, siz onları təhqir edirsiniz?"

BAKI, 27 oktyabr — Sputnik. Dünya şöhrətli fransalı kinoaktyor Jerar Depardye ölkəsində baş verən hadisələrdən danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, aktyor mövcud Fransa hakimiyyətinin bacarıqsızlığından gileylənib. Eyni zamanda müsəlmanlara qarşı zorakılığı pisləyərək, onlardan üzr istəyib:

"Lənət şeytana, niyə mən həmişə siyasətə qatılmalıyam?

Fransız olaraq ölkəmizdə baş verənlərdən narahatam. Müsəlmanlar nə ediblər ki, siz onları təhqir edirsiniz? Nə üçün siz onların dininə hörmətlə yanaşmırsınız, onların inancına qarışırsınız? Mən bilirəm ki, bizim respublikanın prezidenti homoseksualdır. Ancaq bu mövzuya heç kəs və heç zaman toxunmur.

Onun təcrübəsizliyi üzündən yürütdüyü siyasət bizi uçuruma aparır. Öz adımdan həmvətənlərimə və bütün müsəlman icmasına salam göndərirəm. Edilən təhqirlərə və nifrətə görə üzr istəyirəm. Hamını sülh içində yaşamağa dəvət edirəm".

Qeyd edək ki, aktyor Fransa Prezidenti Fransua Ollandın illik gəliri 1 milyon avrodan çox olan şəxslərdən 75 faiz vergi tutulmasını nəzərdə tutan vergi islahatından sonra yaşayış yerini dəyişməyə qərar vermişdi. O, Fransa pasportundan imtina edərək Belçika vətəndaşlığını qəbul etmək niyyətində olduğunu bəyan etmişdi.

2013-cü ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fransız aktyor Jerar Depardyenin Rusiya Federasiyası vətəndaşlığına qəbul edilməsi haqqında fərman imzalamışdı. Hazırda aktyor Rusiya vətəndaşıdır.

19
Əlaqədar
Ərdoğanın boykot çağırışına Fransadan ilk reaksiya
Pol Poqbadan Makrona etiraz - millidə oynamayacaq
Ərdoğan millətimizə səsləndi: "Aman, fransız markalı malları almayın!"
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar
Türkiyə bayrağı

Rəsmi Moskva Türkiyənin Qarabağ danışıqlarında iştirakı barədə

34
(Yenilənib 18:42 27.10.2020)
"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir"

BAKI, 27 oktyabr — Sputnik. Türkiyənin Dağlıq Qarabağ üzrə danışıqlarda iştirak etməsi məsələsində yalnız qarşı-qarşıya gələn tərəflərin – Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Çünki yalnız bu ölkələr bu və ya digər ölkənin nizamlanma prosesində iştirakına razılıq verə və ya onların iştirakını istəyə bilər", - deyə Peskov jurnalistin "Kremldə Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarının növbəti raunduna cəlb edilməli olduğunu düşünürlərmi?" sualına cavab olaraq bildirib.

 

34
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Ceyhun Bayramov: "Azərbaycanın səfərbərlik potensialı kifayət edir"
Prezidentin köməkçisi: "İran, Rusiya və Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."
İlham Əliyev: "İşğalçı siyasətdən imtina etsələr, barışıq mümkündür"
İranın xüsusi elçisi Qarabağa görə Bakı, Moskva, Yerevan və Ankaraya səfər edəcək
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil

0
"Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır"

BAKI, 27 oktyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonunun atəşə tutulması barədə məlumat yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, məlumatda bildirilir ki, 27 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb.

“Bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir. İki ölkənin Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir.

Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO