Vəziyyət gərginləşir! Türkiyə Misirə qarşı hərbi əməliyyata hazırlaşır

© AP Photo / Lefteris PitarakisТурецкие солдаты, фото из архива
Турецкие солдаты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 14-ü Liviya Nümayəndələr Palatası – ölkənin şərqindəki parlament Misirin Silahlı Qüvvələrinə Liviya münaqişəsinə daxil olmağa icazə verib.

BAKI, 29 iyul — Sputnik. Türkiyə Liviya ilə sərhəd olan Niger dövləti ilə hərbi əməkdaşlıq barədə saziş imzalayıb. Bu barədə Sputnik Azərbaycan "Middle East Monitor" nəşrinə istinadən xəbər verir.

Во время столкновений в южной части Триполи, фото из архива - Sputnik Azərbaycan
İcazə verildi – Misir də Liviyadakı münaqişəyə daxil ola bilər

Nəşr qeyd edir ki, Ankara Liviya ərazisində Misirlə mümkün qarşıdurma zamanı yerüstü platsdarma malik olmaq üçün hərbi əməkdaşlıqda maraqlıdır. Razılaşma Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və Niger prezidenti Məhəmməd İssufi tərəfindən imzalanıb. 

Çavuşoğlu Afrika Respublikasının lideri ilə görüşü zamanı bildirib ki, Türkiyə nəqliyyat, tikinti, energetik, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrinin inkişafında Nigerə yardım etmək niyyətindədir.

Qeyd edək ki, iyulun 14-ü Liviya Nümayəndələr Palatası – ölkənin şərqindəki parlament Misirin Silahlı Qüvvələrinə Liviya münaqişəsinə daxil olmağa icazə verib.

"İşğalçıya qalib gəlmək və ölkəmizdə, bölgəmizdə ümumi təhlükəsizliyimizi və sabitliyimizi qorumaq üçün iki qardaş xalq - Liviya və Misir arasında əlaqəli səylər göstərməyə çağırırıq. Əgər hər iki ölkənin təhlükəsizliyi üçün təhdid görərlərsə, Misir Silahlı Qüvvələri, Liviya və Misirin milli təhlükəsizliyini qorumaq üçün müdaxilə etmək hüququna malikdirlər," - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, daha əvvəl Misir Liviya ilə sərhəddə "Qətiyyət 2020" kod adlı genişmiqyaslı təlimlər keçirib. Təlimlərdə bütün növ Misir Silahlı Qüvvələrinin bütün növ qoşunları iştirak edib.

Xəbər lenti
0